![]() |
![]() |
“Azərbaycanın məqsədi təbii ki, regionda olan qonşu dövlətlərlə normal tərəfdaşlıq, əməkdaşlıq münasibətlərinin qurulmasıdır.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonununda şəhid Ayaz Azər oğlu Nəzərovun anası Sima Tanrıverdiyeva ilə görüşüb.
Ukrayna taxılının ixracına imkan yaradılması üçün BMT və Türkiyə ilə danışıqlar aparılır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İsveçin Baş naziri Maqdalena Andersson ilə Kiyevdə keçirilən brifinqdə bildirib.
O deyib ki, ixrac prosesinin reallaşdırılması çətin olsa da, mümkündür. Ukrayna ixracatçı kimi bunda maraqlıdır.
“Biz maraqlıyıq ki, fermerlərimiz gələn ilə, növbəti məhsula işləməkdə davam etsinlər. Bunun üçün biz bütün bunları – arpanı, buğdanı, qarğıdalını ixrac etməliyik. Hazırda 22 milyon ton bloklanıb. Biz payızda 60 milyon tona yaxın taxıl gözləyirik. Orada həqiqətən çətin vəziyyət olacaq”, - Zelenski söyləyib.
Hər bir rus bunu bilməlidir ki, Ukraynanı heç nə ilə, heç kimlə, hətta amansız müharibə ilə də sındırmaq olmaz.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Qələbəmiz üçün hələ çox iş görülməlidir. Bu, çətin yoldur, çünki müharibə davam edir. Amma indi biz mümkün olan hər şeyi etməliyik ki, təcavüzkar təkcə döyüş meydanında deyil, həm də tarixi, konseptual olaraq uduzsun", - deyə Zelenski vurğulayıb.
Respublikamızın qərb bölgəsində qədim və əsrarəngiz gözəlliyə malik bir şəhər var. Nizami yurdu – Qədim Gəncə .Son zamanlar ölkə rəhbəri Cənab İlham Əliyevin Gəncəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində şəhərdə genişmiqyaslı abadlıq, quruculuq, təmir-bərpa işləri həyata keçirilir.Görülən bütün təqdirəlayiq işlər Şəhər İcra hakimiyyətinin birbaşa nəzarəti ilə həyata keçirilir. Şəhərin siması günü – gündən dəyişir, gözəlliyinə gözəllik qatır.Qeyd etmək yerinə düşərdi ki ,aparılan təmir işləri nəticəsində şəhərdə cari ildə təmirə ehtiyacı olan 220 çoxmənzilli yaşayış binasının dam örtükləri yenisi ilə əvəz olunacaq və hazırda bu istiqamətdə işlər həyata keçirilir.
Hal- hazırda şəhərin bir sıra küçələrində , o cümlədən də Adil İsgəndərov, Mikayıl Rəhimov, Vəli Xuluflu küçələrində, Heydər Əliyev prospektində və s. yerlərdə işlər tam yekunlaşıb.Bir sıra küçə və prospektlərdə yerləşən çoxmənzilli yaşayış binalarında dam örtüyünün yenilənməsi işləri sürətlə davam etdirilir. Ümumilikdə 120-dən artıq çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənib, 36 binada iş gedir. Yerdə qalan digər binalarda təmir-bərpa işləri mərhələli şəkildə davam etdiriləcək. Bununla yanaşı, şəhərdəki çoxmənzilli yaşayış binalarının dam örtüklərində, novdanlarında, eyvanlarında mövcud olan nasazlıqlar aradan qaldırılır.
Qeyd edək ki, Gəncə şəhərində ümumilikdə 865 yaşayış binası mövcuddur ki, bunlardan 645 binanın dam örtüyü tamamilə yenilənib, 220 binada isə hazırda işlər dam etdirilir. Beləliklə, cari ilin sonuna qədər Gəncə şəhərində çoxmənzilli yaşayış binalarının dam örtükləri tamamilə təmir olunacaq.
Şəhər rəhbərliyi yaşıllaşdırma , ağaclara qulluq , ətraf mühitə qulluq və qayğı kimi işləri hər zaman nəzər-diqqətdə saxlayır, mütəmadi olaraq tədbirlər həyata keçirir. Belə möhtəşəm layihələrdən biri də Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehaslat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində Ekoloji Park Kompleksinin salınmasıdır. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edəcək. Burada müxtəlif növ gül-çiçək, eləcə də ağac tinqləri yetişdiriləcək, əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektlərinin və digər obyektlər sakinlərin və qonaqların hərtərəfli rahatlığı üçün xidmət edəcək. Həmçinin kompleksdə müxtəlif növ balıqlar üçün akvarium da yaradılacaq.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsinə baş çəkərək burada yaradılacaq Ekoloji Park Kompleksinin hazırlıq işləri ilə yaxından tanış olub və müvafiq tapşırıqlar verib.
Şəhər rəhbərliyinin hər daim diqqətdə saxladığı məsələlərdən biri də qazi və şəhid ailələrinə olan münasibət , onların qayğı və diqqətdə saxlanılması , sosial problemlərinin həll olunmasıdır. İcra başçısı Niyazi Bayramov mütəmadi olaraq şəhid ailələri , qazilərlə görüşür, onları narahat edən məsələlər , sosial problemlərlə yerindəcə tanış olur, müvafiq tədbirlər həyata keçirir. Həmçinin mütəmadi olaraq sakinlərə səyyar qəbul görüşləri təşkil olunur. Problemlər , çətinliklər , həll olunası məsələlər yerindəcə öz həllini tapır.
Göründüyü kimi qədim Nizami yurdu ölkə rəhbərinin tapşırıq və sərəncamlarına uyğun olaraq böyüyür , gözəlləşir , respublikamızın sosial- iqtisadi həyatına öz töhfəsini verir.
Qarşıdan müsəlman dünyasının müqəddəs Qurban bayramı gəlir. Bu məqsədlə başda İcra başçısı Niyazi Bayramov olmaqla bütün gəncəliləri təbrik edir , kəsilən qurbanlarının edilən dualarının qəbul olmasını Ulu Yaradanımızdan diləyirik.
P.S. Son zamanlar bəzi mətbu orqanlarda Gəncə haqqında , onun dəyərli rəhbərliyi haqqında bəzi yazılar gedir. Bütün bunlar əsası olmayan ,həqiqətləri əks etdirməyən yalan- yalnış , şər- böhtan və qarayaxmadan başqa bir şey deyildir.Görülən təqdirəlayiq işlərə , çəkilən zəhmətlərə kölgə salmaq nə vicdana , nə də peşəkarlığa sığan haldır.
Müşfiq Kişiyev.
"Qurban Uca Allaha yaxınlaşmaq mənasını bildirir.
Müstəqil Azərbaycan Respublikası Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında həmişə fəal iştirak etmişdir. İndiyədək keçirilən bütün Zirvə Toplantılarında Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə, regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanılmasına, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsinə öz dəyərli töhfəsini vermişdir. Xəzəryanı ölkələr arasında indiyədək keçirilən Zirvə Toplantılarında ölkəmiz fəal iştirakına görə digər ölkələrdən seçilir.
90-cı illərin əvvəllərində Sovetlər Birliyi dağıldıqdan sonra Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi zərürəti meydana çıxdı. Özünün geosiyasi mövqeyi, zəngin karbohidrogen ehtiyatları, nəhəng nəqliyyat dəhlizləri və digər sərvətləri Xəzər dənizinin hüquqi statusunun gücləndirilməsi reallığını gündəmə gətirdi. Odur ki, strateji əhəmiyyətə malik Xəzər dənizinə dünya dövlətlərinin marağı getdikcə artırdı. Lakin Xəzərin sahilyanı beş ölkə arasında bölünməsi və sərhədlərinin müəyyənləşdirilməsi məsələsi öz həllini gözləyirdi. 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısı sahilyanı ölkələr arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfə vermiş, həmin Zirvə Toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. 2018-ci il avqust ayının 12-də keçirilən V Zirvə Toplantısı isə Xəzər Dənizinin statusu haqqında Konvensiyanın imzalanması ilə tarixə düşdü. Bu Konvensiya Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməs prossesini başa çatdırdı. Bu Konvensiyanın imzalanmasında Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış sazişlər böyük əhəmiyyət daşıdı.
Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən sonra Müstəqil Azərbaycan bölgədə yeni reallıqlar yaradır. Ölkəmiz beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə böyük və əhəmiyyətli işlər görür. Bunun nəticəsidir ki, bu gün dünyanın aparıcı ölkələri, beynəlxalq təşkilatları, siyasi mərkəzləri Azərbaycan reallıqlarını qəbul edərək ölkəmizlə qarşılıqlı əməkdaşlıq sahəsində yeni – yeni addımlar atır və çoxsaylı təkliflər irəli sürürlər.
2022-ci il iyun ayının 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında möhtərəm Prezidentimiz İlham Əliyev çıxışında vurğuladı ki, Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin əsasında bütün tərəflərin mənafeləri nəzərə alınacaq, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət olunacaq və region xalqlarının rifahının yüksəldilməsi üçün bir çox beynəlxalq və regional layihələr həyata keçiriləcəkdir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması sahilyanı dövlətlərin əsas prioritetlərindən biridir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır.
Xəzər dənizində həyata keçirilən layihələr bölgə xalqlarının rifahının daha da yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Respublikamız həm də Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında müstəsna rol oynayır. Respublikamız Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə çalışır. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək, nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq və regionda sabitləşdirici rol oynayacaqdır.Çıxışı zamanı ətraf mühitin bu günkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına da toxunan ölkə başçımız Xəzər dənizinin dayazlaşması barədə həmkarlarıyla fikir mübadiləsinin aparıldığını, ekoloji fəlakətlərin səbəblərinin aşkarlanması və qarşısının vaxtında alınmasına yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarınnın yaradılması işinin davam etdiriləcəyini də bildirdi. Beləliklə, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısının Aşqabadda səmərəli və işgüzar şəkildə keçirilməsi bir daha sübut etdi ki, bu toplantı, sahilyanı dövlətlər qarşısında duran mühüm məsələlərin həllinə və hər bir sahilyanı dövlətin bundan bəhrələnməsinə böyük töhfə verəcəkdir.
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Emin Zahir oğlu Nəzərovun həyat yoldaşı Aysel Nəzərova və şəhidimizin övladları ilə görüşüb.
Zənnimcə, ATƏT-in Minsk Qrupu həqiqətən də öldü.
Ukrayna qoşunları taktika və müasir silahların tədarükü sayəsində Lisiçanska qayıdacaq.