![]() |
![]() |
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrindən də bəhs edib.
16:54
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Cavid Hüseynovun atası Natiq Hüseynovla görüşüb.
Ukrayna Prezidenti Vladimir Zelenski Vinnitsa şəhərinə raket hücumunu həyata keçirən Rusiya hərbçilərinə xəbərdarlıq edib.
ABŞ-da bir qadın yerdən dollar əskinasını götürərək müvəqqəti olaraq danışma qabiliyyətini itirib və xəstəxanaya yerləşdirilib.
16:15
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd ediləcək.
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi kapitan Fəzail Əliyevin həyat yoldaşı Əsmər xanım Əliyeva ilə görüşüb.
Bu il Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, yazıçı-dramaturq, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illik yubileyi tamam olur. SİA xəbər verir ki, M.F.Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır.
M.F.Axundzadənin realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri vardır. O, bədii yaradıcılığa 1837-ci ildə yazdığı “Puşkinin ölümünə Şərq poeması” ilə başlamışdır. Dram sənətinin incəliklərini dərindən öyrənən ədib 1850-1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoymuşdur.
2010-cu ildə aprel ayının 13-də AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Xatirəsinin əbədiləşdirilməsi məqsədilə 1930-cu ildə bağ salınmış (indiki Səbail rayonunda - heykəltəraş P.Sabsay) və heykəli qoyulmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası)M.F.Axundzadənin adı verilmiş, 1962-ci ildə orada büstü (heykəltəraş İ.Zeynalov) qoyulmuşdur.
M.F.Axundzadənin anadan olmasının 210 illik yubileyi münasibətilə görkəmli dramaturqun adını daşıyan Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Mirzə Fətəli Axundzadə– 210” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə haqqında rəsmi sənəd, fotolar, böyük mütəfəkkirin müəllifi olduğu kitablar, eləcə də haqqında yazılan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/M_F_Axundzade_210/index.htm linkindən istifadə edə bilərlər.
"Ermənistan belə təxribatlara əl atmaqla vəziyyəti daha da gərginləşdirməyə çalışır".