![]() |
![]() |
Baş Qərargahdan hərbi xidmətə cəlb olunanlar, çağırışçılar və ehtiyatda olanlar üçün hər hansı icazənin alınması proseduruna aydınlıq gətirilməsini tələb edirəm.
Respubikamızın qərb bölgəsində yerləşən dilbər guşələrimizdən biri də Ağstafa rayonudur. Son zamanlar rayon ərazisində aparılan tikinti- quruculuq , abadlıq , yenidənqurma işləri rayonun simasını gündən- günə dəyişməkdədir. İstər rayon mərkəzində , istərsə də ayrı- ayrı kənd və qəsəbələrdə aparılan təmir – tikinti işləri , yol tikintisi , ümumiyyətlə quruculuq , abadlıq işləri dövlətin bu rayona qayğı və diqqətindən xəbər verir. Növbəti belə addımlardan biri də bu yaxınlarda Cənab prezidentin Ağstafa- Poylu –Gürcüstan dövlət sərhəddi (11 km) –Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı sərəncəmı oldu.
Məlum olduğu kimi , Ağstafa əsasən aqrar- iqtisadi rayondur. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ağstafa rayonunda da bir çox tədbirlər planı həyata keçirilmiş və bu iş davam etdirilməkdədir.Rayon rəhbərliyi iqtsidadi dayanıqlığı artırmaq , biznes və sahibkarlığı inkişaf etdirmək üçün hər daim bütün imkanları səfərbər edir, iş adamlarına , fermer təsərrüfatı sahiblərinə hərtərəfli dəstək nümayiş etdirir. Məhz bu məqsədlə ötən ayda rayon icra hakimiyyətində rayon ərazisində dövlət-biznes tərəfdaşlığı formatında investisiya layihələrinin “Tik-idarə et-təhvil ver” modelinə uyğun nəzərdə tutulan işlərin xüsusiyyətlərinə dair dəyirmi masa keçirilib. Tədbirdə icra başçısı Seymur Orucov, RİH başçısı aparatının məsul şəxsləri, KOBİA-nın Dövlət-Özəl Sektor Tərəfdaşlığı (DÖST) İnkişafı Mərkəzinin direktoru Anar Salmanov, Mərkəzin Layihələrin İnkişaf Etdirilməsi və İcrasına Dəstək Departamentinin müdiri Hamlet İsmayılov və Ağstafa KOB dostu Süleyman Tağıyev iştirak ediblər.
Tədbirdə Ağstafa rayonunda biznes imkanlarının genişləndirilməsi, bu sahədə icra olunan layihələrdə sahibkarların fəal iştirakının təmin olunması, DÖST mexanizminin tətbiqi ilə özəl investisiyaların cəlb edilməsini, KOB subyektlərinin bu tipli layihələrin icrası prosesində daha geniş iştirakını təşviq etmək məsələləri barədə geniş müzakirələr aparılıb.
Həmçinin ötən ayın 24- də Ağstafa Aqrar Sənaye Kompleksində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirib.Respublikada sayca 9- cu olan festifalda Ağstafa RİH başçısı Seymur Orucov, Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov, Ağstafa Aqrar Sənaye Kompleksinin icraçı direktoru Anar Orucov, Elmi-Tədqiqat institutlarının mütəxəssisləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.
Öncə festival çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təşəbbüsü ilə “İxraca hazırlıq diaqnostikası, brendləşmə və məhsul strategiyasının hazırlanması” təlimi və “Peyk sistemi əsasında nəqliyyatın monitorinqi” mövzularında məlumat sessiyaları keçirilib. Ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərin mütəxəssisləri öz uğurlu təcrübələrini, eləcə də təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları panel müzakirəsində bölüşüblər.
Daha sonra aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən festivalda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin innovativ məhsul və texnologiyalarını nümayiş etdiriblər.
Məlum olduğu kimi ölkə ərazisində taxıl biçini başlanmışdır.Bu iş Ağstaga rayonunda da uğurla həyata keçirilir. Rayon rəhbərliyinin xüsusi diqqətdə saxladığı məslələrdən biri də məhsulun itkisiz yığılması və biçin sahələrinin yanğından mühafizəsidir. Qeyd edək ki, bu cür addımlar bir sıra hallarda böyük faciələrə, meşə yanğınlarına yol açır, hətta insan tələfatına belə səbəb olur. O cümlədən əkin sahələrinin yandırılması sonrakı illərdə məhsul keyfiyyətinin və kəmiyyətinin də azalmasına gətirib çıxarır. Bu məqsədlə İcra hakimiyyətində geniş tərkibdə iclas keçirilib , mövzu ilə bağlı hərtərəfli məlumatlar dinlənilib, hər hansı bir xoşagəlməz hadisələrin baş verməməsi üçün aidiyyatı orqanlara xüsusi tapşırıqlar verilib. İcra başçısı Seymur müəllim məsələ ilə bağlı xüsusən əhalinin maarifləndirilməsini tövsiyə edib.
Rayon rəhbərliyinin hər zaman diqqətdə saxladığı ən ümdə məsələlərədn biri və başlıcası isə vətən qaziləri və şəhid ailələridir.İcra başçısı Seymur müəllim şəhidlərin doğum və anım günlərində onların ailələrinə , doğmalarına baş çəkir , dərdlərinə şərik olur, problemlər,i naratlıqları ilə yerindəcə maraqlanır , lazimi yardım və dəstək göstərir. Təkcə bu qəbildən olan insanlar deyil , bütün vətəndaşlar, rayon sakinləri daim diqqət mərkəzindədir. Mütəmadi olaraq keçirilən səyyar- qəbul görüşləri sakinlərin problemlərinin həllinə yönəlik qayğı və diqqətdən xəbər verir.
Göründüy kimi , Ağstafa rayonunda ölkə rəhbərinin sərəncam və tapşırıqlara böyük səylə həyata keçirilir. Dövlətimizə , dövlətçiliyimizə ləyaqətlə xidmət göstərilir.
Qarşıdan müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı gəlir. Bu münasibətlə başda Seymur müəllim olmaqla bütün ağstafalıları ürəkdən təbrik edir , kəsilən qurbanlarının , edilən dualarının qəbul olmasını Ulu Yaradandan arzu edirik.
P.S. Son zamanlar bəzi sosial şəbəkələrdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı çox hörmətli Seymur Orucovun gördüyü işlərə kölgə salaraq həqiqətə uyğun olmayan qərəzli və yalan məlumat yer alır. Görülən işlərə , verilən əməyə hörmət etmədən bu hallara yol verənlər jurnalist etikasından kənara çıxaraq bəzi öz çirkin məqsədə xidmət etdiklərini sübut etmiş olurlar. Belə hallar isə yolverilməzdir.
Müşfiq Kişiyev.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həftədə iki dəfə ət bazarlarında mal və qoyun ətinin qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər həyata keçirilir.
Bir-neçə gün sonra ölkəmizdə Qurban Bayramı qeyd ediləcək.
“Mühüm vəzifələrdə təsadüfi adamlar oturublar”
"Ukrayna-Rusiya müharibəsinin çox həssas bir mərhələsi yaşanır".
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin ötən ay apteklərdə keçirdiyi planlı və plandankənar yoxlamaların nəticələri açıqlanıb. SİA-nın məlumatına görə, iyunun 1-dən 30-dək 40 aptekdə yoxlama keçirilib.
Müsadirə olunan qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 10 adda, 35 qutu təşkil edib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 7 protokol tərtib edilib.
"Feodalizm dövründən bu günə qədər birgəyaşayış mədəniyyətinin əsas hissəsindən sayılan davranış mədəniyyəti, etik normalar, ictimai yerlərdə, küçədə insanların qrup halında toplaşdığı yerlərdə özlərini qrup halında aparmaq mədəniyyəti ilə əlaqədar müəyyən dəyərlər hazırlanıb". Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, bu dəyərlərin bir hissəsi milli dəyərlər olsa da, böyük bir hissəsi bəşəri dəyərlər sayılır: "Təəssüflər olsun ki, uzun müddətdir ki, Azərbaycanda milli dəyərlərimizə hər kəs tərəfindən riayət olunması ilə əlaqədar maarifləndirici tədbirlər aparılsa da, hələ də bu istiqamətdə boşluqlar var. İctimai yerlərdə insan özünü bir şəxs olaraq necə aparmalıdır ki, başqaları ilə konflikt yaşamasın. Biz küçədə tez-tez mənfi hallarla rastlaşırıq. Təkcə küçədə yox, eyni zamanda avtobuslarda, metroda mənfi halların şahidi oluruq. Bu tipli hadisələr bir daha onu göstərir ki, insanlar hələ də birgəyaşarlığın etik davranış normalarına riayət etmək istəmirlər. Xüsusən də sosial şəbəkələrdə xarici ölkələrin təsiri ilə formalaşan gənclərdə getdikcə davranış normalarına riayət edilməməsi faktlarını görürük.
İnsanlar bir-birinə hörmətsiz davranır, ictimai nəqliyyatda bir-birilərinin ayaqlarını əzirlər, küçədə və parklarda saqqız və siqaret kötüklərini yerə tullayırlar. Buna qarşı inzibati məsuliyyət güclənsə də cərimələr artırılsa da, tədbirlər və layihələr həyata keçirilsə də yenə də biz bu məsələlərdə problem yaşayırıq. Bizim hər bir xüsusiyyətimiz şəhərə gələn turistlərə, iş adamlarına da müsbət və ya mənfi təsir göstərə bilər. Davranış mədəniyyəti, etik normalar dedikdə yalnız özünü aparmaq, paltar geyinmək, danışıq tərzinə aid deyil. Bu, həm də ətraf mühitə olan münasibətimizdir. Bu, çox böyük bir problemdir. Davranış və etik normalar birgə yaşarlıq üçün, sərbəst şəkildə bir-birimizin hüquqlarına hörmət etmək üçündür. Əgər, biz bunlara fikir verməsək, həm kiçik, həm böyük konfliktlər yarana bilər".
Ermənistanın hansı yolu tutduğu, ermənilərin nə ağıla qulluq etdiyi, nəinki dünya ictimaiyyəti, hətta bu ölkənin vətəndaşları üçün də müəmmalı olaraq qalmaqdadır, çünki qərarsızlıq və yanlışlıqlar əndazəni aşıb.