![]() |
![]() |
Ukrayna və bir neçə digər ölkələrin noyabrda keçiriləcək G20 sammitində iştirakı Rusiyanın orada olub-olmamasından asılı olacaq.
Respublikamızın qərb bölgəsində yerləşən rayonlarımızdan biri də Goranboy rayonudur. Son zamanlar rayon ərazisində aparılan tikinti-quruculuq , abadlıq işləri rayonun simasını əsaslı surətdə dəyişmiş, əsrarəngiz təbii gözəlliyini daha da gözəlləşdirmişdir. Salınan yeni park və xiyabanlar, istirahət və əyləncə yerləri rayon əhalisinin asudə vaxtlarıını səmərli keçirməyə xidmət edir.
Rayon mərkəzinin bütün küçələri əsaslı surətdə abadlaşdırılmış, küçələrə səki daşları, bardürlər düzülmüş, asfalt örtük döşənmiş, gecə işıqlandırılması təmin edilmişdir.
Ümumiyyətlə tikinti-quruculuq, abadlıq işləri bütün rayon ərazisini əhatə etməklə İcra hakimiyyətinin birbaşa nəzarəti altında həyata keçirilir.
Xüsusi qeyd etmək yerinə düşərdi ki, ərazi bütövlüyümüz uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə Goranboy rayonunda göstərilən qayğı və diqqət olduqca təqdirəlayiqdir. Şəhid ailələrinin və qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər hər zaman xüsusi diqqət mərkəzində saxlanılır. Rayonun İcra başçısı müəllim , müavinləri və digər məsul işçiləri mütəmadi olaraq şəhid və qazi ailələrində olur, onların problemlərini, qayğılarını yerindəcə öyrənir və operativ tədbirlər görürlər. Həmçinin, Şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə memarlıq-arxitektura layihəsi əsasında tamamilə yenidən qurulmuş Şəhidlər – Abidə Kompleksi açılışı olmuşdur. Açılışda rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Qeyd edək ki , kompleks Goranboyda ilk belə möhtəşəm Xatirə - Abidə Kompleksidir. Rayon İcra başçısının xüsusi tapşırığı ilə kompleksin inşası zamanı şəhid ailələrinin fikir və təklifləri nəzərə alınmış, foto-güşələrin tərtibi onlarla razılaşdırılmışdır. Tədbir çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun büstünün açılış mərasimi də keçirilmişdir.
Məlum olduğu kimi, Goranboy rayonu aqrar rayondur. İş adamları, fermer təssərüfaı ilə məşğul olanlar da hər daim rayon rəhbərinin qayğı və diqqətini öz üzərlərində hiss edirlər.
Rayon rəhbərliyi mütəmadi olaraq sakinlərlə səyyar qəbul keçirir, onların qayğıları, problemləri ilə maraqlanır, müvafiq tədbirlər həyata keçirir.
Rayon rəhbərliyi ekoloji təmizlik, ətraf mühitin mühafizəsi, yaşıllaşdırma işlərinə də xüsusi nəzarət edir, bu məqsədlə mütəmadi olaraq iməcliklər təşkil olunur. Növbəti iməcliklərdən biri də iyul ayının 3-də baş tutmuşdur.
Göründüyü kimi, Goranboy rayonunda görülən işlər, həyata keçirilən tədbirlər ölkə rəhbərinin tapşırıq və sərəncamlarını yüksək səviyyədə yerinə yetirildiyindən xəbər verir.
Qarşıdan müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı gəlir. Baayram münasibəti ilə başda İcra başçısı Məhərrəm Quliyev olmaqla bütün rayon sahiblərini təbrik edir, kəsilən qurbanlarının, edilən dualarının qəbul olmasını Uca Rəbbimizdən diləyirik.
P.S Son zamanlar bəzi mətbu orqanlarda rayon haqqında, onun rəhbərliyi haqqında bəzi yalan-yalnış yazılar getməkdədir. Bütün bunlar görülən təqdirəlayiq işlərə zərrə qədər də kölgə sala bilməz. Sadəcə qeyri-peşəkarlıqdan xəbər vermir, həmçinin insanlığa,vicdana, əxlaqa zidd hallardır.
Müşfiq Kişiyev.
Əziz abituriyentlər və valideynlər!
Bildiyimiz kimi, Azərbaycan Universitetlərinə qəbul imtahanı yekunlaşmaq üzrədir, qısa bir müddətdən sonra, ixtisas seçiminə start veriləcək.
Əziz abituriyentlər, əgər, az bal toplayıbsızsa və düşünürsunuzsə heç bir ixtisasa qəbul ola bilməyəcəm, qətiyyən bu belə deyil.
Bu şəraiti və hüququ Sizə Azərbaycan Dövlət Aqrar Universiteti verir.
Nə üçün ADAU?
Çünki, Azərbaycan aqrar sektor sahəsində güclü sürətdə inkişaf edən ölkədir. Və bu zaman kəsiyində aqrar ixtisaslı kadrlara, ehtiyac var. Və Sizləri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil almağa, yüksək biliklərə - nəzəri və praktiki biliklərə, yiyələnməyə dəvət edirəm. Əgər Azərbaycan Dövlət Aqrar Universiteti haqqında məlumat almaq istəyirsinizsə, "You Tube" Sosial-Media Platformasında videoroliklərdən və digər sosial media platformalardan, saytlardan məlumat əldə edə bilərsiniz. Əyani şəkildə də, Universitetimizə ekskursiya edərək, mövcüd şəraitlə tanış ola biləcəksiniz.
Azərbaycan Dövlət Aqrar Universitetini seçin və iş zəmanətiniz yüksək olsun!
Təbriz Abdullazadə
İctimai-siyasi fəal gənc, IV kurs baytarlıq ixtisası tələbəsi.
Xəzər – dünyanın axarı olmayan ən böyük gölüdür.
Bu gün Şuşada olmağımız təsadüfi deyil.
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 2022-ci il üzrə Azərbaycanın Gənclər paytaxtı olan Tovuzda müxtəlif yarışlarda uğur qazanan yeniyetmə və gənc idmançılarla görüşüb.
Fevralın 24-dən sonra 10 vilayətin ərazisi döyüş əməliyyatlarından zərər çəkib.
Ukraynanın bərpası Avropada ən böyük iqtisadi layihə olmalıdır.
Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Qəmbərlinin qız qaçırması barədə məlumat yayılıb.
“Qafqazinfo”nun xəbərinə görə, iddia edilib ki, rayon sakini Ü.R. ailəsindən imtina edərək onunla qaçıb. Belə ki, xanımın boşanma ərəfəsində olduğu əri tərəfindən döyüldüyü üçün bu addımı atdığı bildirilib.
Ş.Qəmbərli barəsindəki iddialarla bağlı “Qafqazinfo”ya müraciət edib. O, məlumatın həqiqəti əks etdirmədiyini və vəzifəsi ilə bağlı qarayaxma kampaniyasının aparıldığını deyib:
“Yayılanlar tamamilə şər-böhtan və qarayaxmadır. Mən bu il mayın 10-dan İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli İdarəetmə Orqanları ilə İş Şöbəsinin rəhbəri təyin olunmuşam. Çox güman ki, haqqımda bu söz-söhbəti yayaraq mənə qarşı qarayaxma aparan şəxs də elə yerinə təyin olunduğum adamdır. Xanımın əri ilə əlbir olaraq bunu edib. Mən heç kimi qaçırmamışam, öz ailəmin və işimin başındayam. Üstəlik, İcra Hakimiyyətinin hər tərəfi kameradır, bu gün kim kimi qaçıra bilər?! Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Mənə böhtan atanlar məhkəmə qaydasında cəzalandırılana qədər bu işin arxasınca gedəcəyəm”.
Şöbə müdirinin sözlərinə görə, Ü.R. ilə kontaktı iş üçün İcra Hakimiyyətinə müraciət etməsi ilə bağlı olub: “O xanım bizə müraciət edərək Xarici Dillər Universitetini bitirdiyini dedi. DOST MMC-də çalışırdı və öz təhsilinə uyğun iş istəyirdi. Biz də digər vətəndaşlar kimi eyni qaydada onun müraciətinə baxmışıq. Başqa heç bir şəkildə mənim o xanımla ünsiyyətim olmayıb. Bildiyim qədərilə xanım boşanma ərəfəsindədir və həyat yoldaşı narkotik aludəçisidir. Görünən odur ki, ortada hansısa maraqlar var ki, əri də haqqımdakı şayiələrin yayılmasında ortaq olub. Ortada heç bir fakt olmaya-olmaya nəyə görə mənim şərəf və ləyaqətimlə oynamalıdırlar?”
Məsələ ilə bağlı Ü.R. ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə paylaşılan informasiyalar həqiqəti əks etdirmir: “Mən həyat yoldaşımla ailə münaqişəsi zəminində dalaşmışam. Mənə qarşı mütəmadi kobudluq etdiyi üçün boşanmaqla bağlı məhkəməyə müraciət etmişəm. Buna görə də anamın evinə gəlmişəm və hazırda anamın yanındayam. Mənim şərəf və ləyaqətimə ləkə gətirən informasiyalar paylaşan şəxslərin qanuna müvafiq qaydada cəzalandırılması üçün məhkəməyə müraciət edəcəyəm”.
Odessaya edilən raket zərbələri Rusiyanın Ukraynaya qarşı növbəti hərbi cinayətidir.