Xəzər – dünyanın axarı olmayan ən böyük gölüdür.

Böyüklüyünə və duzlu suyuna görə onu dəniz adlandırırlar. Xəzərin uzunluğu təxminən 1200 km-dir, ən enli yeri 466, ən ensiz yeri 204 km-dir. Suyun duzluluğu 13 faizdir, bu, dünya okeanında olduğundan üç dəfə azdır. Yer kürəsinin göl sularının 44 faizini təşkil edir. Xəzər dənizinin səviyyəsi dünya okeanından xeyli aşağıdır və o, enib-qalxmalara meyllidir. Xəzər Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Türkmənistanın və İranın sahillərini yuyur. Hələ də onun hüquqi statusu (göl, yoxsa dəniz) müəyyənləşməyib. Bu səbəbdən də onun bölüşdürülməsi Xəzəryanı dövlətlər arasında mübahisə yaradır.

İyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı region ölkələrinin əməkdaşlığının gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. 5 Xəzəryanı ölkənin liderlərinin müntəzəm görüşmələri qarşılıqlı əlaqələri daha da möhkəmlədir.

Zəngin enerji resurslarına, Avropaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi önəmə malik bölgə kimi səciyyələndirir. Azərbaycan region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin Zirvə Toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik gərgin əmək nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusuna müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Bu günə kimi Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırılıb və bu layihələrinn həyata vəsiqə qazanmasına Azərbaycan da özünün töhfələrini verib.Region ölkələrinin qarşılıqlı fəaliyyətinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverənliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Ölkə başçımızın qeyd etdiyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Eləcə də, nəqliyyat xidmətlərinin və daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.

Ətraf mühitin vəziyyəti ilə əlaqədar Xəzəryanı dövəltərin narahatlığına səbəb olan problemlərin həlli bütünlükdə dünya düzəninin tarazlanmasına da təsir imkanlarına malikdir. Ekoloji sabitliyin insan amilinə göstərilən qayğının tərkib hissəsi kimi daim diqqətdə saxlanıldığı Azərbaycanda Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün birgə əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verilir. Ölkəmizin Xəzərin bioehtiyatlarının və su hövzəsinin qorunması naminə lazımi tədbirlərin görülməsində maraqlı olduğunu bildirən Prezident İlham Əliyev dənizin dayazlaşma dinamikasından narahatlığını ifadə edib.

Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə nəzərə çatdırıb.

Beləliklə, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi