![]() |
![]() |
"Ermənistan belə təxribatlara əl atmaqla vəziyyəti daha da gərginləşdirməyə çalışır".
Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, Ermənistana həm Azərbaycan, həm də beynəlxalq təşkilatlar tərəfindən ciddi təzyiqlər var: "Bu ölkə sülh prosesi ilə bağlı öz üzərinə öhdəliklər götürüb və bu öhdəliklərdən yayınmaq üçün bu cür təxribatlara əl atır. Sözsüz ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi məsələsində səbrli davranır, təxribatlara baxmayaraq Ermənistandan konstruktiv yanaşma gözləyir. Lakin Ermənistan yenidən məsələni gərgin nöqtəyə gətirir. Bu da digər tərəfdən Ermənistanın özünün dalana dirənməsindən xəbər verir. Çünki indiki hakimiyyət Azərbaycanla sülh müqaviləsi olacağı təqdirdə daxili vəziyyətin gərginləşəcəyindən və Paşinyanın hakimiyyəti itirəcəyindən ehtiyat edir. Lakin bu sonsuz belə davam edə bilməz və bu istiqamətdə ciddi dəyişiklik olmasa bütün məsuliyyət Ermənistan tərəfinin üzərində qalacaq".