Rəsmi İrəvan beynəlxalq ictimaiyyətin diqqətini talan edilmiş təbii sərvətlərdən yayındırmağa çalışır -Aqiyə Naxçıvanlı

“Məlum olduğu kimi, 30 ilə yaxın müddət ərzində davam etmiş işğal dövründə erməni qəsbkarları Azərbaycan ərazilərində soyğun, talançılıq, hərbi cinayətlərlə yanaşı davamlı olaraq ekoloji terror da həyata keçirmişdir.

 Bu əməllər nəticəsində ölkəmizin təbiətinə, su mənbələrinə ciddi ziyan vurulmuşdur. Təəssüflər olsun ki, bu gün də Ermənistanın ölkəmizə qarşı ekoloji cinayətləri davam etməkdədir.Təqdim olunan təsdiqlənmiş məlumatlara görə hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı yataqlarında aparılan qeyri-qanuni qazıntı və emal işləri nəticəsində təbii sərvətlərin talan edilməsi davam edir.

Eyni zamanda da bu işlər Azərbaycan təbiəti üçün ciddi ekoloji fəsadlar törətməkdədir.Bununla bağlı dekabrın 3-dən Azərbaycan tərəfi sülhməramlı kontigentin komandanlığı ilə danışıqlar aparmış və nəticədə ölkənin müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı monitorinq aparmasına dair razılıq əldə olunmuşdur.

Lakin buna baxmayaraq dekabrın 10-da sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədilmişdir.Sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib. Məhz bu səbəbdən də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Şuşa-Laçın yolunda etiraz aksiyasına başlayıblar. Etirazçıların haqlı tələbləri Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmasından ibarətdir. Bu aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.”

Bu fikirləri Ermənistanın ölkəmizə qarşı ekoloji cinayətlərini şərh edərkən mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Milli Məclisin üzvü onu da bildirib ki, Ermənistan tərəfi əsassız iddialar əks etdirən bəyanatlar səsləndirməklə beynəlxalq ictimaiyyətin diqqətini problemin mahiyyətindən yayındırmağa çalışır: “Ermənistan tərəfinin guya ki, Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti qətiyyən əks etdirmir. Bu kimi bəyanatlarla rəsmi İrəvan beynəlxalq ictimaiyyətin diqqətini öz cinayətlərindən yayındırmağa çalışır. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar.

Laçın yolu isə azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə tamamilə ziddir. Həmçinin qeyd olunmalıdır ki, 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları da Ermənistan tərəfindən hələ də yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur.

Nəhayət, üçtərəfli Bəyanatın 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Maraqlıdır ki, ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bununla belə son vaxtlar bəzi ölkələrin XİN-ləri tərəfindən məsələyə qərəzli reaksiyalar verilir. Bu isə problemin həlli və vəziyyətin normallaşması istiqamətində aparılan işləri əngəlləyir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.


❄ Qiymətlər donduruldu!


Qonaqların xoş istirahətini əsas iş prinsipi olaraq seçən, hər zaman onlara ən əlverişli şərtlərlə otaqlar və xidmətlər təklif edən «İsmayıllı Resort & Hotel» dekabr ayının 11-dən etibarən "Qışa özəl" adlanan növbəti endirim kampaniyasına başlayır.
Artıq həftəiçi 2 gecəlik standart otaq 140 deyil, 90 AZN! Bu fürsəti qaçırmayın! Öncədən rezerv edin!

Qiymətə həmçinin daxildir:
• Səhər yeməyi
• Türk hamamı
• Buxar otağı
• Şok hovuzu
• Fitness mərkəzi
• Uşaq oyun otağı
• Karaoke'dən istifadə

Rezervasiya və əlavə məlumat üçün:
• |

Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. O, böyük siyasi və dövlət xadimi, xalqın ümummilli lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır. Xalqın Ulu Öndərə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirilmişdi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi. Bütün dünya azərbaycanlılarının milli iftixarı Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərarlar verəcəkdir.
Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etmiş, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarmış, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratmışdır. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır.
Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. O, ağır zamanlarda xalq üçün işıq yolu, xalqı faciələrdən xilas edən bir lider olub. Həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etmişdir. Azərbaycan məhz ulu öndərin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxmış, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə etmişdir. 1993-cü ildən başlanan inkişaf yolunun uğurları fonunda bu ümumiləşdirməni aparıb deyə bilərik ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında Qurucu və Xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb və qalacaq.
Bu gün Müstəqil Azərbaycan Respublikasının bütün sahələrində Heydər Əliyev izi görünür. Dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin əllərdədir. Azərbaycan gəncliyi bu gün qürurla və iftixarla bu Vətənin övladı olmaqdan məmnunluq duyur. Çünki Prezident-Xalq, Xalq-Prezident birliyi vəhdət təşkil edir. Ulu öndər Heydər Əliyevin xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq və xalqımız müdrik rəhbərinin xatirəsini ehtiramla yad edəcəkdir.

Məhəmməd Mehdiyev,
Salyan rayon Seyidan kənd ümumi orta məktəbin direktoru, YAP fəalı
 

GƏDƏBƏYDƏ YENİ RƏHBƏRLİK KÖHNƏ İCRA BAŞÇISININ DÜNYADAN KÖÇƏNLƏRİNƏ RƏHMƏT OXUTDURUR

21-750x1024.jpg

Vüsal Musayev: “Bu sənədləri mən görmüşəm, götürməyimə də ehtiyac yoxdur. Sənin nə qəşəng kostyumun var, vurduğun ətir də gözəldir. Amma, cibində nə qədər pulun var, onu bilmirik”

    araz.az  Deryaz.az-a istinadən bildirir  ki, Prezident İlham Əliyev 05 oktyabr 2021-ci il tarixdə İbrahim Ənvər oğlu Mustafayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzaladı və bu vəzifəyə 11 avqust 2022-ci il tarixdə Orxan Çingiz oğlu Mürsəlov təyin olundu. Qeyd edək ki, Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olunana kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında məsul vəzifə sahibi olur. Buradan görünür ki, təqribən bir ilə yaxın müddət ərzində Gədəbəy rayonunda icra başçısı vəzifəsini müavin icra edir və  ötən bir ilə yaxın müddət ərzində əksəriyyətin nəzər-diqqəti, ümumi müzakirələr və s. hansı şəxsin bu rayonun rəhbərliyinə təyin olacağına yönəlir. Nəhayət, 11 avqustda Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olundu və o, ilk günlərdən başlayaraq rayonun Çalburun, Səbətkeçməz, Arısu, İsalı və s. kəndlərində şəhid ailələri və ağsaqqallarla görüş keçirdi, Gədəbəy  şəhərində yerləşən Şəhidlər Xiyabanında oldu, Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarının məzarlarını ziyarət etdi. Bəli, ilk günlər bu yöndə atılan addımlar hər kəsin nəzərində gənc və enerjili olan Orxan Mürsəlovun, məhz işgüzar vəzifə sahibi olacağı qənaətini formalaşdırdı. Amma, atalar demişkən “Sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli, çox keçmədi ki, bu rayonda özünü doğrultmağa başladı. Yəni, günlər, həftələr, aylar keçdikcə Orxan Mürsəlova olan inam əməlli-başlıca inamsızlığa çevrildi.  Hal-hazırda Gədəbəyin özündə və ətraf yaşayış məntəqələrində baş verənlər, məhz hər kəsi belə qənaətə gəlməyə sövq edir. Məsələn, 11 avqust 2022-ci il tarixdən Gədəbəy RİH-nin başçısı vəzifəsini daşımağa başlayan Orxan Mürsəlov, son vaxtlar sabiq icra başçısı İbrahim  Mustafayevin kadrlarına “əlvida” demək qərarına gəlib. Söylənilənlərə görə, artıq RİH Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Vidadi müəllimlə bağlı belə bir qərar verilib və bu şəxsin daşıdığı vəzifə “hərraca çıxarılıb”. Bundan əlavə bəzi şəxslərə isə, hazırda boş olan «Kamxoz»a rəhbər təyin olunacaqları ilə bağlı “yağlı vədlər” verilib. Söylənilənlərə görə, bu məqsədlə bəzi şəxslərlə məxfi danışıqlar aparıldığının işartıları da hiss olunmaqdadır. Yayılan söz-söhbətlərə görə, Orxan Mürsəlovun icra başçısı təyinatından sonra Gədəbəyin istirahətə yararlı olan meşə zolaqlarına elə bir formada divan tutulur ki, ümumi mənzərəni görüb eşidən hər kəs, sanki öz-özlüyündə “şaxsey-vaxsey” deməli olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev adlı şəxs, bir müddət bundan öncə öz şəxsi hesabına rayonun Qaramurad kəndindən Arqıran kəndinə gedən yolu qaydaya saldırarkən İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin İlyas oğlu Kazımov, yolun qaydaya salınması işlərini görür və bu haqda rayon rəhbərliyinə məlumat ötürür. Həmin günün səhəri Nazim Əliyevi RİH-nə çağrırlar. İcra başçısı Orxan Mürsəlov ona “Sən kimsən ki, yol qaydaya saldırısan? Məgər dövlət yoxdurmu? Dövlət də var, dövlətin pulu da!” deyərək, ona qarşı hərbə-zorba gəlir.

    Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, rayonun İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin Kazımov, indiyə kimi Novosaratovka kəndi ərazisində, daha dəqiq desək “N” saylı hərbi hissənin qarşısında təqribən 1 ha torpaq sahəsini zəbt edib. Hətta, bu şəxs həmin ərazidən Şınıxa gedən yolun üstündə 7 (yeddi) ədəd yaşayış evi tikir və az sonra o, tikdirdiyi evləri imkanlı şəxslərə satır.

Şahin  Kazımovun “Spornı” adı ilə tanınan ərazidə Arqıran kənd sakinlərinə məxsus pay torpaqlarında tövlə tikdiyi də bildirilir. Unutmaq olmaz ki, qeyd olunan həmin ərazidə tikinti işləri aparmaq qadağan olunsa da, İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi heç bir tələbə əhəmiyyət vermir və bu yöndə düşündüyü addımını atır. Rayon sakinləri arasında dolaşan söz-söhbətlərə görə, bu şəxs çox böyük təsir imkanına sahibdir. Məsələn, söylənilənlərə görə o, xeyli müddət bundan öncə 30 min “haqq-hesab”ın müqabilində oğlunu RİH Aparatında işə düzəltdirir. Bu şəxsin qardaşı sovxoz direktoru olarkən, sovxozun əmlakını, o cümlədən bir çox texnikaları, mal-qaranı, qoyun-quzunu ələ keçirib mənimsəmələri haqda da məlumatlar dolaşır. Maraqlı hal o olur ki, mənimsəmə faktları ilə bağlı rayon prokurorluğunda araşdırmalar aparılsa da, az sonra bu yöndə davam etdirilən araşdırmalar dayandırılır. Yəqin ki, buna nə səbəb olur, o haqda kimlərsə ətraflı məlumata malikdirlər.

    Bir müddət bundan öncə, rayonun Novosaratovka kəndində ulu öndər Heydər Əliyevin adını daşıyan parkın aşağı hissəsində, daha dəqiq desək Dairə Seçki Komissiyasına (DSK) gedən mərkəzi magistral yolun kənarındakı göstərici- plakat yerli-dibli çıxarılır və yolun kənarı qazılır. Hal-hazırda həmin yolun qazılmış hissəsində heç bir sənədi olmayan yeni obyektin inşaa olunmasına hazırlıq işləri görülməkdədir.

saaa-768x576.jpeg

Gələcəkdə inşa olunacaq obyektin RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayevə və İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin Kazımova məxsus olacağı söylənilir. İnşa olunacaq bu obyektə dair heç bir sənəd olmasa da, nədənsə rayon rəhbərliyi, yaxud da digər vəzifə sahibləri bununla bağlı aidiyyatı dövlət qurumlarını məlumatlandırmırlar, yaxud da heç bir sorğu məktubu göndərmirlər. Yəqin ki, bu obyektin inşa olunması ilə bağlı rəhbərliyin özü ətraflı məlumata malikdir. Dolaşan başqa bir söz-söhbətlərə görə, gələcəkdə həmin obyektdən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunacaq. Hal-hazırda rayonun Slavyanka kəndində, hansı ki, yüksək gərginlikli elektrik xətlərinin altında da, heç bir sənədi olmayan obyektin inşa olunduğu bildirilir. Bu obyektin inşaası Gədəbəy RİH başçısının şəxsi nəzarətində olduğu da vurğulanır.

       Son vaxtlar Gədəbəy rayonunda yaşanan xoşagəlməz olaylardan biri də, hal-hazırda Bakı şəhəri  Səbail rayonunda qeydiyyatda olan Əliyev Nazim Əli oğlunun üz-üzə qaldığı problemin varlığıdır ki, yerlərdə bu problem daha çox müzakirə olunmaqdadır. Məsələn, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev  Səbail rayonunda qeydiyyatda olsa da, o, əslən Gədəbəy rayonundandır. Xeyli müddət bundan öncə o, boya-başa çatdığı bu rayonun Novosaratovka kəndində, hansı ki, şəxsi mülkiyyətində və istifadəsində olan evinin yaxınlığında, Dövlət mülkiyyətində olan torpaq sahəsindən 1,5 ha torpaq sahəsini 15 (on beş) il müddətinə icarəyə götürüb balıqçılıq təsərrüfatı yaratmaq qərarına gəlir. Bu məqsədlə Nazim Əliyev əvvəlcə Gədəbəy Rayon İcra Hakimiyyətinə məktub ünvanlayır.

Nazimin-İcra-Hakimiyyətinə-müraciəti.jpeg

Bu şəxsin balıqçılıq təsərrüfatı yaratmaqda əsas məqsədi, məhz həmin ərazidə Akvakultura obyektlərinin rekreasiya yetişdirilməsini, həmçinin hər il təqribən 5 (beş) ton çəkidə balıq yetişdirib əldə olunan balıq məhsullarının bazar qiymətlərinə uyğun satışını təşkil etməyi nəzərdə tutur. Qeyd edək ki, gələcəkdə təsərrüfat fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun həyata keçirmək məqsədilə o, fiziki şəxs olaraq öz adına VÖEN açdırır və üzərinə düşən lazımi öhdəlikləri yerinə yetirəcəyinə qərar verir. Nazim Əliyevin etdiyi bu müraciət əsasında, 08 aprel 2022-ci il tarixdə Gədəbəy RİH tərəfindən qeyd olunan torpaq sahəsində balıqçılıq gölünün yaradılmasının məqsədəuyğun olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinə məktub göndərilir. Nazirliyə göndərilən məktub əsasında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin sahəyə baxış keçirirlər, lazımi foto-şəkillər çəkirlər. Hətta, onlar akt da tərtib edib, qeyd olunan torpaq sahəsində balıqçılıq gölünün yaradılmasını məqsədəuyğun hesab edirlər.

Ekologiyanin-məktubu-1.jpeg
Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən, Gədəbəy RİH başçısının 09 avqust 2022-ci il tarixli 176/8-6 saylı məktubu və Azərbaycan Respublikası ƏMDX yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin 24 avqust 2022-ci il tarixli 2201129843 saylı məktubu əsas götürülür və Nazim Əliyevin icarəyə götürmək istədiyi 1,5 ha torpaq sahəsinin Yerquruluşu Planı təsdiq olunur.
layihə-planı-768x450.jpeglayihə2.jpegÖdəniş-qəbzi-1-768x381.jpeg

 Düzdür, bu şəxsin balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə Gədəbəy RİH-nə müraciət etdiyi vaxtlarda və ünvanlanan qurumlardan müsbət cavab gələndən sonra, Novosaratovka kəndindəki evinin yaxınlığında kiçik bir göl olur. Elə ki, Nazim Əliyev bu yöndə müyəyyən işləri görməyə başlayır, o halda bəzi şəxslər onu Gədəbəy RİH-də vəzifə sahibi olan şəxslərlə görüşməyə məcbur edir. Bu şəxsin ilk görüşü RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Musayev Vüsal Kərim oğlu ilə baş tutur. Nazim Əliyev bu şəxsin qəbulunda olarkən, Vüsal Musayev ilk söhbəti zamanı ona “Sənin fikirin nədir, nə etmək istəyirsən? Eşitmişik ki, 40 min manat təklif etmisən, əgər pul versən bir həftəyə sənədlərini qaydaya salıb özünə verərəm” deyir. RİH rəsmisinin belə danışıq və təkliflərindən sonra o, ona “mənim o qədər pulum yoxdur” cavabını verir. Az sonra Nazim Əliyev ona “bəs sizin fikiriniz nədir?” deyə sual verir. Vüsal Musayev bu suala verdiyi cavabında “məsləhətləşib sənə bir cavab deyərəm” deyir. Bir həftədən sonra isə, Nazim Əliyevin həyətinə polis əməkdaşları göndərilir və ona bildirirlər ki, “evinin yaxınlığındakı kiçik balıq gölü dağıdılacaq”. O halda o, ləngimədən RİH başçısının qəbuluna yazılır və icra başçısı Orxan Mürsəlovun qəbulunda olur. Həmin vaxt RİH-nin başçısı Nazim Əliyevə “Axı sənədləşmə işlərinin həyata keçirilməsinin qaydalarını Vüsal Musayev sənə başa salıb. Bir də ki, sənin burada heç bir sənədin yoxdur. Biz sənə heç bir sənəd verməyəcəyik” deyir. Nazim Əliyev bu cavabdan sonra rayon rəhbərinin ümumi fikirini başa düşür və ləngimədən RİH tərk edir. O, çox keçmir ki, bu dövlət qurumuna təqdim etdiyi, amma burada çalışan bəzi vəzifə sahiblərinin öz aralarında itbata saldıqları sənədləri təkrar əldə edir. Yəni, Nazim Əliyev bir həftədən sonra 11 saylı Şəmkir Ərazi İdarəsindən sənədlərin surətlərini çıxartdırır, təsdiqlətdirir, daha sonra Qazax rayon şöbəsində möhür vurdurur və təkrar əldə etdiyi sənədləri RİH-nə təqdim etmək qərarına gəlir. Bu məqsədlə o, yenidən Orxan Mürsəlovun qəbulunda olmaq istəsə də, onun belə bir cəhdi heç cür baş tutmur və Nazim ƏliyevVüsal Musayev qəbul edir. Elə ki, o, RİH rəsmisinin qəbulunda olur, o halda Vüsal Musayev ona “Bu sənədləri mən görmüşəm, götürməyimə də ehtiyac yoxdur. Sənin nə qəşəng kostyumun var, vurduğun ətir də gözəldir. Amma, cibində nə qədər pulun var, onu bilmirik” deyir. O halda Nazim Əliyev başa düşdür ki, bu vəzifə sahiblərinin onu get-gələ salmaqda başqa məqsədləri var. Yəni, həmin şəxslərin  niyyətləri ondan pul almaq olur.  

Bütün bunlara baxmayaraq, Nazim Əliyev dəfələrlə Gədəbəy RİH Aparatına müraciətlər etsə də, qeyd olunan ərazidə onun balıqçılıq gölü yaratmasına, buna görə də lazımi ölçüdə torpaq sahəsinin ayrılmasına icra başçısı Orxan Mürsəlov, heç bir sərəncam imzalamır. Baxmayaraq ki, xeyli müddət bundan öncə möhtərəm Prezident İlham  Əliyev  cənabları yerli sahibkarlara ünvanladığı müraciətində qeyd etmişdi ki, “Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. O halda sual oluna bilər ki, əgər ölkə rəhbəri yerli sahibkarlara qarşı belə bir yanaşma ortaya qoyursa, bəs səbəb nədir ki, Gədəbəy RİH-nin başçısı Orxan Mürsəlov və onun müavini Vüsal Musayev, bu gün də kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevə qarşı belə bir addımlarını atırlar? Yəni, bu da onu sübut edir ki, hər iki vəzifə sahibinin bu şəxsə bəslədikləri “xor münasibət”, əslində ölkə rəhbərinin iradəsinə zidd getməkdən başqa bir şey deyil.

Başqa bir faktı da qeyd edək ki, hal-hazırda Nazim Əliyevin şəxsi mülkiyyətində bir neçə ağır texnika, o cümlədən ekskvator, traktor və s. var ki, həmin texnikalar Novosaratovka kəndində onun evinə yaxın yolun kənarında dayandırılır. Elə ki, rayon rəhbərliyində olan şəxslər qeyd olunan yoldan, yaxud da həmin yola yaxın ərazidən keçirlər, o halda “Texnikaları yol kənarından götüzdürün” deyə, yerli vəzifə sahiblərinə lazımi tapşırıqlar verirlər. Bundan əlavə, bu şəxsin gələcəkdə balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə, şəxsi vəsaiti ilə alıb çay kənarına üstüstə yığdığı beton piltələri də, çay kənarından götürməyə məcbur edirlər. Yəni, həmin şəxslər beton piltələri gah çay kənarına, gah da çay kənarından başqa yerə daşıtdırırlar. Söz yox ki, bütün bunlar müəyyən xərclər hesabına başa gəlir ki, bu da Nazim Əliyevin  heç bir əsas olmadan əlavə xərcə düşməsinə səbəb olur. Bir sözlə, bu gün Gədəbəy RİH-nin rəhbər şəxsləri bu şəxsə məxsus texnikaları, çay kənarına yığdığı beton piltələri bir yerdən digər yerə daşıtdırmaqla, Nazim Əliyevə qarşı qarşı qisasçılıq etməklə məşğul olurlar.

Bu yöndə atılan addımlar onu sübut edir ki, Nazim Əliyev kiçik bir sahibkar olaraq xeyli vaxtdır ki, Gədəbəy RİH başçısının və onun müavininin belə bir xoşagəlməz hərəkətləri ilə üz-üzə qalıb. Yəni, hər iki vəzifə sahibinin bu şəxsə qarşı göstərdikləri münasibət Nazim Əliyevi zinhara gətirdiyi üçün, artıq o, özünə qəsd etmək zorunda qalıb.

P. S. Redaksiyamıza daxil olan məlumatlara görə, Orxan Mürsəlov icra başçısı vəzifəsinə təyin olunduqdan iki ay sonra, dövlətin verdiyi nəqliyyat vasitəsini bəyənmir və özünə təqribən 190.000 manat dəyərində son model, qara rəngli “Land Cruiser” markalı avtomobil alır. Başqa bir məlumata görə RİH-nin başçısı bu avtomobilin ilkin 100.000 manatını nəğd şəklində ödəyir, qalan 90.000 manatını isə kreditə salır. Bu haqda məlumatlı olan gədəbəylilər deyirlər ki, icra başçısının üçün 90.000 manat nədir ki, üç boş qalan vəzifəni «hərraca çıxartsa» tam şəkildə ödəyəcək.

Nazim Əliyev İcra Başçısının bu özbaşınalığından təngə gəldiyi üçün, Prezident İlham Əliyevə rəsmi məktubla müraciət etdiyi bildirilir.

Qarşi tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Təəssüflər olsun ki, bu qədər yayımlanan yazıların qarşılığında 
cənab Tahir Məmmədov, Muğanlı kəndində bir ailənin üz-üzə qaldığı problemin araşdırılması yöndə, hələ də aidiyyatı qurumlara heç bir tapşırığını verməyib
        

Bəlkə də, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndində baş torpaq sürüşməsi hadisəsinin yaratdığı fəsadların nəticələri, 2019-cu ilin fevralında bu rayonda və ətraf ərazilərdə baş verən zəlzələnin əmələ gətirdiyi fəsadların nəticələrindən heç də geridə qalmır. Söz yox ki, hər iki hadisə fövqəladə hadisə olduğundan, bu hadisələrin qarşılığında vətəndaşlara dəyən ziyanın aradan qaldırılması dövlətimizin üzərinə düşən əsas vəzifələrdəndir. Sual oluna bilər ki, görəsən baş verən bu təbiət hadisələrindən sonra hər kəsin üz-üzə qaldığı zərər tam şəkildə aradan qaldırıldımı? Yəni, vətəndaş məmunluğu özünü doğrulda bildimi? Əsla yox! Çünki, Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problem hələ də həll olunmayıb. Qeyd edək ki, 2014-cü ildən bu ailənin üzvləri onlara qarşı düzülüb-qoşulan haqsızlıqla bağlı bir çox dövlət qurumlarını məlumatlandırsalar da, bu gün də ortada heç bir nəticə yoxdur.

     Deyəsən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əsas işi, göndərilən məktublara şablom xarakterli cavablar verməkdən ibarətdir

Ortada olan yalnız və yalnız cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən verilən şablom xarakterli cavabların varlığıdır. Diqqət yetirmək lazımdır ki, bu dövlət qurumu ictimailəşdirilən bir çox problemlərlə bağlı əməli addımlarını atmaq əvəzinə, istər PA-dan, NK-dən, istərsə də Nazirliyin özündən göndərilən məktublara başdansovdu cavablar verməklə məşğul olur və bununla da qarşı tərəf öz işlini bitmiş hesab edir.

ARAZMKTUBU

Amma, bu heç də belə deyil! Faktdır ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi üzərinə düşən vəzifəni vaxtlı-vaxtında yerinə yetirmədikcə, yerlərdə vətəndaş narazılığı baş qaldırır, insanların dövlət qurumlarına olan inamı heçə enir. Bu sırada Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşlarının fəaliyyətsizliyi də, heç də diqqətdən kənarda qalmayan məsələlərdəndir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə, Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Tahir Nadir oğlu Məmmədov, bugünə qədər bir neçə dəfə ictimailəşdirdiyimiz, əksər dövlət qurumlarını məlumatlandırdığımız bu problemlə bağlı hələ də susmaqda davam edir. Faktdır ki, bu gün o, ölkə rəhbəri İlham Əliyev cənablarının imzaladığı Sərəncam əsasında Şamaxı RİH-nin başçısı vəzifəsini daşıyır. Deməli, RİH-nin başçısı vəzifəsini daşıyan Tahir Məmmədov, bu gün Şamaxı rayonu ərazisində baş verən, yaxud da gələcəkdə baş verə biləcək problemlərlə bağlı məsuliyyət daşıyır. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemlərin incəliklərini, ötən yazılarımızda bir neçə dəfə tam çılpaqlığı ilə ictimailəşdirmişik.

  Mərhum Yadigar Rəcəbovun ailə üzvlərini üç dövlət qurumunun əməkdaşları “düzdə qoyurlar”

 Yəni, yazıb qeyd etmişdik ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində baş verən torpaq sürüşməsi hadisəsindən sonra, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər ailəyə dair məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına da təqdim olunur. Həmin vaxt Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən sakinlərin fərdi yaşayış evləri ilə bağlı tərtib olunan ilkin siyahıda, Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, bu kəndin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaası həyata keçirilir və evlər 2014-cü ildə zərərçəkən sakinlərə paylanır. Evlər ailələrə paylanarkən, Şamaxı RİH Aparatından Yadigar Rəcəbova da zəng olunur və ona qeyd olunan əraziyə gəlməsi bildirilir. Telefon zəngindən sonra o, teztələsik həmin əraziyə gedir və evlərin paylanması işlərinə diqqət yetirir. Evlərin paylanması işləri həyata keçirilərkən Şamaxı RİH Aparatında çalışan əməkdaş tərtib olunmuş ümumi siyahıda olan şəxslərin adlarını birbir çəkir. Həmin siyahı üzrə o, Yadigar Rəcəbovun da adını çəkir, o halda yaxın məsafədə dayanan və evlərin paylanması işlərinə rəhbərlik edən Şamaxı RİH başçısının müavini, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri mərhum Ağamustafa Vahidov (Bu şəxs 08 dekabr 2017-ci ildə vəfat edib. Allah rəhmət eləsin!) ərazidə olan şəxslərin  gözləri önündə “Evlər o siyahı üzrə deyil, mənim əlimdə olan siyahı üzrə paylanacaq” deyir. Bəli, əslində bu belə də olur.

                       Rəcəbovlar ailəsi üzvlərinin adları ilkin siyahıdan niyə çıxarılır?

Mərhum Yadigar Rəcəbovun övladları redaksiyamıza çatdırdıqları məlumatlarda bildirirlər ki, “2014-cü ildə atamız Şamaxı RİH Aparatında vəzifə sahibi olan və evlərin paylanması işlərinə cavabdehlik daşıyan şəxslərin “bığının altından” keçmədiyi üçün, ailə üzvlərimizin adları ilkin siyahıdan çıxarılır.

ARAZMKTUBWCWNCW

 Az sonra isə, bizim ailəyə verilməli olan evi Şamaxı RİH-nin əməkdaşları hansısa maraqlar əsasında başqa bir ailəyə verirlər”. Məsələnin diqqəti cəlb edən halı odur ki, Rəcəbovlar ailəsinin üzvlərinə qarşı belə bir haqsızlıq baş verdiyi üçün, Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına bir neçə şikayət ərizələri və teleqramlar göndərir. Bu şəxsin atdığı belə bir addımdan üç gün sonra isə, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailəni Şamaxı RİH əməkdaşları həmin evdən çıxarırlar və ev ötən 8(səkkiz) il ərzində boş qalır. Rəcəbovlar ailəsindən redaksiyamıza daxil olan başqa bir məlumata görə, (Yadigar Rəcəbov 05-008-2022-ci il tarixdə rəhmətə gedib. Allah rəhmət eləsin!) dünyasını dəyişdikdən bir neçə gün sonra, 2014-cü ildə evdən çıxarılmış ailə Şamaxı RİH-nin əməkdaşları himayədarlığı ilə təkrar həmin evə yerləşdirilir.

      2014-cü ildə Yadigar Rəcəbov RİH əməkdaş(lar)ının “bığının altından” keçmir, ona görə də olmazın oyuna düşürlər

   Bütün bunlar onu söyləməyə əsas verir ki, Rəcəbovlar ailəsi üzvlərinin 2014-cü ildən belə bir problemlə üz-üzə qalmalarının kökündə, məhz RİH-də vəzifə sahibi olan şəxslərin günahı olduqca böyükdür.  Bundan əlavə, həmin ildə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin və yerli icra hakimiyyəti orqanı nümayəndələrinin qol qoyduqları saxtakarlıq da, məhz bu ailənin üzvlərini fərdi yaşayış evi əldə etmək hüququndan məhrum edir. Belə bir haqsızlıqların baş verməsinə əsas səbəb, Yadigar Rəcəbovun evlərin paylanması işlərinə məsul olan vəzifə sahiblərinin “bığının altından” keçməməsi olur. Çünki, dolaşan söz-söhbətlərdə o da qeyd olunur ki, 2012-ci ildə baş verən torpaq sürüşməsi hadisəsindən sonra Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən sakinlərə 2014-cü ildə yeni fərdi yaşayış evləri verilərkən, 47 ailədə olan şəxslərin ailə üzvləri RİH tərəfindən “toskı”ya otuzdurulur. Yəni, hər ailədən müəyyən məbləğdə “şirinlik” tələb olunur. Söz yox ki, səslənən belə bir ittiham dolaşan söz-söhbətlərdəndir.

                            Səbəb nədir ki, Şamaxı RİH-nin başçısı özünə qarşı inamsızlıq yaradır?

      Hörmətli oxucular! Biz bir media qurumu olaraq Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemi bir neçə dəfə ictimailəşdirmişik və bu problemin əmələ gəlməsi səbəbləri haqda redaksiyamıza daxil olan məlumatları həm geniş ictimaiyyətin diqqətinə, həm də aidiyyatı dövlət qurumlarına çatdırmışıq. Təəssüflər olsun ki, bu qədər yayımlanan yazıların qarşılığında Şamaxı RİH-nin başçı cənab Tahir Məmmədov, rəhbərlik etdiyi rayonun Muğanlı kəndində bir ailənin üz-üzə qaldığı problemin araşdırılması yöndə, aidiyyatı dövlət qurumlarına heç bir tapşırığını vermir. Niyə, hələ ki, bu bəlli deyil! Axı, Şamaxı RİH-nin başçı səlahiyyət sahibi olan şəxsdir və o, 2014-cü ildə Rəcəbovlar ailəsinə qarşı düzülüb-qoşulmuş haqsızlığın araşdırılması üçün, bu gün hüquq-mühafizə orqanlarına lazımi tapşırıqlarını verə bilər. Əgər bu problemin əmələ gəlməsi səbəbləri araşdırılıb əsl həqiqətlər üzə çıxarılarsa, o halda hər kəsin, o cümlədən Yadigar Rəcəbovun ailə üzvlərinin də rayon rəhbərliyinə olan inamı daha da artar.

             Ölkə rəhbərinin verdiyi tapşırıqları cənab Tahir Məmmədov necə yerinə yetirir?

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları hansı şəxsi şəhər və rayonlara icra başçısı vəzifəsinə təyin edirsə, həmin şəxsə “Sizə böyük etimad göstərilir və əminəm ki, siz bu etimadı doğruldacaqsınız, öz işinizlə vətəndaşların rəğbətini qazanacaqsınız və ölkəmizdə gedən islahatları dərinləşdirmək üçün əməli səylər göstərəcəksiniz. Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki, hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm” deyə lazımi tapşırıqlarını verir. O halda sual oluna bilər ki, görəsən  Şamaxı RİH-nin başçı cənab Tahir Məmmədov, ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqları lazımınca yerinə yetirirmi? Əsla yox! Çünki, bu qədər yazıların qarşılığında RİH başçısının mərhum Yadigar Rəcəbovun ailə üzvlərinə qarşı göstərdiyi sayğısızlıq, məhz qeyd olunanları tam şəkildə sübut etməyə əsas verir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Azərbaycan neft-qaz, qızıl və digər sərvətlər ölkəsidir. Amma vətəndaşı nə Küveytli kimi, nə Anddoralı kimi, heç olmasa qonşumuz qazaxlar kimi də yaşamır. Bu azmış kimi, qalaq-qalaq sosial problemlə içində boğulur. Məmur məsuliyyətsizliyi, büdcə pullarına hərislik işi o yerə çatdırıb ki, ölkənin ən mərkəzindən ən ucqarına qədər yolumuzun olmadığı yerlər var.
Söhbət açacağımız yer isə Masallı rayonunun Yolağac kəndidir. Təxminən 500 nəfərə yaxın sakini olan və Burovar dağ silsiləsinin, Dəmbəlov yüksəkliyinin ətəyində yerləşən bu kənd möhtəşəm təbiətə, bərəkətli torpağa və zəhmətkeç insanlara malikdir. Bu səmimi və mehriban camaat dolanışığını heyvandarlıq və əkinçiliklə təmin edir. Amma yolsuzdurlar.
Bu kadrlardan da görürsüz ki, azca yağış yağdıqdan sonra Yolağac kəndinə getmək min bir müsibətdir. Kənd sakinləri deyirlər ki, rayon mərkəzinə gedb-qayıtmaq onlar üçün məşəqqətə çevrilib. Çünki heç kim avtomobili ilə həmin yolu getmək istəmir. Ona görə ki, bir dəfə gediş-gəlişdən sonra ya maşının amartizatorları sıradan çıxır, ya da başqa bir problem yaranır.
Yayda havaların xoş keçməsi üzündən yolla hərəkət etmək çətinlik yaratmır. Di gəl, payız, qış və yaz aylarında xəstələrini belə Masallının mərkəzi xəstəxanasına apara bilmirlər. Kənd sakinləri bildirir ki, çox vat Təcili Tibbi Yardım çağırsalar da, Yolağacın adını eşidən kimi imtina edirlər. “Onları qınamırıq. Bir dəfə gəlsələr, maşınları sıradan çıxacaq”.
Camaat deyir ki, xeyir-şər işlərini də keçirə bilmirlər. “Göydən bir damcı yağış düşdükdən sonra yollarımız keçilməz olur. Kəndin xeyri var, şəri var. Elə olur ki, nə edəcəyimizi, necə edəcəyimizi bilmirik. Hələ qışda qonşu kənddəki qohum-əqrabada Allah eləməmiş hüzür düşsə, lap çarəsiz qalırıq. Necə gedək, necə edək? Evimizə bazarlıq etmək, un, çay, qənd almaq üçün rayona getməli oluruq. Di gəl, yolun olmaması səbəbindən çaşın məsələsi problemə çevrilir. Kimsəni qınamırıq. Heç kim, o naköndəm yolda maşın sürməz. Aidiyyatı qurumlara etmədiyimiz müraciət qalmayıb. Nə bir xəbər var, nə də sözümüzü eşidirlər”.
Amma Yolağac kəndinin dərdi təkcə, yoldurmu? Kəndə çəkilmiş elektrik xəttinin dirəkləri ağacdan olduğundan çürüyərək, sıradan çıxıb. Qış aylarında bu dirəklərin sınması hallarına da tez-tez təsadüf olunur. Hər dəfəsində dirəkləri dəyişəcəklərinə söz verilsə də, heç bir tədbir görülmür. Kəndin günlərlə işıqsız qalması isə aidiyyatı qurumları qətiyyən maraqlandırmır.
Aazərbaycan qaz ölkəsidir, dünyanın çeşid-çeşid ölkələrinə qaz satır. Bu satışdan külli miqdarda gərli də götürür. Hələ bunu bəh-bəhlə efirlərdə də elan edirlər. Amma bu ölkənin heç də ucqar məntəqəsi olmayan Yolağac kəndində hələ də qaz yoxdur. Olması ehtimalı da inandırıcı görünmür. Çünki məmurlarımızın başı neftin, qazın pulunu yeməyə qarışıb. Onları bir dağ kəndində sakinlərin evlərini necə qızdırması, yeməyi necə bişirəcəyi maraqlandırmır.
Qeyd edək ki, Yolağac kəndi öz füsunkar təbiətinə görə, turizm üçün olduqca əlverişli yerdir. Hətta bir neçə il əvvəl Turizm Agentliyinin nümayəndələri belə həmin ərazilərdə olub. Yolağacdan bir qədər yuxarıda, dağların arasında yerləşən Köhnə Zuvand kəndinin yaxınlığında aşkarlanan şəlalə isə agentliyin əməkdaşlarının diqqətini çəkib. Həmin vaxt bölgədə yeni turizm mərkəzlərinin yaradılması üçün Bakıya təklif verəcəklərini deyən sözügedən qurumun əməkdaşları ogedən gediblər. Hələ də onlardan heç bir xəbər yoxdur.

P.S. Sakinləri saymırsız, anladıq. Hörmət etmirsiz, ona da adət etmişik. Barı, Yolağacın Şəhidindən utanın.