![]() |
![]() |
Nəsimi rayonu Ağsaqqallar Şurası Azərbaycan səfirliyinə qarşı İranda həyata keçirilmiş terror aktını qətiyyətlə pisləyir, baş verənləri Azərbaycana qarşı təxribat kimi qiymətləndirir. Hesab edirik ki, cinayət tam surətdə araşdırılmalı və günahkar layiq olduğu cəzasını almalıdır. Tolerantlığın, xalqlara qarşı sülh və bərabərliyin həyat norması olduğu Azərbaycan Respublikasının səfirliyinə qarşı terror aktlarının baş verməsi bütün tərəqqipərvər bəşəriyyət, sivilizasiyalı ölkələr tərəfindən pislənməlidir və qətiyyətlə pislənməkdədir. Allahdan şəhidimizə, terrorçunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış zabit Orxan Əsgərova rəhmət diləyir, onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Yaralılarımızın tezliklə sağalmasını Allahdan diləyirik. Terror aktını törətmiş qulduru qəhrəmancasına zərərsizləşdirmiş Azərbaycanın mərd oğlu Vasif Tağıyevi ürəkdən alqışlayırıq, Vətənimizin, yurdumuzun əmin-amanlığının keşiyində durmuş bütün igidlərimizlə qürur duyuruq!
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Son illər Çin və Azərbaycan arasında dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkənin dövlət başçıları arasında görüşlərin təşkil olunması buna sübutdur.
Təsadüfi deyil ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır.
Ölkələrimiz arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var.
Siyasi tərəfdaşlıqla yanaşı iqtisadi əməkdaşlıq əlaqələri də durmadan artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq.
Perspektiv əməkdaşlıq əlaqələrimiz bununla kifayətlənmir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Azərbaycan Çinlə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir.
Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir.
Prezident İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində bildirdi ki, Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodu inşa edilib. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. Bakıdan qərb istiqamətində infrastrukturu genişləndirmək üçün Azərbaycan əlavə sərmayə yatırır. Dəmir yolu infrastrukturuna geniş investisiya yatırılması dediklırimizin təsdiqidir.
Uğurlu xarici iqtisadi siyasət nəticısində açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir, Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Sevindirici haldır ki, marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər.
Cənab Prezidentin müsahibə zamanı sadaladığı nailiyyətlər hər birimizi sevindirir. Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir.
Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Bu səylər birləşməlidir.
Bir nüsxəsi də Faktinfo.az saytına göndərilən və ictimailəşdirilməsi istənilən müraciətdə deyilir:
Hörmətli cənab Prezident!
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mexanizasiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Rayonun Nəriman Nərimanov sovxozunda maşın və mexanizmlər qarajında çilingər, birqadir, mexanik və mühəndis vəzifəsində çalışmışam. Sovxozda bir neçə rəhbər vəzifələrə irəli çəkilmişəm.2017-ci il fevral ayının 17-dən "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsində mühəndis-mexanik vəzifəsinə işə qəbul olmuşam.Həmin ilin oktyabr ayından Ağstafa bölməsinin müdiri vəzifəsini icra etmişəm. 2021-ci ilin dekabr ayında "Aqroservis" ASC-nin sədri kənd təsərrüfatı mütəxəssisi olmağıma baxmayaraq, məni tutduğum vəzifədən azad etdi.2022-ci ilin fevral ayından təkrar mühəndis-mexannik vəzifəsinə keçdim.
İşlədiyim,bölmədə ən ağır iş mənim sahəmə aid olub. İşimdə heç bir nöqsan, geriləmə və s. hallar olmadığı təqdirdə, gözlənilmədən 21 dekabr 2022-ci il tarixindən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verildi. 41 ilə yaxın kənd təsərrüfatı sahəsində çalışmış mütəxəssisi təqaüd yaşına 3 il qalmış işdən çıxardılar. Mən razıyam, bu günün özündə belə "Aqroservis" ASC-nin əməkdaşları ilə fikir mübadiləmiz olsun.Əlimi vicdanımın üzərinə qoyub söz verirəm ki,ixtisasımı onlardan az bilərəmsə, bütün ölkə mətbuatından, narahat etdiyim şəxslərdən üzr istəyib,vəziyyətlə barışacam.
Hörmətli cənab Prezident!
Məruz qaldığım haqsızlıqla bağlı məlumat və araşdırılma aparılması məqsədilə 22.12.2022-ci il tarixində kənd təsərrüfatı naziri İnam Kərimova teleqram vurdum. Heç bir nəticəsi olmadı. 27.12.2022-ci ildə Sizə, (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəzərdə tutulur) 10.01.2023-cü ildə Azərbaycan Respublikasının vitse prezidenti Mehriban xanım Əliyevaya teleqram vurmaq məcburiyyəti yarandı.
Əminəm şikayətim aidiyyatı qurumlar tərəfindən araşdırılacaq, nə səbəbdən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verildiyinə aydınlıq gətiriləcəkdir.
Hörmətlə,İsgəndərov Qədir İsgəndər oğlu
Qeyd: Şikayətçinin saytlara ünvanladığı digər müraciətdə "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsinin anbardarı Elmin Əliyev,işə gecikmə halları,idarədə baş vermiş hadisə və bir sıra məsələlərdən bəhs olunur. Bu barədə hazırlanacaq növbəti yazıda məlumat veriləcək.
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsini Azərbaycanın 2022-ci ildə iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurlarla yanaşı, qarşıda dayanan hədəflərin təqdimatı kimi dəyərləndirmək olar. Ölkəmizin ötən ili bütün sahələrdə uğurlarla başa vurması, daim irəliyə doğru inamla addımlayaraq yeni hədəfləri müəyyənləşdirməsi, çağırışlar səsləndirməsi düşünülmüş və məqsədyönlü, ən əsası ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində də bildirdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra əsas hədəf şanlı Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Əgər siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Bu gün əminliklə deyə bilərik ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib.
Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Müharibə bitsə də, mübarizə hələ davam edir. Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.
Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir. İqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində adətən inflyasiya maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın.
İqtisadi vəziyyəti təhlil edən ölkə başçısə qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi nəqliyyat sahəsində layihələrin əhəmiyyətini daha da artırmışdır. Bu sahəyə uzun illərdir böyük vəsait qoyulur. Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb.
Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir.
Əminliklə demək olar ki, Azərbaycan “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil edib. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir.
Görülən və bundan sonra görüləcək işlər bizim mövqeyimizi daha da gücləndirəcək. Adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilir. Azərbaycanın inkişaf proqramları bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik.
Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq.
Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana 10-dan çox ölkədən müraciətlər daxil olmuşdur. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Artıq Avropa İttifaqı ilə enerji dialoqunun başlanmasına start verilib. Bu enerji dialoqu çərçivəsində təkcə təbii qaz yox, eyni zamanda, yaşıl enerji və yaşıl hidrogen də nəzərdə tutulub.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı Qarabağ müharibəsinin sonu ilə bağlı da anons verərək qeyd etdi ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq. İndi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq.
Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır.
Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır
Azərbaycanda həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi mövcuddur, bu amillərin qarşısında durmaq çox çətindir, Ermənistan və havadarları bunu unutmasın.
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Ötən ilə nəzər saldıqda bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Hər il olduğu kimi, keçən il Azərbaycan idmanı üçün də uğurlu il olmuşdur. Çünki keçən ilin əvvəlində bütün sahələrlə yanaşı idmançılarımızın qarşına qoyulan bütün vəzifələr də icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.
Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində çıxışında qeyd etdiyi kimi ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.
Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər.
Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Əminəm ki, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar.
Əldə edilən uğurlar, qazanılan qələbələr arxayınlıq yaratmamalı, gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq.
Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilmişdir. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var.
İdman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər.
İdmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də olacaq. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır. Bu gün ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub.
2023-cü ildən gözləntilırimiz çoxdur. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi. Gənc idmançılarımıza qalib ölkəni təmsil etmələri stimul verir. Bu il çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək. Olimpiya Oyunlarının təsnifat turnirləri əvvəllər də keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.
Son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bu təcrübə bütün bölgələrə şamil olunmalıdır. Bölgələrdə təbliğat daha geniş vüsət almalıdır.
Keçən il həm də azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışının keçirilməsi ilə yadda qaldı. Bunun çox böyük tarixi əhəmiyyəti var. Azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır.
Cənab Prezidentin çıxışından öyrəndik ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir.
Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir.
Qazanılan qələbələr, əldə edilən uğurlar ölkə başçısının idmançılarımıza göstərdiyi qayğının, diqqətin təzahürüdür.
İşdən çıxarılan şəxslərdən bir neçəsi əllərində olan mənimsəmə faktlarını əks etdirən rəsmi sənədlərlə Prezident Administrasiyasına getməyi planlaşdırırdılar.Bir neçə gün sonra nədənsə bundan imtina edildi.Hazırda isə qrumun bölgələrdə yerləşən bölmələrindən edilən şikayətlər şoxluq təşkil edir,saytların elektron poçtuna məlumatlar göndərilir.
Faktinfo.az xəbər verir ki, narazılıqlar artıq "Aqroservis" ASC-nin regional idarələrinə də sirayət edib,idarəçilik demək olar ki,itib.Bu qrumdan ölkə rəhbərliyinə ünvanlanan şikayət məktublarının sayı da durmadan artır. "Aqroservis" ASC-nin Qazax bölməsin mühasibinin qanunsuz işdən çıxardılması,Ağstafa bölməsinin mühəndis-mexanikinin şərlənərək vəzifəsindən kənarlaşdırılması, "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsi rəisinin sıxışdırılması kimi onlarla hallar çoxlarını qələmə "sarılmağa" vadar edib.Yevlax,Kürdəmir,Ucar bir sözlə Aran bölgəsi daxil olmaqla bu qrumdan olunan şikayətlərin sayı-hesabı yoxdur.
"Hərə öz başına çarə qılsın" prinsipini əsas götürən regional idarələrin rəisləri, regional idarələrə tabe rayon bölmə müdirləri imkanlarından yararlanmağa çalışırlar.Bu isə təşkilatlarda iş ahəngini pozur. Rəhbər şəxslər idarələrin balansında olan texnikalardan,gübrə və digər ləvazimatlardan istifadə edərək, insanların əkə bilmədiyi 50 hektarlarla torpaqları əkib,gəlir götürürlər.
Gübrə oğurluğu fikrnə düşənlər də var.Məsələn,danışılan fikirlərə əsasən,Ağstafa bölməsində pul qazanmağın "orjinal" variantının tətbiqinə yol verilməyib.1500 gübrə kisəsinin hər birindən 2 kiloqram götürülməsi fikiri gülüş obyektinə çevrilib.Təssüf doğuran odur ki,belə "kreaktiv" fikirli şəxs nazirlik,"Aqroservis" ASC tərəfindən himayə olunur.Və yaxud,digər rayon bölməsində kartof çıxaran mexanizim satılır,başqasına aid gübrə satışı tutulur vəs. Bərbad idarəçiliyin ört-basdırı isə "gözədən pərdə asmaq üçün" "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin rəisi Azər Əliyevə verilən töhmətlə yekunlaşır.
O ki, qaldı 2023-cü ilin bir sıra təxminlərinə və maliyyə təftişinə Kənd Təsərrüfatı nazirliyində,eləcə də "Aqroservis" ASC-kimi strukturlarında müəyyən təlatümlərin olacağı gözlənilir."Aqroservis" ASC-nin sədri Elmin Rəhimova gəlincə,o da bunları təxmin etməmiş deyil.
Bu sıralamaya gübrə satışından,maşın və mexanizmlərin icarə müqaviləsi əsasında verilməsindən gələn mənfəətin vəs. inzibati binaların icarəsinə,mexanizmilərin ehtiyyat hissələrinin alınmasına və digər xərclərə istifadə edərkən səmərəli istifadə olunub-olunmaması da aiddir.