M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Avropa ölkələri üçün önəmli tərəfdaşdır. Ölkəmiz Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin uğurlu və qətiyyətli siyasət xətti ölkəmizin geosiyasi arenada müsbət imiclə tanınmasını təmin etmişdir. Bu gün Azərbaycan Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin Beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.
Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər böyük geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb.
Qeyd edək ki, Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Dünya İqtisadi Forumu  16-20 yanvar tarixlərində “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilmişdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. 
Böyük tranzit potensialına malik Azərbaycan da beynəlxalq nəqliyyat qovşağına qoşulmaq üçün fəaliyyətini artırıb. Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. 
Azərbaycan ərazisindən beynəlxalq yüklərin daşınmasının çoxalması ölkəmizdə tranzit imkanlarının artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindən xəbər verir.
Yanvar 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın tranzit ölkə kimi imkanlarını yüksək qiymətləndirərək qeyd etmişdir ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır: “Açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir. Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər”.
Bu gün Azərbaycan bölgədə neft-qaz ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir.Azərbaycanın gündən günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır.
Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin  uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olunur.

 

 
21 May 2025 Strateji tərəfdaşlıq və milli maraqlara əsaslanan siyasət
19 May 2025 "Jurnalistlər və media orqanlarının üzərinə böyük məsuliyyət düşür" - MÜNASİBƏT BİLDİRİLDİ
13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab