![]() |
![]() |
Nizami Rayon İcra Hakimiyyəti dünyasını dəyişmiş kimsəsizlərə aid mənzilləri mənimsəyib. Coşqun Cəbrayılov da keçmiş başçının yol verdiyi qanun pozuntularını ört-basdır etməklə məşğuldur.
Bu barədə Xəbəral.az – a göndərilən şikayət məktubunda qeyd edilib. Bildirlib ki, rayonun keçmiş başçısı Arif Qasımov Mənzil İstismar Sahələri (JEK) rəhbərlərinin vasitəsilə Nizami rayonunda rus milliyətinə mənsub bir neçə ahıl və kimsəsiz vətəndaşın evini də mənimsəyib:
“Arif Qasımovun icra başçısı olduğu illərdə sahib olduğu ticarət obyektləri, restoranlar və tikinti şirkətlərinə təzyiq yolu ilə əldə etdiyi çoxsaylı mənzillər var. O, həmçinin yeni çoxmərtəbəli binaların tikintisinə icazə verilməsi müqabilində külli miqdarda rüşvət alsa da, bu günə qədər vəd etdiyi müvafiq sənədləri şirkətlərə təqdim etməyib və bu da iş adamları ilə sabiq başçı arasında ciddi mübahisələrə səbəb olub.
A.Qasımovun köhnə tarixlərə aid saxta sənədlər hazırlatdırıb. Bu əməlləri Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid müvafiq sənədləşmə tələblərindən yayınmaq məqsədilə törədib”.
Şikayətçi əlavə edib ki, şəhid ailəsinin evini almaq istəyən icra başçısı “yox” cavabı aldıqdan sonra, evi yandırtdırıb:
“Sabiq icra başçısı bir neçə il əvvəl özünə ofis tikdirmək məqsədilə şəhid ailəsinə məxsus evə və bu evə aid torpaq sahəsinə göz qoymuşdu. Şəhid ailəsi Qasımovun təklifləri ilə razılaşmadı və sonradan qeyri-müəyyən səbəblərdən həmin evdə yanğın baş verdi. Elə bu yanğın da şəhid ailəsinin evdən və torpaqdan məhrum edilməsinə səbəb oldu. Sonradan qeyd olunan ərazidə Arif Qasımov özünə çoxmərtəbəli ofisi tikdirdi. Hazırda öz biznesini həmin binadan idarə edir”.
Məktubda qeyd edilib ki, A.Qasımov icra başçısı olduğu dövrdə ələ keçirmiş olduğu mənzilləri sonradan qohumlarının adına rəsmiləşdirərək satıb:
“Bu işlərdə ona Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsində çalışmış Ramsin Abdullayev fəal iştirak edib. Kimsəsiz və ahıl vətəndaşlar əvvəlcədən nəzarətə götürülüb və onlar dünyasını dəyişəndən sonra mənzilləri ələ keçirilib. Belə dələduzluq hallarına həm 84 saylı, həm də 57 saylı MİS-lərin ərazisində yol verilib.
Nizami Rayonu İcra Hakimiyyətinin hazırkı başçısı Coşqun Cəbrayılovun da bütün bunlardan məlumatı var. Ola bilməz ki, ona bu barədə məlumat verilməsin və ya köhnə tarixlərə aid sənədlər, qanunsuz sərəncamlarla qarşılaşmasın.
Cəbrayılov bütün bunlar barədə məlumatlı olmalıdır və aidiyyatı qurumları da saxta sənədlərlə tanış etməlidir. Bir korrupsioner məmuru himayə etmək, dövlət vəsaitlərinin mənimsənilməsi və saxta sənədlər hazırlanması kimi halları ört-basdır eləmək, yeni dövrün perspektivli kadrı kimi Cosqun Cəbrayılovun prinsiplərinə ziddir. Ümid edirik ki, Coşqun Cəbrayılov ictimailəşmiş maxinasiya hallarına biganə qalmayacaq və qeyd olunan ciddi qanun pozulntuları, o cümlədən şahid ailəsinə məxsus evdə baş vermiş yanğından dərhal sonra həmin ərazidə keçmiş icra başçısının özünə bina tikdirməsi ilə bağlı yazılara dair müvafiq araşdırmaların aparılmasına maraq göstərəcək”.
Mənbənin məlumatına görə, hazırda Prezident Adminstrasiyası tərəfindən Nizami Rayon İcra Hakimiyyətində yoxlamalar aparılır. Mənbə: Tia.az
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız Albaniya ilə bizim əlaqələrimizi gücləndirir.
Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk. Albaniya ədalətin, sülhün bərqarar olmasını istəyirdi.
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu. Təəssüf ki, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik görməzdən gəlir, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilmirdi.
Prezident İlham Əliyevin 15 noyabr tarixində Albaniyada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib, bunu işğaldan azad edilmiş ərazilərə dəfələrlə səfər etmiş diplomatik korpusların nümayəndələri də görüb. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar.
Biz Dövlət-Xalq-Ordu birliyi nəticəsində torpaqlarımızı işğaldan azad etdik. Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır.
Prezident İlham Əliyevin söylədiyi kimi, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Müzakirə ediləsi məsələlər çoxdur. Önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri.
Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak ediblər.
Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır.
Azərbaycanın qaz ehtiyatları çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir.
Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmayıb. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər.
Gənc tələbə Leyla Quluzadənin ilk kitabı işıq üzü görüb. Qeyd edək ki, kitabın adı “Həsrət Qoxulu Mələklər”dir.
Bu gün müasir, azad, suveren Azərbaycanda milli
idealın, ideoloji və mənəvi həyatın bütün sahələrində
qlobal siyasətin baş xəttinə çevrildiyi bir dövrdə
Azərbaycan poeziyası öz tarixi missiyasını bir daha,
yenidən təkrar edə bilir. Məhz əxlaq və mənəviyyat
saxtalığına, mənəvi ətalətə qarşı bədii mübarizədə həmişə
cəngavər və sərkərdə şair və yazıçıların mübariz
poeziyası, onların xalqa və Vətənə, ictimai ədalət və
humanizm ideallarına romantik və fədakar bir sədaqətlə
xidmət edən siqlətli, monumental qəhrəmanları bu gün də
müasir ideoloji döyüşlərdə bizimlə bir sırada addımlaya
və vuruşa bilirlər. Leyla Quluzadə Vətən və poeziya
sözlərini həmişə bir yerdə, sinonim kimi işlətmiş, bu
təlimin cəngavər carçısı, əsgəri olmuşdur. O,
torpqlarımızın işğaldan azad
olması yolundakı
mubarizədə şəhid olmuş neçə-neçə vətən oğlunu həyatını
və şanlı döyüş yolunu bu kiabda yaddaşlara yazmaqla
onların bir daha ölməz olduqlarını yaddaşlara həkk
etmişdi. “Şəhidlər ölməz, Vətən bölünməz deyərlər!
Həqiqətən də Leyla Quluzadə özünün müəllifi olduğu bu
kitabı bir tarixi səlnaməyə çevirmişdir və ona bu yolda
uğurlar arzulayırıq.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Qarabağ Qazisinin ekspert rəyini saxtaılaşdırıb?
Gundemxeber.az bildirir ki, bu haqda dünyanınsəsi.Az saytına Goranboy rayonun Kəhrizli kənd sakini Musayev Malik Xasay oğlu tərəfindən video-şikayət göndərilib.
Şikayətşi qeyd edir ki, 1992-ci iltarixdə 1-ci Qarabağ müharibəsində iştirak edib.Aparılan döyüş əməliyyatı zamanı ağaır formada yaralanan Qazi Goranboy rayonun Mərkəzi xəstəxanasına oradan isə helikopterlə Paytaxt Bakıda yerləşən Respubilka Xəstəxanasına göndəriblər.Uzun illər müalicə və müayinələrdən sonra qazimizə hərbi həkim komisiyasının qərarı ilə əlillik müəyyən edilmişdir.Ötən ilə qədərə əlillik müavinəti alan Qazimizin əlillik dərəcəsi saxtalaşıdırılaraq ona ümumi formada əlillik təyin edilmişdir.
Goranboylu Qazi video-şikayətində həm də bizə təqdim etdiyi sənədlərdə açıq aydın görünür ki, hərbi həkim komisiyası tərəfindən verilmiş olan 25.01.2005-ci il tarixli ekspert rəyi saxtalaşdırılıb.
Məhz buna görədə Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamları pozulmuşdur.
Bu haqda şikayətçiyə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova tərəfindən göndərilmiş olan 31.01.2022-ci iltarixli cavab məktubu da sübut sayıla bilər.
Goranboylu Qazi ona məxsus olan ekspert rəyinin saxtalaşdırılmasında Agentliyin bəzi vəzifəli şəxslərini ittiham edir.
Redaksiya olaraq inanırıq ki, qüvvədə olan Azərbaycan Respubilkası Qanunvericiliyinin tələblərinə görə ekspert rəyinin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır.Məhz buna görədə şikayətçinin səsləndirdiyi İttiham Baş prokuorluq tərəfindən araşdırılaraq aidiyyatı üzrə göstəriş veriləcəkdir.
Goranboylu Qazinin video-şikayətini təqdim edirik:
Qarşı tərəfi dinləməyə hazırıq
Azərbaycanda dövlət qurumlarında, yaxud dövlətə məxsus şirkətlərdə vəzifə tutan şəxslərin ictimai vəzifələrdə də təmsil olunması adi haldır. Lakin elə hallar var ki, ikili vəzifə tutan şəxs maraqlar konfliktinin obyektinə çevrilir. Belə ikili vəzifə tutan şəxslərdən biri də dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olan Məmməd Musayevdir. M.Musayev yüz faiz dövlət mülkiyyəti olan QSC ilə yanaşı, Azərbaycan Sahibkarları Milli Konfederasiyasına(ASK) da rəhbərlik edir.
M.Musayevin hansı əsasla sahibkarların hüquqlarını ilk növbədə hökumət qurumları qarşısında müdafiə edən ictimai birliyə rəhbərlik etməsi anlaşılmır.
Öncə gəlin ASK-nın internet saytında birlik haqqında məlumata diqqət yetirək: “ASK Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
Konfederasiya öz Nizamnamə məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:
-Müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə edir.
-Əmək Qanunvericiliyinə uyğun olaraq ölkədə əmək münasibətlərinin tənzimlənməsi məqsədilə işəgötürənlərin Ümumazərbaycan birliyi kimi Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə kollektiv danışıqlarda iştirak edir, habelə üçtərəfli Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlayır”.
İndi bir anlığa təsəvvür edək ki, ASK Azərbaycan hökumətinin Baş Kollektiv Sazişdə təklif etdiyi müddəalarla razılaşmır, onları sahibkarların-işəgötürənlərin mənafeyinə zərbə kimi qiymətləndirir və sazişi imzalamaqdan imtina edir. Bu zaman nə baş verəcək: Azərbaycan hökuməti ASK prezidentinin həssas nöqtəsindən istifadə edərək, “Aqrarkredit”dəki vəzifəsindən ona təzyiq üçün yararlanacaq. Yəni M.Musayevin ASK-yə rəhbərliyi qurumun müstəqilliyinə birbaşa təhdid olmaqla, çox ciddi maraqlar konflikti yaradır.
Çox maraqlıdır ki, M.Musayev həm də Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin üzvü kimi onun idarəçiliyində əsas söz sahiblərindən biridir. Bu qurumun da yaradılmasında əsas məqsədin nə olduğu internet saytında açıq qeyd edilib: “Azərbaycan Banklar Assisasiyasının yaradılmasında əsas məqsəd üzv-təşkilatların korporativ maraqlarını dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında, ictimai təşkilatlarda və beynəlxalq qurumlarda daha fəal qorumaqdan, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərməkdən və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur”.
Yenə sual yaranır ki, M.Musayev bankların korporativ maraqlarını “dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında” necə müdafiə edəcək ki, özü bilavasitə dövlət təşkilatına rəhbərlik edir?
Bəs M.Musayevə eyni vaxtda iki kresloda oturmağa, birinə də kəmənd atmağa hansı üstünlükləri imkan verir? Necə olur ki, o, dövlətə məxsus təşkilata rəhbərlik etdiyi halda sahibkar kimi də çıxış edə bilir? Əslində, M.Musayev uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur: öz adına olmasa da onun iqtisadiyyatın müxtəlif sahələrində biznesinin olduğu heç kimə sirr deyil. Düzdür, əsas fəaliyyəti bank sahəsi ilə bağlıdır – Sovet hakimiyyətinin son illərindən başlayaraq indiyədək bank-maliyyə sektorunda “AqrarKredit”dəkindən əlavə müxtəlif vəzifələr daşıyıb. Bura onun təşəbbüsü ilə Türkiyənin “Ziraat Bankası” ilə birgə yaradıldığı deyilən “Azər-Türk-Bank” Müşahidə Şurasının rəhbərliyindən tutmuş, Beynəlxalq Bankın İdarə Heyətinin üzvlüyünə qədər çoxsaylı vəzifələr aiddir. Onun bank sahəsindəki “Günəşinin” parlamasında Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovla yaxınlığının böyük rol oynadığı bildirilir. Onları yaxın dostluq münasibətləri ilə yanaşı, həm də biznes maraqlarının birləşdirdiyi qeyd olunur. M.Musayevin ASK prezidenti postuna gətirilməsi də Elman Rüstəmovun xidməti hesab olunur. Həmçinin bu iki şəxsi ortaq biznes, nəhəng layihələr birləşdirir. Bakıda M.Musayev tərəfindən tikilən bir çox hündürmərtəbəli yaşayış binalarının maliyyəşməsində Elman Rüstəmovun ciddi rol oynadığına dair məlumatlar var.
M.Musayevin bank çevrələrində “Şapka Mamed” adı ilə çağırıldığı da heç kimə sirr deyil. Deyilənə görə, bu adı o, vəzifə tutduğu banklardan kreditləri məlum “şapka” üsulu ilə verməsinə görə qazanıb. O, həmçinin kredit ödənişlərini icra edə bilməyən vətəndaşlara qarşı amansız rəftarı ilə ad çıxarıb. M.Musayevin belə qəddar davranışları ilə bağlı ölkə mətbuatında çoxsaylı şikayətlər dərc olunmaqdadır. Lakin onunla bağlı məhkəmələrə edilən müraciətlərin böyük əksəriyyəti nəticəsiz qalmaqdadır.
Məlumdur ki, 2015-ci il devalvasiyalarından sonra batmaq üzrə olan Azərbaycan Beynəlxalq Bankının (ABB) 10 milyard manat həcmində problemli kreditləri "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına ötürülüb. Daha doğrusu, ABB-nin kreditləri ilə yaradılan 50-dək müəssisə “AqrarKredit”in idarəçiliyinə verilib – sağlamlaşdırılıb özəlləşməyə çıxarılması üçün. ABB-nin toksik aktivlərini idarəetməyə götürən “AqrarKredit”in 3 milyard manatdan yuxarı istiqrazı Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən satın alınıb. Bu satışdan əldə olunan 3 milyard manatdan yuxarı məbləğin necə sərf olunduğuna dair hər hansı açıqlama verilmir. Məlum olan budur ki, qısa müddət ərzində ABB-dən alınan müəssisələrin böyük əksəriyyəti kəskin şəkildə “dəyərsizləşib”. 51 şirkətin yaradılması və yenidən təşkil edilməsi üçün ABB-dən götürülmüş 3,8 milyard manat kreditin əvəzinə 2017-ci ildə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Sənaye Korporasiyası ASC-yə təhvil verilən problemli aktivlərin cəmi bazar dəyəri 673 milyon manat hesablanıb. Bu fakt “Ernest and Yang” audit şirkətinin rəyində əksini tapır.
Hazırda “AqrarKredit”in idarəetməsində ABB-dən götürülən aktivlərdən “Xırdalan Metal Konstruksiya” MMC, “Bakı Prefabrik” MMC, “Balaxanı Metal Məmulatları” MMC, “Qaradağ Mərmər Qranit” MMC, “Deutsche Fassaden Technologien” MMC, “Ağstafa Tekstil” MMC, “Mingəçevir Maşınqayırma Zavodu” ASC, “Accopen” MMC, “Abşeron Kərpic” MMC qalıb. QSC-nin İnternet resursunda bu müəssisələr ağızdolusu təriflənir, istehsal etdikləri məhsulların yüksək keyfiyyətə malik olduğu qeyd edilir. Bundan əvvəlki təcrübə deməyə əsas verir ki, sabah həmin müəssisələrin əl dəyişməsi, yaxud özəlləşməyə çıxarılması halında bazar dəyəri qat-qat aşağı “olacaq”.
Hazırda “AqrarKredit” aqrar istehsalçılara ən bahalı kreditləri təklif edən qurumdur. Onun dövlətin güzəştli vəsaitlərindən kənarda fermerlərə təklif etdiyi kreditlər üçün faiz dərəcəsi 18 faizdən başlayır.
Yeri gəlmişkən, M.Musayev özü bir neçə vəzifəni tutmaqla yanaşı, yaxın adamlarını da “işsiz” qoymur. Belə ki, bu ilin iyununda onun kürəkəni - Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib. R.Orucov bundan əvvəl Mərkəzi Bankın Baş direktoru idi. Bu vəzifəyə onun qayınatasının E.Rüstəmovla yaxın dostluğu nəticəsində gətirildiyi yəqin ki, hamıya məlumdur....
Qarşı tərəfi dinləməyə hazırıq
Prezident İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.