![]() |
![]() |
Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzi üzərinə düşən öhdəlikləri pozaraq rayonların meşələrinin dağıdılmasına, meşə zolağına mal qoyun sürülərinin lövbər salmasına hətta kotejlərin tikilməsinə şərait yaradıb.
Biz onları Xersondan qovduq və şübhə etmirəm ki, Luqanskı, Donetski, Krımı, Ukrayna torpağının hər qarışını azad edəcəyik.
Türkiyə Silahlı Qüvvələri daha 8 PKK-çını zərərsizləşdirib.
ADAU-nun sabiq rektoru Faktinfo.az saytına açıqlamasında bildirib ki,Azərbaycan Dövlət Aqrar Universitetinə rektor əvəzi təyin olunan Zəfər Qurbanovun onu Universitetə buraxmamasına dair yayılan məlumatların heç bir əsası yoxdur.
İbrahim Cəfərov:"ADAU-da iş otağım saxlanılır,şəxsən xahişimi nəzərə alaraq mənə dərs saatı verilməyib.Qarşıdan gələn semestr imtahanlarından sonra Azərbaycan Dövlət Aqrar Universitetində dərslərimi tədris edəcəm.Buna hazırkı rektor əvəzi Zəfər Qurbanov tərəfindən hər hansı məhdudiyyət qoyulmayıb. Bizim səmimi münasibətlərimiz var,hər ikimiz eyni sistemdə çalışırıq.Necə mən ondan narazı ola bilərəm.
Biraz əvvəl Bitki Mühafizə vəTexniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna (BMTBETİ) direktor təyin olunmuşam.Bununla əlaqədar universitetdə dərs deməyimin bir neçə aylığa ertələnməsini, dediyim, kimi özüm istəmişəm.Təkrar edirəm Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından saytlara göndərilən müraciətdə adımın yer almasının heç bir əsası yoxdur."
Qeyd edək ki,10.11.2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabına "Zəfər Qurbanov ADAU-nu məhvə aparır" başlığı altında, Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından müraciət ünvanlanıb.Müraciət müəllifi kimi Həsənov Naməddin Tofiq oğlunun adının qeyd olunduğu məktub onlarla sayta göndərilib.ADAU-ya rektor əvəzi təyin olunan Zəfər Qurbanovun əvvəlki rektor İbrahim Cəfərovu universitetə buraxmamaq haqqında göstəriş verməsi,ona müəllim kimi universtetdə dərs deməyə şərait yaratmaması müraciətdə qeyd olunub.
Onu da qeyd edək ki, Faktinfo.az saytına göndərdiyi məlumatda Həsənov Naməddin Tofiq oğlu bildirir ki,Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından saytlara göndərilən müraciətin onunla heç bir əlaqəsi yoxdur.
Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.
Xerson şəhərində hazırda Ukrayna xüsusi təyinatlı qüvvələri yerləşib, digər müdafiəçilər isə şəhərin kənarındadır.
Neft və qaz qiymətlərinin bahalaşması nəticəsində Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi kəskin şəkildə möhkəmlənə bilər.