Məşhur Məmmədov,
Millət vəkili

Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçi səfəri tərəflər arasında işlək dialoq mexanizmi zamanının gəlməsini göstərdi. Öncə diqqəti Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüşə yönəltsək, görərik ki, ölkələr arasında münasibətlərin normallaşmasında ikitərəfli görüşlərin əhəmiyyəti böyükdür. Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Zəfər Qələbəsi günü yaxınlaşır. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.

Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Ermənistanın Baş naziri N.Paşinyan bunu nə qədər tez dərk etsə, öz ölkəsinin rifahı, iqtisadiyyatının dirçəlməsi üçün bir o qədər yaxşı olar. Ermənistan tərəfi birdəfəlik anlamalıdır ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti V.Putinə dediyi kimi, Qarabağ münaqişəsi tarixdə qalıb, bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edən formatdır. Hər iki ölkə önəmli prinsiplərə sadiqlik göstərərək məsələnin həllinə nail olmalıdırlar.
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatı ilə Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması təsdiq olundu. Bu Bəyanata sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi daxildir.
Qarşıda hər iki ölkəni təxirəsalınmaz məsələlər gözləyir. Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunub, bu da təhlükəsizliyin qorunması üçün prioritetdir.
Azərbaycan atdığı bütün addımlarda Beynəlxalq hüquq və normalara sadiqlik göstərir. Münaqişə çərçivəsində olan bütün problemli məsələlərin güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmasının tərəfdarıdır.
Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır. İnanırıq ki, Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.
Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılması vacibdir.

AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrell Rusiyanın Ukrayna taxılını ixrac etmək üçün Qara Dəniz Taxıl Təşəbbüsünə qaytarılmasında göstərdikləri köməyə görə BMT və Türkiyəyə təşəkkür edib.

Ardını oxu...

Cənab Nazirin yanında vəzifə sahibi olanlar Rəcəbovlar ailəsinə məxsus fərdi yaşayış evi ilə bağlı akt tərtib etsələr də, bir müddətdən sonra bu ailənin adı ilkin siyahıdan çıxarılır

 Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problem hələ də öz həllini tapmayıb. Bu da  tam əksəriyyətin nəzərində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şamaxı RİH-nin bəzi əməkdaşlarına qarşı formalaşan şübhələri daha da artırır. Çünki, hər iki dövlət qurumunda çalışan, yaxud da vaxtilə çalışmış bəzi əməkdaşların qurduqları işbirliyi, məhz Rəcəbovlar ailəsinin “düzdə qalmasına” səbəb olur. Diqqət yetirək ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verir və hadisə nəticəsində 62 ailəyə məxsus fərdi yaşayış eviləri, həmçinin həyətyanı torpaq sahələri müəyyən qədər yararsız vəziyyətə düşür. Hadisə baş verən vaxt FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri, yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə Muğanlı kəndində olurlar və onlar 47 ailəyə məxsus fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsini müəyyən edib akt da tərtib edirlər. Adları çəkilən bu qurum əməkdaşlarının tərtib etdikləri akt əsasında 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi üçün, “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir.

        İkin siyahıdan Yadigar Rəcəbovun və onun ailə üzvlərinin adlarının çıxarılmasında rüşvət faktoru əsas rol oynayır

  Məsələnin diqqəti cəlb edən halı o olur ki, 2012-ci ildə baş verən torpaq sürüşməsi hadisəsindən sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər ailəyə aid məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Qeyd edək ki, Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən evlərlə bağlı tərtib olunmuş ilkin siyahıda mərhum Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, bu kəndin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaası həyata keçirilir və 2014-cü ildə evlər zərərçəkən sakinlərə paylanır. Əldə etdiyimiz məlumatlara görə, evlər zərərçəkən ailələrə paylanarkən Şamaxı RİH Aparatından mərhum Yadigar Rəcəbova da zəng olunur və ondan qeyd olunan əraziyə gəlməsi xahiş olunur. Belə bir telefon zəngindən sonra o, ləngimədən əraziyə gəlir və evlərin paylanması işlərinə diqqət yetirir. Çox keçmir ki, RİH Aparatında çalışan əməkdaşlardan bir nəfəri tərtib olunmuş ümumi siyahıda olan şəxslərin adlarını çəkir. Elə ki, həmin şəxs siyahı üzrə Yadigar Rəcəbovun da adını çəkir, o halda yaxın məsafədə dayanan və evlərin paylanması işlərinə rəhbərlik edən Şamaxı RİH başçısının müavini, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri mərhum Ağamustafa Vahidov (Bu şəxs 08 dekabr 2017-ci ildə vəfat edib. Allah rəhmət eləsin!) ərazidə şəxslərin  gözləri önündə “Evlər o siyahı ilə deyil, mənim əlimdə olan siyahı üzrə veriləcək” deyir.

Mərhum Ağamustafa Vahidovun “bığının altından” keçməmək, məhz Rəcəbovlar ailəsini çıxılmaz duruma salır

Bəli, əslində bu belə də olur. Çünki, həmin vaxtlarda Ağamustafa Vahidov Şamaxı RİH-nin sabiq başçısı Asif Ağayevi özünə arxa-dayaq bilir və o, elə bir təsir imkanına malik olur ki, bir kimsə bu şəxsin sözünün üstünə söz deməyə cürət etmir. Əldə etdiyimiz məlumatlara görə, Yadigar Rəcəbov onlara verilməli olan evin qarşılığında evlərin paylanması işlərinə məsul olan vəzifə sahiblərinin “bığının altından” keçmədiyi üçün, məhz həm onun, həm də ailə üzvlərinin adları ilkin siyahıdan çıxarılır. Beləliklə, 2014-cü ildə evlər zərərçəkən ailələrə paylanılır və Yadigar Rəcəbovun 7 (yeddi) nəfərdən ibarət ailə üzvləri tərtib olunmuş ilkin siyahıda 46-cı sırada olsalar da, Şamaxı RİH bu ailə üçün inşa olunmuş evi onlara deyil, məhz başqa bir ailəyə verirlər.
WhatsApp Image 2022 11 03 at 11.25.17
Belə bir haqsızlıq baş verdiyi üçün Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına şikayət ərizələri göndərir. Üç gündən sonra isə, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailə, Şamaxı RİH əməkdaşlarının iştirakı ilə həmin evdən çıxarılır və ev ötən 8(səkkiz) il ərzində boş qalır. Redaksiyamıza daxil olan məlumatlara görə Yadigar Rəcəbov (05 avqust 2022-ci il tarixdə rəhmətə getmişdir) dünyasını dəyişdikdən bir neçə gün sonra, məhz həmin ailə hansısa qüvvələrin himayədarlığı sayəsində gecə saatlarında təkrar həmin evə yerləşdirilir.

Bir müddətdən sonra Kəmaləddin Heydərovun işçiləri dönüklük edirlər

Rəcəbovlar ailəsindən verilən məlumatlara görə, Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi baş verən vaxt şəxsən fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov və əlavə bir neçə vəzifə sahibi bu kənddə olurlar. Hətta, Kəmaləddin Heydərovun şəxsən özü mərhum Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus evin həyətində olur və əsl reallığı öz gözləri ilə görür. Təəccüb doğuran hal o olur ki, cənab Nazirin yanında vəzifə sahibi olanlar bu ailəyə məxsus fərdi yaşayış evi ilə bağlı akt tərtib etsələr də, bir müddətdən sonra Rəcəbovlar ailəsinin adları ilkin siyahıdan çıxarılır. Bu da onu söyləməyə əsas verir ki, cənab Nazirin tabeliyində çalışanlar bir müddətdən sonra şəxsi maraqlarının təmin olunması yöndə fırıldaq əməllərinə qol qoyurlar və öz rəhbərlərinə qarşı “dönük” çıxırlar.  

Bəli, fakt o olur ki, tərtib olunmuş siyahı əsasında inşa olunmuş fərdi yaşayış evləri 2014-cü ildə zərərçəkən ailələrə paylanılır və həmin vaxt Yadigar Rəcəbovun ailəsinə ev verilmir. Çünki, istər bu şəxsin (sağlığında ikən) özü tərəfindən, istərsə də redaksiyamız tərəfindən müxtəlif dövlət qurumlarına, ələlxüsus FHN-nə ünvanlanan məktublara verilən cavablarda qeyd olunur ki, “Evlər paylanana qədər sizə (Yadigar Rəcəbovgilə) məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır”.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində və Şamaxı RİH-də vəzifə sahibi olan bəzi şəxslər, bu ailəyə qəsd edirlər

Belə olan halda ortaya düşündürücü suallar çıxır ki, axı torpaq sürüşməsi hadisəsi 2012-ci ildə baş verir və hansı səbəbdən yaşayış evi ortada olan Yadigar Rəcəbovun evinə iki il sonra, yəni 03 mart 2014-cü ildə vizual baxış keçirilir və akt tərtib olunur?. Qeyd edək ki, həmin vaxt Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus fərdi yaşayış evinin sağ və sol hissələrindəki qonuşarın evlərinə də baxış keçirilir, hətta qonşulara məxsus evlərin qəzalı vəziyyətə düşməsi ilə bağlı akt da tərtib olunur. Daha sonra isə, onlar yeni fərdi yaşayış evləri ilə təmin olunurlar. Amma, bu şəxsin evinə baxış keçirib akt tərtib etmək 2014-cü ilə saxlanılır? Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus fərdi yaşayış evinə vizual baxış keçirilib akt tərtib olunması ilə bağlı, həm Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən, həm də Şamaxı Rayon İcra Hakimiyyəti Aparatından verilmiş cavab məktublarında qeyd olunub. Biz bir media qurumu olaraq bu kimi məsələlərə aydınlıq gətirilməsi məqsədilə aidiyyatı üzrə bir neçə dəfə məktublar ünvanlasaq da, hər dəfə həm FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, həm də Şamaxı Rayon İcra Hakimiyyəti Aparatı tərəfindən oxşar cavablar verilir. Bir sözlə, adı çəkilən bu dövlət qurumlarının əməkdaşları hər cür “burcutmalar”a yol verir və ünvanladığımız suallara tam şəkildə aydınlıq gətirmək istəmirlər. Çünki, bu iki qurumundan əlavə, sürüşmə hadisəsi ilə bağlı Muğanlı kəndində olan digər dövlət qurumlarının əməkdaşları 2012-ci və 2014-cü illərdə işbirliyi qururlar və şəxsi maraqlarının təmin olunması yöndə addımlarını atırlar.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı faktı təsdiq edir

Onu da qeyd edək ki, Rəcəbovlar ailəsindən redaksiyamıza daxil olan müraciətlər əsasında, yaşanan bu problemin həllinə köməklik göstərilməsi məqsədilə Prezident Administrasiyasına, Birinci Vitse-Prezident Aparatına, Nazirlər Kabinetinə və FHN-nə rəsmi qaydada məktublar ünvanlamışdıq. Tərəfimizdən göndərilən məktublar əsasında 17 oktyabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Hidrogelogiya və mühəndis geologiyası qrupunun baş hidrogeoloqu Qaralov Bəxtiyar Əsəd oğlu, Muğanlı kənd icra nümayəndəsi Taləddin Şirəliyevin iştirakı ilə Rəcəbovlar ailəsinə məxsus fərdi yaşayış evinə vizual mühəndis-geoloji baxış keçirir.WhatsApp Image 2022 11 03 at 11.25.18

Keçirilən baxış zamanı bir daha təsdiq olunur ki, 2012-ci ildə Muğanlı kəndində baş verən torpaq sürüşməsi nəticəsində bu ailəyə məxsus yaşayış evi qəzalı vəziyyətə düşmüş və hal-hazırda həmin evdə yaşamaq olduqca təhlükəlidir.

Şamaxı RİH-nin başçısı bu gün də susur, səbəb?

Düşündürücü hallardan biri də, bu problemlə bağlı Şamaxı RİH-nin başçısı cənab Tahir Məmmədovun hələ də susmaqda davam etməsidir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Tahir Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin olunub. Yəni, bu şəxs hal-hazırda icra başçısıdırsa, deməli o, Şamaxı rayonunun ərazisinə aid olan hər cür sosial-iqtisadi problemlərlə maraqlanmalı və onların həllinə də çalışmalıdır. Çünki, ölkə rəhbəri bu şəxsi RİH-nə başçı təyin edərkən, ona lazımi tapşırıqlarını verib. Bəli, ölkə rəhbəri tərəfindən Tahir Məmmədova lazımi tapşırıqlar verilsə də, bu şəxsin bugünkü davranışları, yaşanan problemin aradan qaldırılmasına cəhd göstərməməsi, vaxtilə saxtakarlığa qol qoymuş şəxslərin aşkara çıxarılıb onların hüqiqi müstəvidə cəzalandırılmalarına çalışmaması və s. məhz rayon rəhbərinə qarşı olan şübhələri daha da artırır. Yəni, Tahir Məmmədov Şamaxı RİH-nin başçısı olaraq bu gün aidiyyatı üzrə dövlət qurumlarına lazımi tapşırığını verə bilər ki, 2012-ci ildə evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşmüş ailələrə bağlı tərtib olunmuş ilkin siyahıda Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfərdən ibarət)  olsalar da, hansı vəzifə sahibləri hansı maraqlarına görə onların adlarını ilkin siyahıdan çıxarırlar. Tahir Məmmədov bu yöndə lazımi tapşırığını vermirsə, deməli o, həm bu problemin həllini tapmasında maraqlı deyil, həm də ölkə rəhbəri İlham Əliyev cənablarının verdiyi tapşırıqları yerinə yetirmir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Milli Məclisin deputatı Arzu Nağıyev Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi və universitetin regionun inkişafında oynadığı rolla bağlı sumqayitxeber.com-a danışıb.
Arzu Nağıyev  bildirib ki, son illərdə ali təhsil müəssisələrinin ənənəvi fəaliyyətləri ilə yanaşı, regional inkişafda daha həlledici rol oynaması gözləntisi var: “Ümumiyyətlə, müasir dövrümüzdə universitetlərin təhsil və araşdırmalarla yanaşı, cəmiyyətə xidmət etmək kimi bir missiyası da var. Universitetlər bütün funksiyaları ilə həm də yerləşdikləri bölgənin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və yüksəldilməsinə xidmət edir. Dünyada böyük şəhərlərdən kənarda, regionlarda yeni universitetlərin yaradılması ilə bağlı müzakirələrə tez-tez rast gəlirik. Ölkəmizdə də bununla bağlı davamlı olaraq fikirlər gündəmə gətirilir. Bu il 60 yaşını qeyd edən Sumqayıt Dövlət Universiteti, hesab edirəm ki, bütövlükdə yerləşdiyi region üçün əhəmiyyətə malikdir”.
Millət vəkili qeyd edib ki, Sumqayıt Dövlət Universitetində nəinki Sumqayıt gəncləri təhsil alır, eyni zamanda Azərbaycanın müxtəlif regionlarından, hətta xarici ölkələrdən təhsil alanlar var: “Bu həm şəhərdə, həm də ölkəmizdə təhsilin inkişafı üçün önəmlidir. Ümumiyyətlə, universitetlərin regiona uyğun sahələr üzrə ixtisaslaşması və öz regionunun inkişafına töhfə verməsi vacibdir. Bu baxımdan Sumqayıt Dövlət Universitetinin regional inkişafa töhfə vermək motivasiyası kifayət qədər yüksək görünür. Universitetin rəhbərliyini, müəllim və tələbə heyətini yubiley münasibəti ilə təbrik edirəm, ölkəmizdə kadr potensialının formalaşdırılması və daha da gücləndirilməsi istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıram!”.

FOHOW – Azərbaycan”ın rəsmi nümayəndəsi Rüstəm Nağıyevdən şok açıqlamalar

Artıq 8 ildir ki, Azərbaycanda nümayəndəliyi və geniş şəbəkəsi olan “FOHOW” Beynəlxalq Korporasiyasının fəaliyyəti ilə bağlı ziddiyyətli məlumatlar yayılmaqdadır. Xatırladaq ki, əsası 1999-cu ildə Çin Xalq Respublikasında qoyulmuş bu şirkət əsasən insan orqanizminin immun sistemini gücləndirdiyi iddia olunan qida əlavələrinin satışı ilə məşğuldur. Korporasiyanın özündən təqdim olunan açıqlamalara görə, bu gün “FOHOW”-un ticari şəbəkəsi artıq dünyanın 90-dan çox ölkəsini əhatə edir. Lakin dediyimiz kimi, son vaxtlar Korporasiyanın iflas durumda və bağlanmaq ərəfəsində olması, eləcə də bir çox digər məsələlər barədə həm dünyada, həm də Azərbaycan ictimaiyyətində ziddiyyətli fikirlər səsləndirilir. Təbii ki, bu vəziyyətdə həm Korporasiyanın Azərbaycandakı şəbəkəsində çalışan vətəndaşları, həm də istehlakçıları bəzi suallar narahat etməyə başlayır. Yeni aldığımız məlumatlarda isə “FOHOW – Azərbaycan”ın rəsmi nümayəndəsi Rüstəm Nağıyevin bir qədər əvvəl çalışdığı şirkətə qarşı artıq məhkəmə iddiası qaldırdığı bildirilir.

Həqiqətən də “FOHOW” bağlanırmı..? Korporasiyanın hazırki maliyyə durumu hansı vəziyyətdədir..? Korporasiyanın Azərbaycanda fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi necə həyata keçirilir..? “FOHOW – Azərbaycan”ın fəaliyyətində ölkə qanunları ilə ziddiyyət təşkil edən hansı məqamlar mövcuddur..?

Bütün bu suallara cavab almaq üçün əməkdaşımız şirkətin rəsmi nümayəndəsi Rüstəm Nağıyevlə görüşüb. Lakin görüş zamanı məlum oldu ki, Rüstəm müəllimin “FOHOW – Azərbaycan”la əməkdaşlığı artıq dayandırılıb. Həm də R.Nağıyevin sözlərinə görə bu, tamamilə qeyri-qanuni olub və buna görə də keçmiş rəsmi nümayəndə şirkəti məhkəməyə və digər rəsmi dövlət qurumlara şikayət ünvanlayıb Rüstəm Nağıyevlə müsahibəni olduğu kimi təqdim edirik.

- Rüstəm müəllim, ilk növbədə özünüzün “FOHOW – Azərbaycan”dakı fəaliyyətiniz barədə bir qədər məlumat verməyinizi xahiş edirəm.


- Mən rəsmi olaraq 02 fevral 2021-ci il tarixindən “FOHOW – Azərbaycan”ın nümayəndəsiyəm. Fəaliyyətim dövrümdə şirkətə əməkdaş qismində bir neçə distribüter işə cəlb etmişəm. Əldə etdiyim nəticələr, effektivlik göstəricilərim hər zaman yüksək olub. Lakin əməkdaşlıq etdiyim dövrdə mənim diqqətimi belə bir məqam cəlb etdi ki, şirkətin fəaliyyətində Azərbaycan qanunvericiliyinə zidd olan məqamlar var. Məsələn, müqavilələr bağlanmır, məhsullar verilsə də, ödənişlər əvəzində çeklər təqdim edilmir. Müəyyən müddət sonra mən bu kimi əməllərin artıq təsadüfi xətalar deyil, məhz düşünülmüş fəaliyyət xətti olduğuna əmin oldum. Bundan sonra şirkətdən ödədiyim vəsaitin çeklərini tələb etdikdə, məni əməkdaşlığa son veriləcəyi barədə xəbərdar etdilər. Bundan sonra mən vəkilimlə görüşdüm və biz 26 oktyabr 2022-ci il tarixində “FOHOW – Azərbaycan”a pritenziya məktubu ünvanladıq. Buna cavab olaraq oktyabrın 27-də aldığımız məktubda isə artıq kodumun bağlanması barədə rəsmi məlumat aldıq . Eyni zamanda şirkətdən bütün nümayəndəliklərə məktub göndərdilər və bununla şirkətdə mənim əməkdaşlığıma son qoydular. Yenə də vəkilimlə məsləhətləşmələrdən sonra, mövqeyimi ortaya qoyaraq, şirkətlə bağlı bütün qanuna zidd işlər barədə məhkəməyə və digər dövlət qurumlarına rəsmi müraciyyət ünvanlaladıq.
Hadisələrin sonrakı gedişi barədə də ictimaiyyətə mütləq məlumat verəcəyəm.

- Rüstəm müəllim, şirkətin müdiri Sizin qərəzli mövqeyinizi qeyd edir və iddia edir ki, əslində nümayəndəliyə verilməli olan sualları onlara verirsiz. Bu barədə nə deyə bilərsiz?

- Əslində onların nə deməyi məni çox düşündürmür və qətiyyən narahat etmir. İlk növbədə ona görə ki, əslində bu şirkət rəhbəri özü şirkətin fəaliyyətindən demək olar ki, məlumatsızdır. Məsələn, müdirin xəbəri varmı ki, bu gün nümayəndəliklər əslində satış həyata keçirmirlər. Sadəcə olaraq paylanma əməliyyatları keçirilir və yalnız bu əsasla şirkətə pul ödənişləri olunur. Lakin mən burada bütün məqamları açıqlamaq istəmirəm. Yaxşısı budur ki, tələsməyək və qanunun aliliyi prinsipini rəhbər tutaraq bir qədər səbr edək.

Hadisələrin inkişafı barədə yeni məlumatları növbəti saylarımızda təqdim edəcəyik.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - “Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsinin 44 günü də şanlı tarix idi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini, hətta, ermənilərin yenilməzlik mifini də darmadağın etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı”.
Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olub: “Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması”.

Böyük Qələbə milli yaddaşın qızıl fondudur: “Qələbə ilə regionda yaradılmış yeni reallıq müstəqilliyin tarixində yeni “Qalib xalq” düşüncə fəlsəfəsinin formalaşmasını tələb edir. Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yeni baxışın formalaşmasını tələb edir”.

“Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir”. İqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi: “Vətən müharibəsindəki parlaq zəfərdən sonra Azərbaycanın tarixində yeni səhifə, quruculuq missiyası başlanıb. Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir”.