![]() |
![]() |
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Gürcüstan-Azərbaycan arasında əməkdaşlıq tarixi ənənələrə söykənən əməkdaşlıqdır desək, yanılmarıq. Tarixə nəzər salsaq, görərik ki, iki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub.
Ölkələrimiz arasında əməkdaşlıq bu gün də müsbət dinamika ilə inkişaf edir. Prezident İlham Əliyevin 24 oktyabr tarixli işgüzar səfəri Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir. Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıbdır. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir-birimizi dəstəkləyirik.
İcra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
Artıq Qarabağ münaqişəsi başa çatıb. Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamaq ərəfəsindədirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır.
Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq.
Neft-qazla yanaşı Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər. Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.
Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindəyik. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır.
Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər.
ABŞ Ermənistan və Azərbaycan liderlərini onlar üçün əlverişli olan istənilən formatda görüşməyə çağırıb.
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunaka təbrik məktubu ünvanlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
Axar.az xəbər verir ki, İsmail Serageldin son dövrlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzunun dünyada daha da artdığını vurğulayıb, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin aparıcı institutları ilə birbaşa əlaqələrinin yaradıldığını deyib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib.
İsmail Serageldin Mərkəzin təsis olunmasının 10 illik yubileyi münasibətilə xatirə hədiyyələrini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yubileyi münasibətilə təbriklərini çatdırıb və yubileyin Bakıda qeyd edilməsinin rəmzi xarakter daşıdığını bildirib. Dövlət başçısı Mərkəzin beynəlxalq səviyyədə əməkdaşlığının genişlənməsindən, dünyada rolunun və nüfuzunun artmasından məmnunluğunu ifadə edib.
Görüşdə vurğulanıb ki, Azərbaycan Prezidentinin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hər il keçirilən Qlobal Bakı Forumu artıq bütün dünyada aktual məsələlərin müzakirə olunduğu və onların həlli istiqamətində yeni yanaşmaların təklif edildiyi beynəlxalq platforma kimi qəbul olunur.
İsmail Serageldin bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu il ərzində Çində və Polşada həmin ölkələrin prezidentlərinin himayəsi altında keçirilən beynəlxalq konfranslarda, BMT Baş Assambleyası çərçivəsində ABŞ-da, Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Cenevrə ofisi və Berlində Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə təşkil olunan tədbirlərdə, həmçinin Yaponiyada baş tutan Texnologiya Sammitində və Latviyanın paytaxtında keçirilən “Riqa konfransı 2022”də tərəfdaş kimi çıxış edib.
Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloniyə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının işçilərinin say həddi 135-dən 150-yə, regional bölmələrinin işçilərinin say həddi 665-dən 900 ştata qaldırılıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” sazişi təsdiqləyib.
Ukrayna bu ilin sonuna kimi Avropa Birliyinə daxil olmaq üçün yeddi tövsiyəni yerinə yetirəcək.
Ukraynanın Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.