![]() |
![]() |
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində keçid məntəqələrinin yaradılması ilə bağlı paylaşım edib.
Rusiya müharibəni uduzur, Ukraynaya dəstək davam etdirilməlidir.
Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.
Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ukraynanın Soledar və Baxmut istiqamətlərində olduqca ağır döyüşlər gedir.
ABŞ valyutasının rezerv kimi təsirinin azalması səbəbindən dolların güclənmə müddəti sürətlə başa çatır.
Roma Papası Fransisk yeni dünya nizamının yaradılmasına çağırış edib.
Faktinfo.az xəbər verir ki,A.Naxçıvanlı Pravda.az-a açıqlamasında deyib ki, nazirin müəllimlərə bu cür yanaşmasını qəbul etmir.
Deputat həmin müəllimlərin kimliyinin məlum olmadığını bildirib: “Axı heç bir kvalifikasiya getməyib. Bu müəllimlər universiteti yeni bitirənlərdirmi, yoxsa uzun müddət öz sahəsində işləyənlərdirmi? Söhbət riyaziyyatdan gedir. Bəlkə o müəllim təkmilləşib sonradan riyaziyyat müəllimi olub? Bunların heç birinin təhlili getməyib. Təkmilləşmə yolu ilə riyaziyyat müəllimi olubsa, əlbəttə, kvadratın perimetrini bilməyə bilər. 1-2 aylıq təkmilləşmə, yaxud ixtisasdəyişmə o müəllimə heç nə verə bilməz, çünki bünövrəsi qoyulmayıb. Mən, ümumiyyətlə, yeni universitet bitirən müəllimlərin diaqnostikadan keçib işə götürülməsinin tam əleyhinəyəm. Bu müəllim universiteti bitirir, diplomunu alır.Təkrarən gedir Elm və Təhsil Nazirliyində hansısa qurum qarşısında imtahan verir. Diplom alanda rektor daxil bütün komissiya üzvləri diploma imza çəkir. Belə çıxır ki, universitetin bu boyda imtahan komissiyasında oturanlar səriştəsiz adamlar oldular, müəllimə düzgün diplom vermədilər, ona görə də yenidən yoxlanılır? Yaxşısı budur, əvvəlki təyinatla olsun, ya da müəllimə sınaq müddəti verilə bilər ki, gedib hansısa rayonda, kənddə 3 il işləsin. Yoxsa eləsi olur ki, "qırmızı diplom"la universitet bitirir, gedib yenidən diaqnostikadan keçir. Bu nə dərəcədə düzgündür?
Düzgün deyil. Müəllimin nəsə bilməməsi son zamanlar harada təkmilləşməsindən, ixtisasını artırmasından asılıdır. Avstraliya kimi ölkədə belə bir qayda var, müəllim özü üç ildən bir təkmilləşmə institutuna yazılır, hansı proqramda geri qalırsa, həmin proqramı tələb edir, bu sahədə təkmilləşir. Bizdə indi belə şey varmı? Azərbaycan Müəllimlər İnstitutunun rəhbəri olmuşam. O vaxtlar təkmilləşmə var idi, indi o da yoxdur. İxtisasartırma da, yenidənhazırlıq da bilmirəm, nə gündədir. Bunların hamısı səhmana düşməlidir, müəllim təkcə özü öz üzərində işləməsin, gəlib professorlara, məktəbi olan müəllimlərə qulaq assın”.
A.Naxçıvanlı bildirib ki, xaricdə belə bir təcrübə var: “5-10 ildən sonra müəllim təkmilləşməyə getmir, artıq onun özünün məktəbi olur. Deyirlər “filankəsin məktəbidir”. Bizdə məktəbi olan müəllimlər varmı ki, gedib müəllim kimi ondan dərs alaq, dərsində oturub təkmilləşək? Axı bizdə belə şey yoxdur. “Müəllim hansısa bir düsturu bilmədi…” Bəlkə imtahan verən hansısa 50-60 yaşında müəllim idi, şübhəsiz ki, onun psixoloji durumu elə vəziyyətdə ola bilər. Təsəvvür edin, həmişə imtahan götürən adam indi özü imtahan verməyə gəlib. Özünü itirə, fikrini toplamaya, əsəbləşə də bilər. Başqa emosional vəziyyəti ola bilər. O demək deyil ki, bu, savadsız müəllimdir. Bir imtahanla müəllimin savadını yoxlamaqmı olar? Bu, hərtərəfli inkişaf etmiş adamdır. Belə şeylərin əleyhinəyəm. Müəllimi belə aşağılamaq olmaz. Müəllim müəllimdir, nüfuzdur.Bəlkə elə bir kvadratın perimetrini bilməyən müəllimlərin adlarını da yazsınlar, bütün kənd, bütün mahal bilsin?! Düzgün olan şey deyil. Qeyd götürərdilər, məsələni işıqlandırmadan həmin müəllimləri ayrıca yığıb dərs keçmək, ya da səbəbini öyrənmək olar.İndividual, fərdi qaydada həmin müəllimin biliyini yoxlamaq olar. Bəlkə elə müəllim var, doğrudan da, savadlıdır, amma 200 nəfər oturan zalda özünü itirdi, heç nə yaza, hətta imla da yaza bilmədi. Bu, o demək deyil ki, savadsız müəllimdir. Bəs neçə il imtahan verib, oxuyub, bu, nə demək idi? Belə çıxır ki, biz universitetlərin səviyyəsini sual altına qoyuruq?
Bu müəllimlər axı oxuyublar, onlara professorlar, dosentlər dərs deyib. Onda nə oldu, bunların hamısı itdimi? Onları işıqlandırmaq, adlarını göstərmək, belə halı reklam etmək düzgün yanaşma deyil. Fərdi yanaşmaq lazımdır. Ulu öndərimizin müəllim haqqında bilirsiniz ki, necə fikirləri var. Ulu öndərin aforizmləri ən çox müəllimə həsr olunub.Heydər Əliyev deyirdi ki, “mən müəllimdən yüksək ad tanımıram”. Müəllimin yüksək adını biz niyə aşağı salmalıyıq? Müəllim həmişə yüksəkdə olmalıdır. Cəmiyyətimizin gələcəyi təhsillə bağlıdır. Bunun başında duran isə müəllimdir”.
Bu gün Azərbaycan Ordusu regionda ən güclü ordulardan birinə çevrilib. Bunu Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz bir daha sübut etdi.Silahlı Qüvvələrimiz tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilməsi nəticəsində torpaqlarımız böyük ölçüdə işğaldan azad edildi, ölkənin ərazi bütövlüyü üçün təxirəsalınmaz işlər görüldü.Qeyd olunmalıdır ki, II Qarabağ savaşının gedişində yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikasının yerinin müəyyən olunub məhv edilməsində yerli istehsal olan yeni növ milli müdafiə təyinatlı məmulatlarımız mühüm rol oynadı.
Bu ilin sentyabr ayının 6-da Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilmiş 4-cü Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə (Securex Caspian) sərgilərində ümumilikdə 1000-dən artıq adda silah-sursat istehsal edən Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin 179 adda məhsulu sərgilənmişdi. Sərginin xüsusi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçirildi. Sərgidə Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirildi. 208 şirkəti bir araya gətirən ADEX Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edən sərgidə Türkiyə, Pakistan, Belarus, İran, İsrail, Rusiya da daxil olmaqla 10-a yaxın ölkə milli stendləri ilə iştirak edirdi.
Əlbəttə ki,Azərbaycan Respubilkasın Prezidenti İlham Əliyevin rəhbərliyi,nazir Mədət Quliyevin nəzarəti altında Müdafiə Sənayesi Nazirliyinin bugünkü nailiyyətlərindən danışarkən bir vaxtlar bu qurumun fəaliyyətinin başlanğıcında duran, ölkənin birinci Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovun da xidmətləri, onun Azərbaycanda bu sahənin inkişafına verdiyi dəyərli töhfələr xüsusi qeyd olunmalıdır.
Ölkəmizin müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin uğurla həyata keçirilməsində Yavər Camalovun özünəməxsus xidmətləri var. Bu vəzifədə çalışdığı müddətdə nazirliyin müəssisələrində çox sayda yeni istehsal sahələri yaradılmaqla yanaşı, qurumun müasir tələblərə uyğun səmərəli fəaliyyəti nəticəsində ölkədə hərbi təyinatlı məhsulların çeşidi artıb və keyfiyyəti yüksəlib, müdafiə sənayesinin idxaldan asılılığının aradan qaldırılması istiqamətində nailiyyətlər əldə olunub və ümumilikdə Azərbaycan Ordusunun müasir silah növləri ilə təmin edilməsi üçün zəruri addımlar atılıb, yeni nəsil silah növlərinin istehsalı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər yüksək effektivliklə davam etdirilib.
2009-cu ildən Azərbaycan Prezidentinin tapşırığına əsasən bir sıra inkişaf etmiş ölkələrin qabaqcıl istehsalçı şirkətlərinin təmsil olunduqları beynəlxalq müdafiə sərgilərinə qatılan Müdafiə Sənayesi Nazirliyi 2017-ci ilin mayında qardaş Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2017” beynəlxalq müdafiə sərgisində 260 adda məmulat nümayiş etdirmişdi. Bir sıra yeni məhsullar ziyarətçilərə ilk dəfə təqdim edilərək böyük maraqla qarşılanmışdı. Sərginin keçirildiyi günlərdə tədbirə qatılan digər ölkələrin nümayəndələri ilə növbəti il Bakıda keçirilmiş “ADEX-2018” üçüncü beynəlxalq müdafiə sərgisində iştirakla bağlı razılaşmalar əldə olunmuşdu.
FAKTİNFO.AZ xatırladır ki, Yavər Camalovun rəhbərliyi dövründə qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyi tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirməklə yanaşı, böyük təcrübə toplayaraq Azərbaycanda 2014-cü və 2016-cı illərdə “ADEX” adı altında beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin təşkilatçısına çevrildi. Azərbaycan 2018-ci ilə qədər iki dəfə beynəlxalq müdafiə sərgisinə ev sahibliyi etdi. Keçirilən sərgilərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan brendi kimi nümayiş etdirildi. Sərgilərdə nümayiş etdirilmiş məmulatlar xarici və yerli nümayəndə heyətləri, eləcə də sadə xalq tərəfindən böyük maraqla qarşılanmışdı.
Yavər Camalov tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirib. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona böyük hörmət qazandırıb. O, uzun illər boyu Azərbaycanın neft sənayesinin inkişafı naminə bilik və bacarığını əsirgəmədən, var gücünü sərf edərək ölkə iqtisadiyyatının yüksəlişinə töhfələr verib.Yüksək eşalonda bir nazir kimi vətənə xidmət edib.Zamanla onun haqqında çıxardılan anonim şayələrə əhəmiyyət vermədən, harasa tələsirmiş kimi qarşıda duran hədəflərə doğru irəlilləyib. İstiqlal bayrağımızın Şuşada və diğər ərazilərdə dalğalanması üçün,işğal altındakı torpaqlarımızın bir gün Erməni işğalçılarından azad edilməsi yolunda var qüvvəsi ilə milli amala xidmət edib.Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox ümdə vəzifələri yernə yetirmək üçün səhərləri kabinetində açıb.İdarəetmə sistemində güclü təşkilatçılıq və kollegiyaçılıq qabiliyyətinə malik olan Yavər Camalov qısa müddətdə Müdafiə Sənayesi Nazirliyinin sfırdan təşkilində iştirak edib.Əgər, Ermənistanın 2020-ci il sentyabr ayının 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, ALİ BAŞ KOMANDANIN rəhbərliyi altında Azərbaycan ordusunun 44 günlük hərbi uğurlarına diqqət çəkiriksə, bir zamanlar ölkənin İLK Müdafiə Sənayesi Naziri olmuş şəxsin prezidentin rəhbərliyi altında verdiyi töhfələri də vurğulamalıyıq.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 mart tarixli Sərəncamı ilə Müdafiə Sənayesi Naziri təyin edilən Yavər Camalov ömrünün sonunadək bu vəzifədə işləyib. Yavər Camalov 2018-ci il iyunun 23-də ömrünün 69-cu ilində vəfat edib.Yavər Camalovun ölkənin iqtisadi inkişafındakı xidmətləri daim yüksək qiymətləndirilib. O, “Əməkdar mühəndis” fəxri adına layiq görülüb və 16 oktyabr 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.
Tanınmış ictimai xadim, bacarıqlı təşkilatçı və səmimi insan Yavər Camalovun xatirəsi onu tanıyanların, mütərəqqi fikirli insanların qəlbində daima yaşayacaqdır.