Heftelik.az maraqlı bir layihəyə başlayır. “Həyat və karyera” layihəsi çərçivəsində müxətlif sahələrdə böyük təcrübəyə malik insanların həmin sahə ilə bağlı tövsiyyələri cəmiyyətə çatdırılacaq. 

Layihə şərçivəsində 30 ilə yaxın Qaradağ Sement Zavodu və digər müəssisələrin rəhbəri və Qaradağ Rayon Xalq Deputatları Sovetinin Sədri işləmiş Azərbaycan Respublikasının Əməkdar mühəndisi Atakişi Quliyevin müəssisə, təşkilat və şirkət rəhbərlərinə tövsiyələri tədim edilir.
 Öncə qeyd etmək yerinə düşərdi ki , Atakişi Quliyev uzun müddət müxtəlif vəzifələdə  çalışan təcrübəli bir rəhbər olmaqla bərabər , ləyaqətli bir insan , əsl el ağsaqqalı, şərəfli bir ömür yolu keçmiş şəxsiyyətdir. inanırıq ki , onun zəngin həyat təcrübəsindən gələn dəyərli fikirlər bir çoxlarına kömək olacaq , ondan bəhrələnəcəklər. 

1. Cəmiyyətdə tutduğun mövqeyə görə ətrafdakıların verdiyi qiymət ya səni ucaldıb hörmətli edər, ya da alçaldıb hörmətdən salar. Bu sənin bir insan, bir rəhbər kimi seçdiyin yolun əsas prinsipi olmalıdır.

2. Tutduğun vəzifədən, yaşından asılı olmayaraq çalışdığın kollektivdə hörmət qazan. Onlara Allahın salamını çatdır. İmkan varsa, halını soruş, ona birinci əl uzat.

3. Kollektivin hər bir üzvü ilə rastlaşanda, səmimi ol, verdiyi salamı al. “Necəsən?”, “Salamatlıqdırmı?| suallarını verməyi unutma. Bu sənin necə bir alicənab insan olduğunu göstərəcək.

4. Hər hansı bir işçi ilə təsadüfən rastlaşanda salamlaşdıqdan sonra hal-əhvalını soruş, ailəsindəki vəziyyətlə maraqlan, bəlkə sənə ehtiyacı var. İmkan dairəsində məsləhətini ver, köməklik göstər.

5. İşə təsadüfən bir işçi gecikibsə və yolda səninlə rastlaşmışdırsa, tələsmə, acığlanma, nə hadisə baş verdiyini soruş. Əgər hiss etdin ki, evində, özündə salamatlıqdır, onda otağına dəvət et və lazımi iradlarını bildir. Bu, sənin hörmətini yüksəldər. Təhqir etmə, onun əsəbləri tab gətirməyib söz qaytara bilər. Bu da heç sənə lazım olmayan bir haldır.

6. Kimliyindən və onun tutduğu vəzifədən asılı olmayaraq kollektivin hər bir üzvünə baş verən kədərə qatıl, ürək sözünü de, onun bu pis günündə kollektivlə birlikdə yanında ol. Bu sənin alicənablığına və rəhbərlik imicinə böyük müsbət təsir göstərər.

7. Çalış möhtəşəm yerlərdə, özünü sakit apar. Danışanlara diqqətlə qulaq as, danışanın sözünü kəsmə, ola bilər ki, onun yaddaşı zəif olsun fikrini tamamlaya bilməsin. Sonra əgər məsləhət bilsən yekunlaşdırıcı bir neçə kəlmə mənalı, hikmətli sözlər deyərsən.

8. Nəbadə  başqalarının yanında öz kollektivinin nümayəndəsini tənqid və ya təhqir edəsən. Ola bilsin ki, o, buna layiqdir, amma bunu başqa yerdə yox, öz otağında edə bilərsən.

9. Rəhbərlik etdiyin dövrdə heç bir vaxt işçilərin yanında günahkar olan bir işçiyə “Səni işdən azad edirəm” sözünü deməyə tələsmə. Ola bilsin ki, həmin şəxsin elə bir qohumu sənə zəng vurar ki, sən onun sözündən çıxa bilməzsən. O, işində qalar və bu da kollektiv arasında əlavə söz-söhbətlərə səbəb olar. Bu heç də sənin xeyrinə olmaz. Ona görə də belə hallarda günahkarı yanına çağır, təklikdə lazımi sözlərini de. Bu sənin müsbət cəhətin olar.

10. Heç kimin həyatına və işinə aid məsləhət vermə, çünki onun işi alınsa, səni tərifləyəcək, alınmasa isə günahkar biləcək. Əgər səndən özü məsləhət istəsə, onda ölç, biç və sonra məsləhətini ver. Onu da əlavə et ki, mənim məsləhətim budur, ancaq özündə fikirləş və qərarını ver. Onda məsuliyyət sənin üzərindən götürülər, özün də rahat olarsan və səni də günahkar çıxarmaz.

11. Çalış köməkçi vasitəsilə qısa və qapalı müşavirələrdə müzakirəyə çıxaracağın məsələni qabaqcadan iştirakçıların nəzərinə çatdır. Müzakirə zamanı həmin məsələni şəxsən özün bir də təkrar söylə, onların fikirlərini öyrən. Ancaq sözlərini kəsmə. Düz mülahizə etmirsə, özündə qeydiyyat apar. Mütləq, mütləq və bir də mütləq, təmkinlə onların çıxışlarını dinlə, sonra öz təkliflərini onlara çatdır və demokratik şəkildə həllinə nail ol. Qoy deməsinlər ki, özü məsələləri gündəmə gətirir, özü də həll etdi. İnandırıram səni, mütləq çıxış edənlərdən birinin verdiyi təklif istədiyin təkliflə üst-üstə düşəcək. Onda onun sözünü əsas götürüb istədiyin təklifi həyata keçirə bilərsən.

12. Çalış qısa və geniş idarə yığıncaqlarında heç bir zaman çıxış edən şəxslərin sözünü kəsmə, tənqid və təhqir etmə. Belə hal rəhbərin avtoritetinə sağalmayan böyük bir zərbə vurur.

13. Çalış müavinlərin hörmətini saxla, birinin yanında, o birinin haqqında pis fikirlər söyləmə. Bu rəhbərin öz müavininə olan hörmətsizliyidir. Nəticə çox da ürək açan olmaz.

14. Müavinlərlə birlikdə söhbət edəndə heç bir vaxt zarafata yol vermə, ciddi ol. Amma birlikdə çay dəsgahı arxasında və yaxud yemək ziyafətlərində olanda sadə ol, zarafat edib şənlən. Bu rəhbərin həm ciddi, həm də sadə olmağına nümunədir.

15. Nadir halda müavinləri rabitə vasitəsilə yanına dəvət et. Əgər edirsənsə, çalış bunu daxili telefonla özün et və katibəyə tapşır ki, müavinlərə deməsin ki, “səni müdir çağırıbmı?”. Bu, heç də sənə başucalığı gətirməz.

16. Rəhbər işlədiyin dövrlərdə heç bir zaman imkan vermə maşınının və yaxud kabinetinin qapısını açsınlar ki, sən oturasan, yaxud da otağa daxil olasan. Bu, yüksək səviyyəli siyasi rəhbərlərə və ölkə başçısına aiddir.

17. İclas və müşavirələr zamanı heç kimə icazə vermə səni tərifləsin. Əgər bu mümükün deyilsə, onda həmin tərifi qəbul etmə. Çünki gördüyün işlər sənin vəzifə borcundur. Çalış kiminsə səni tərifləməsinə şərait yaratmayasan. Bu, səndə arxayınçılıq yaradar və səni özündən razı hisslərə qapadar. Elə insanlar var ki, rəhbərin yanında özünü yaxşı qələmə vermək üçün hər cildə girir ki, təki rəhbərin xoşuna gəlsin. Səriştəli rəhbərlərə bu işdə ciddi olmağı və belə hallara imkan verməməyi tövsiyyə edirəm.

18. Məsləhətim budur və birdə budur ki, vəzifəsindən asılı olmayaraq kimsa sənə kiminsə haqqında xoşagəlməz bir söz deyirsə, sakitliklə onu dinlə və haqqında danışdığı adamı təcili yanına dəvət et. Sənə deyilənləri olduğu kimi ona söylə və dinlə. Əgər o, bunu təsdiq etmirsə, onda hər ikisini üzləşdir. Bunu mən öz təcrübəmdə etmişəm. 1968-ci ildə Qaradağ Tikinti Materiallari Kombinatına direktor təyin olunandan 2-3 gün sonra əvvəllər bir yerdə işlədiyim (1959-1967-ci illərdə) və hörmət etdiyim bir şöbənin müdiri yanıma gəldi, digər bir sahə rəisi haqqında informasiya verdi. Güya o, haradasa ağzından söz qaçırıb. ki, mən kombinatın işinin öhdəsindən gələ bilməyəcəyəm. Onu dinlədim, çox sağ ol deyib, minnətdarlığ bildirdim. O gün çox fikirləşdim, çox götür-qoy etdim və qərara gəldim ki, ardıcıl olaraq belələrini qəbul edib, dinləsəm, bu yaltaqlar, yalançılar və şəxsiyyətsizlər məni ələ alıb öz isdədiklərinə nail olacaqlar. Məni öz əllərində oyuncaq bir rəhbər kimi saxlayacaqlar. Ona görə də qəti qərara gəldim ki, belə hallara son qoyum. Bu məqsədlə ertəsi gün deyilən adamı yanıma dəvət etdim. Onunla səmimi söhbət apardım (onunla 10 ildən çox bir yerdə işlədiyimdən onu yaxşı tanıyırdım). Məsələni açmamışdan onun haqqında mənə söyləyən şəxsi çağırdım və üzləşdirdim. Çox söz-söhbətlərdən (boynuna almırdı ki, belə deyib) sonra belə sözlərin deyilmədiyini ortaya çıxardıq. Bu hadisə kombinata tez bir zamanda yayıldı. Ondan sonra kombinatda direktor işlədiyim 14 ilə yaxın bir dövrdə heç bir kəs mənin yanıma gəlib, “Sizə bir söz demək istəyirəm” (yəni başqası haqqında) sözünü söyləmədi. Sonra 5 ilə qədər Qaradağ Sement Zavodunda direktor işlədim. Ora təyin olunan kimi, artıq kimlərsə oradakı qohumlarına xəbər çatdırmışdır ki, Quliyev yaltaqlığı, xəbərçiliyi sevmir və hətta onları üzləşdirir. Nəticədə, Sement Zavodunda həmin illərdə çox rahat işlədim. Yaltaqlar və satqınlar mənə yaxınlaşa bilmədilər. Sonralar 8 ilə qədər Qaradağ rayon Xalq Deputatları Soveti İcarəyə Komitəsinin sədri vəzifəsində çalışdım. Orada da heç bir narahatçılıq olmadı.

19. Hansı sahədə rəhbər işləyirsənsə işlə, aşağıdakı qaydalara əməl et və öz avtoritetinə qiymət ver: - Yalan və ürək sakitləşdirən vədlər vermə;

- Şikayətçini dinlə və imkanın nəyə çatırsa kömək et. Əgər heç nəyə imkanın çatmırsa, onda elə bu başdan öz sözünü de, onu ümşdlü qoyma. Əgər onun işində çatışmamazlıq varsa, ona mədəni sürətdə izah edib, yola salmaq daha məsləhətdir.

20. Çalış səni təmtəraqla qarşılayıb, yola salmasınlar. Sadəcə olaraq öz iş stolundan ayağa qalxıb, salamlaşsın və ya xudafisləşsinlər.

21. Rəhbərin ən gözəl xüsusiyyətlərindən biri də odur ki, bütün göstərişlərini köməkçinin vasitəsilə yazılı sürətdə versin. Bunun üçün müavin və şöbə rəhbərlərinin iştirakı ilə geniş iclas çağırıb, göstərişlərin yazılı şəkildə veriləcəyini və ona nəzarətin köməkçi tərəfindən həyata keçiriləcəyini bəyan etmək lazımdır. Qoy bilsinlər ki, köməkçi tapşırıqların yerinə yetirilməsi haqqında mütəmadi olaraq sənə məruzə edəcək. Mütləq və mütləq kim səhlənkarlıq edib, sənin tapşırılarını yerinə yetirməyibsə, onu şəxsən özün çağır, səbəbini öyrən və sonra tədbir gör. Əgər o, müavindirsə, həmin tapşırığı ikinci-üçüncü dəfə yazılı sürətdə ver. Tapşırığı yerinə yetməyincə ondan əl çəkmə. Bu sənə imkan verəcək ki, onun nəyə qadir olduğunu müəyyən edəsən. O, həmişə sənin yanında xəcalətli və üzükölgəli olacaq. O, gec-tez özünün nəyə qadir olduğunu dərk edəcək.

22. Rəhbər mühasibatlıq və maliyyə işlərinin araşdırılmasını bacarmalı, onu dərk etməli və izah etmək tələb olunursa, bu sahələrin rəhbərləri ilə diskusiya aparmalıdır. Bunu rəhbər hesabatdan-hesabata yox, mütəmadi olaraq, heç olmasa ayda bir dəfə etməlidir. Digər tərəfdən, rəhbərlik etdiyi müəssisələrin gündəlik istehsal olunan məhsullarının həcmini, onun satışını və kassaya mədaxil olunan pul vəsaitinin miqdarını bilməlidir. Bunun üçün aidiyatı şəxslərdən müvafiq hesabatlar tələb edilməli, axşamüstü, ya da səhərlər stolunun üzərinə qoyulmasını tapşırmaldır. Vaxt tapıb onunla tanış olmalı və narahatçılıq hiss edilərsə, müvafiq göstərişlər verməlidir.

23. Rəhbərin müəssisə haqqında ümumi kitabçası olmalıdır. Bu kitabçada rəhbərlik etdiyi bütün müəssisələrin gündəlik, aylıq və illik istehsal olunan məhsulların çeşidinin və miqdarının qeydiyatı aparmalıdır. Həmçinin burada mühasibatlığın və maliyyənin əsas göstəriciləri qeyd olunmalıdır. Bu kitabçanı yuxarı təşkilatlara gedəndə özü ilə aparmalıdır. Bütün bunlar rəhbərin əsas iş prinsipi olmalıdır.

24. Rəhbərin ən gözəl xüsusiyyətlərindən biri və ən əsası ondan ibarətdir ki, bütün iclaslarda hamını dinləsin və axırda özü qanunlara, təsərrüfata, təlim tərbiyəyə uyğun, bugünki təlabata cavab verən qısa və mənalı göstərişlər verǝrǝk iclası yekulaşdırsın.

25. Rəhbər çalışmalıdır ki, hər xırda işin üstündə mübahisə etməsin və hətta ona ani olsada da qoşulmasın. Kim həmin sahəyə cavabdehdirsə (müavinlərdən) onu yanına çağırıb məsələni araşdırsın. Nəbadə o adamlarla mübahisə etsin va ona hansısa göstəriş versin. Bu, rəhbərin ümumi hörmətinə, alicənablığına müsbət təsir göstərəcək.

26. İdarə rəhbəri müavinlər arasında vəzifə bölgüsünü elə aparmalıdır ki, hər kəs öz sahəsinə cavabdeh olsun və buna görə rəhbər qarşısında məsuliyyət daşısın. Kollektiv üzvlərindən kim rəhbərin yanına gəlib, hər hansı bir məsələni aydınlaşdırmaq istəyirsə, katibə onu dinləməli və kimin (müavinlərin) vəzifə funksiyasına aiddirsa, onunla əlaqə saxlamalı və onun yanına göndərməlidir. Əgər o şikayətçi ikinci dəfə eyni işdən ötrü rəhbərin qəbuluna gəlirsə, onda katiba mütləq rəhbərə müraciət etməlidir. Rəhbər də onu mütləq qəbul edib dinləməli və müvafiq ölçü götürməlidir.

27. Rəhbər idarəçilikdə, biznes işində, ayrı-ayrı şəxsi işlərdə hansısa bir məsələni birlikdə həll edib, razılığa gəlibsə o, verdiyi sözün, görülən və görüləcək işlərin arxasında, deyilən sözün üstündə durmalıdır. Bu hər bir rəhbərin rəhbərlik xarakteristikasıdır və onun avtoritetidir.

28. Əgər hər hansı bir şəxs vəzifəsindən, tanış, qohum, dost, işçi və digər bir sahənin rəhbəri olmasından aslı olmayaraq səndən nə isə xahiş edərsə, çalış onun xahişinə tələsik cavab vermə. Vaxt istə, fikirləş, sonra cavabını mədəni şəkildə de. Qəflətən deyilən xahişə və ya sözə tələsik cavabı əks tərəf əgər onu qane etmirsə, razılıqla qəbul etməyə bilər.

29. Çalış qohumlarla, yaxın dostlarla səmimi ol və çox da hamısını yaxın buraxma. Ətrafdakılar buna pis qiymət verər (ortaya kin-küdrət düşər və gözü götürməməzlik meydana çıxar). Bu rəhbər üçün heç də yaxşı hal deyil. Ən çətin məqamlarda sənə müraciət edənlərə imkan dairəsində qulaq as, ona köməklik et və ya çıxış yolu göstər.

30. Kabinetinə tanıdın, tanımadın, ağsaqqal şəxs icazəli-icazəsiz girsə, ayağa dur, qarşıla və hörmətlə yer göstər, çay da taklif et (o, sənin tərbiyənə, alicənablığına qiymət verib hər yerdə danışacaq). Onsuzda o, qabliyyətli insandırsa, başa düşməlidir ki, iş yeridir, vaxt almaq olmaz. Onu dinlə və imkan daxilində məsələsini həll et və yaxud da həlli yollarını göstər.

31. Rəhbər idarənin, şirkətin, zavodun və s. təşkilatın dirijorudur. Dirijor heç vaxt konsertdə hər hansı bir alətin ifaçısı kimi çıxış etmir. Səhnədə 30-60 nəfərə qədər müxtəlif növlü alətin ifaçıları otururlar və gözlərini dirijorun əlində oynatdığı çubuğa zilləyirlər. Dirijor nə vaxt çubuğunu nota baxıb, hansısa alətin ifaçısına istiqamətləndirirsə, o, ifaçı da notuna baxıb ifasını davam etdirməlidir. Əlbətə, əgər o, ifa etməyi bacarırsa. Əgər bacarmırsa, dirijor onun gedib yerində oturub, onun əvəzinə alətdə ifa etməməlidir. Bütün idarə rəhbərləri də öz göstərişlərini yazılı surətdə işçilərinə çatdırmalı və onun yerinə yetirilməsini köməkçisinin vasitəsilə nəzarətdə saxlamalıdır. Bu cür işini quran rəhbərə həqiqi rəhbər demək olar.

32. Rəhbər çalışmalıdır ki, idarə etdiyi təsərrüfatın bütü sahələrində olsun, əməkçilərlə görüşsün, çətinlikləri ilə tanış olsun, məsləhətlərinə və şikayətlərinə qulaq assın, çalışsın 1-2 nəfərin xahişini yerinə yetirsin. Bu ona böyük "divident" gətirə bilər. İş yerlərində kiminsə haqqında şikayət edilərsə, sakitcə dinləsin və məşğul olacağını bəyan etsin. Nabadə orada sahə rəisinin, briqadirin və s. işçilərin üstünə qışqırsın, tənqid və ya təhqir etsin. Sahə rəisinin iş otağında haqqında şikayət olunan adamları dinləsin və özünün müvafiq iradlarını bildirsin. Məsləhət olunur ki, rəhbər hansı sahəyə baş çəkirsə, həmin sahənin iqtisadi göstəricilərini və yaxşı işçilərinin adlarını bilsin. Söhbət zamanı da yeri gəldikcə söyləsin.

33. Yalan danışmaq çoxlarının qanındadır. Kim yalan danışırsa, onun acizliyini, qorxaqlığını göstərir. Belə adamlar "Təki özümə bir şey olmasın, başqası batsa da batsın" prinsipi ilə hayat sürürlər. Mən hətta deyə bilərəm ki, bu adamlar özlərinin bacarıqsızlığından yalan-yaltaq hərəkətləri ilə günlərini keçirirlər. Əgər rəhbərin ətrafındakı yalan danışırsa, demək o, özünün bacarısızlığına haqq qazandırmaqla onun "Patriot”u kimi özünü göstərməyə çalışır, pişiyə məxsus qayda da onun ətrafında firlanır. Yaxşı rəhbər bunu başa düşməli və belə insanlardan üz döndərməli, onları ifşa edərək uzaqlaşdırmalıdır. Bəzi gördüyüm və eşitdiyim rəhbərlər olub ki, yalançıları, yaltaqları və ikiüzlüləri cəzalandırmaq əvəzinə irəli çəkib, düz söz danışanları, işinə və rəhbərinə hörmət edənləri isə gözümçixdıya salıb. Bu cür rəhbərlər hörmətdən düşür və bəzən də hətta işdən azad olunurlar. Budurmu, rəhbərin alicənablığı, bacaracaqlığı? Mən hesab edirəm ki, yox! Rəhbərə qiymət kənardan verilir. Onun yaxşı insan, tərbiyəli şəxs, çörəkverən, çətin məqamlarda hər bir kollektiv üzvünün yanında olan bir rəhbər kimi qiymətləndirilməsi kollektiv tərəfindən olmalıdır. Rəhbər kollektiv arasında ancaq və ancaq bu cür hörmət qazana bilər!

34. Rəhbər və işçi! Ağıllı rəhbərdən işgüzar işçi heç vaxt qorxmaz. Çünki o, işçiyə qorxmaq fürsətini verməz. Axmaq və avara işçi hər cür rəhbərdən qorxar. Hərçənd ki, o, rəhbərin onu cəzalandırmasından yox, öz axmaqlığından və tənbəlliyindən qorxmalıdır. Tənbəl, avara işçi ağılsız rəhbərə üstünlük verir. Çünki belə rəhbərlə işləyəndə həm iş az olur, həm də asan uyğunlaşmaq olur. Amma təkrar edirəm ki, işgüzar işçinin ağıllı rəhbərdən qorxusu olmur!!!

35. Elə rəhbərlər də olur ki, ən sədaqətli, işini vicdanla yerinə yetirǝn, çalışqan, yalan danışmayan, həyalı bir işçini kiminsə sözü ilə, yoxlamadan qərar verir, onu heç nə üstündə tənqid edir və nifuzunu aşağı salır. Nəticədə o, həyalı, vicdanlı şəxs məcbur olur ki, sakitcə işdən azad olunsun. Belə halda o vəziyyəti yaradan nanəcib, yaltaq, yalançı kənardan baxıb, həzz alar. İşi araşdırmadan nəticə çıxarması həmin rəhbərin faciəsidir. Bu cür rəhbəri ətrafdakılar idarə olunan bir rəhbər kimi tanıyacaqlar.

36. İşlədiyin kollektivdə adi işçidən tutmuş müavinlərə qədər sənə sadiq olanları bilməlisən. Onları vaxtaşırı yanına dəvət edib, kollektivdə olan əhval- ruhiyyəni öyrənməlisən. Ancaq əvvəlcədən həmin adamlara tapşırılmalıdır ki, şirin sözlər yox, çatışmayan halları nəzərə çatdırsın. Bir məqamı da yaddan çıxarmamalısan ki, o şəxs işçilər haqqında sənə şəxsiqərəzlik edərək qeyri obyektiv sözlər deməsin. Çalış ona, ancaq iş haqqında danışmağı tövsiyyə edəsən. Çünki bəzi adamlar haqqında danışanda o, qeyri obyektivliyə əl ata bilər. Ola bilsin sənin nəzərinə çatdırsın ki, filankosin işinin nəticələrini və iş üsulunu özün yoxla. Sən bu istiqamətdə öz işini bilməlisən.

37. Tenri Ford (Amerika) yazır ki,  “Hər bir adama icazə verilir ki, cəmiyyətdə ekvivalent olaraq nə qoyubsa, onun müqabilində nə isə tələb edə və ya götürə bilər. Əgər o, cəmiyyət üçün heç bir əmək sərf etməyibsə, onun haqqı yoxdur ki, cəmiyyətdən nə isə tələb etsin”. Bu deyilən sözlər səninlə işləyən hər bir işçiyə, xüsusən də müavinlərə də şamil olunmalıdır. Əgər o, öz işinin öhdəsindən gələ bilmirsə, rəhbərə və bir çoxlarına şirin sözlər deməklə və ya yalan danışmaqla öz gününü keçirdirsə, onda o səxs haqqında ölçü götürməlisən. Çünki onun cəmiyyətə heç bir xeyri yoxdur.

38. Demokratik cəmiyyətdə bəzi idarələrin şöbə müdirlərindən tutmuş müavinlərinə qədər istəmirlər ki, yeni bir fikirlə çıxış etsinlər və idarənin işini daha da yaxşılaşdırsınlar. Onlar hiss edirlər ki, bu təklifləri versələr müdriyyət onların vasitəsi ilə həmin təklifləri həyata keçirdəcək. Onlar bunu etmirlər, çünki özlərinin rahatlıqlarını pozub əlavə işlərə vaxt ayırmaq istəmirlər. Necə işləyirdilərsə, elə də işləməyə davam etmək istəyirlər. Belə hallarda rəhbər özü bu təklifləri verərsə və müavinlər də həmin təklifləri bəyənərsə, onda onlar sözarası "biz də belə fikirdəydik" deyəcəklər. Ruslar deyirlər ki, "təşəbbüs irəli sürsən özün icraçı olmalısan", yəni cəzalanırsan.

Ümumiyyətlə kollektivin yuxarı təbəqəsində səmimilik olmalıdır. İdarə rəhbərində paxıllıq hissləri olmamalıdır. Paxıl insanlar həmişə iki vəziyyətə düçar olurlar: birincisi (müavinlərə aiddir) özünün rəhbər olması, ikincisi öz rəhbərinin hörməti, onun adı-sanı. İmam Əli. İbn. Obutalıb deyib: «On böyük dövlət ağıl, ən böyük yoxsulluq nadanlıq, ən böyük irs-tərbiyə, ən böyük köməkçi vaxtında verilən məsləhətdir”. Deməli, hər bir idarə rəhbəri kollektivini, özündən başqa idarə edən müavinlərini bu səpkidə tərbiyələndirməlidir.Pifaqor deyir: «Sənin haqqında nə düşünürlərsə düşünsünlər, ədalətli hesab etdiyin işi gör».

39. Rəhbər öz müavinlərinin psixoloji durumunu bilməlidir. O, kimlə necə, nə vaxt, hansı şəraitdə, təklikdə və ya digər şəxslərin yanında söz deməyi bacarmalıdır.

Nizami Gəncəvi deyib: “Ciddiyyət görmək yüngül adamdan, gövhər istəməkdir arpa satandan”. Bütün rəhbərlər bu dahi sözləri işlədiyi kollektivdə, xüsusən də müavinlərdə olub olmadığını müəyyən etməlidir. Rəhbər özünə qarşı sərt, ciddi və tələbkar olmalıdır.

40. Hər bir azərbaycanlı idarə rəhbəri Quranın 17-ci surəsinin 36-cı ayəsini əzbərdən bilməlidir: "Ey insanlar, bilmədiyiniz bir işin ardınca getmə, (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü demə). Çünki, qulaq, göz və ürək - bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır". Bu nəsihəti, dahi sözü, həm idarə müdiri özünə, həm də müavinlərə şamil etməlidir.

Rəhbər və onun müavinləri tənqiddən qaçmamalıdırlar. Tənqid işgüzar rəhbərin işinin aynasıdır. Əgər tənqid yoxdursa, deməli, işlər öz ahəngində getmir. Sakitlikdir, bu da işin xeyrinə deyil.

İngilis filosofu Frensis Bekon deyib: “Bilik gücdədir» (ingilis dilində “Power” sözü birinci mənada “Güc”, ikinci mənada isə “Rəhbər” kimi işlədilir) Deməli, rəhbər biliyə söykənməlidir. Rusiyanın, sonralar isə SSRİ-nin görkəmli hüquqşünası-vəkili Anatoli Fyodorovic Roni demişdir: “Qanunu yalnız forma etibarı ilə yaz, mənəvi məzmununa görə də başa düşmək lazımdır. Bu əsil həqiqi ədalətlikdir”.
Sonda belə dəyərli tövsiyələrinə görə qocaman el ağsaqqalına dərin hörmət və təşəkkürümüzü bildiririk. Sizdən öyrənməli olduqca çox şeylər var. Tanrı Sizi qorusun.

     

2023-cü il fevralın 6-da qardaş Türkiyənin Kahramanmaraş və digər 10 müxtəlif bölgəsində baş vermiş zəlzələ zamanı çoxsaylı insan tələfatı və dağıntılar Azərbaycan xalqını da sarsıtdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlamış və Rəcəb Tayyib Ərdoğana telefon zəngi etmişdir. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı vermiş, yaralananlara şəfa diləmişdir. Azərbaycan Prezidenti qeyd edib ki, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Həmçinin, cənab Prezident Türkiyənin ölkəmizdəki səfirliyinə gələrək yas dəftərinə kədərini ifadə etmişdir. Möhtərəm Prezidentimiz qeyd etmişdir ki, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir və Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start vermişdir. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Özəl sektor da öz dəstəyini əsirgəmir. Bütün dövlət bu gün qardaş türk xalqının yanındadır. Bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Hörmətli Mehriban xanım Əliyeva da Türkiyədə baş vermiş zəlzələ xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirmiş, faciə zamanı həlak olanlara Allahdan rəhmət diləmiş, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı vermişdir.

Goranboylular da Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyəyə dəstək kompaniyasına fəal qoşularaq, öz əllərindən gələnləri əsirgəmirlər. Rayonumuzun bütün yaşayış məntəqələrində dəstək kompaniyaları həyata keçirilir. Rayon İcra Hakimiyyəti başda olmaqla, bütün dövlət qurumları, xidmət sahələri, özəl sektorlar və bütün goranboylular maddi, ərzaq, dərman, geyim ləvazimatları və digər yardımlarla öz qardaşlarına dəstək olmağa çalışırlar. Bunlarla yanaşı, hazırda rayonda hər cür məişət şəraiti ilə təmin olunmuş və hər birində 12 nəfərin yaşaya biləcəyi, ümumilikdə 60 nəfər üçün nəzərdə tutulmuş müasir modul tipli 5 ədəd fərdi yaşayış evləri hazırlanır. Bununla bağlı, rayon İcra Hakimiyyəti ilə “Container Baku” şirkəti arasında müvafiq müqavilə bağlanmışdır. Həmin evlər fevralın 14-də Kahramanmaraş göndəriləcəkdir.

Goranboy RİH-nin başçısı hazırlanan modul tipli evlərlə yerində tanış oldu.

Canımız, Türkiyəmiz – Goranboylular da sizinlə birlikdədir.

Azərbaycan-Türkiyə: Bir millət-iki dövlət. Dərdiniz dərdimiz, sevinciniz sevincimizdir. Goranboylular da qardaş Türkiyə dövlətinə və xalqına öz dəstəyini əsirgəmirlər.
Azərbaycan-Türkiyə: Bir millət-iki dövlət. Dərdiniz dərdimiz, sevinciniz sevincimizdir. Goranboylular da qardaş Türkiyə dövlətinə və xalqına öz dəstəyini əsirgəmirlər.
Azərbaycan-Türkiyə: Bir millət-iki dövlət. Dərdiniz dərdimiz, sevinciniz sevincimizdir. Goranboylular da qardaş Türkiyə dövlətinə və xalqına öz dəstəyini əsirgəmirlər.
Azərbaycan-Türkiyə: Bir millət-iki dövlət. Dərdiniz dərdimiz, sevinciniz sevincimizdir. Goranboylular da qardaş Türkiyə dövlətinə və xalqına öz dəstəyini əsirgəmirlər.
Azərbaycan-Türkiyə: Bir millət-iki dövlət. Dərdiniz dərdimiz, sevinciniz sevincimizdir. Goranboylular da qardaş Türkiyə dövlətinə və xalqına öz dəstəyini əsirgəmirlər.
Azərbaycan-Türkiyə: Bir millət-iki dövlət. Dərdiniz dərdimiz, sevinciniz sevincimizdir. Goranboylular da qardaş Türkiyə dövlətinə və xalqına öz dəstəyini əsirgəmirlər.
 

"Şərur" MTK-nin rəhbəri Türkiyəyə 5 milyon dollar yardım edib? - AÇIQLAMA

Sosial şəbəkələrdə özlərini "Şərur" MTK-nin rəhbəri İsfəndiyar Axundovun yaxın qohumları adlandıran şəxslər iş adamının Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə 5 milyon dollar yardım göndərməsi barədə məlumatlar yayıb.

"Şərur" MTK- nın Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Avropa.info-ya eksklüziv açıqlamasında bildirdi ki, Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə yardım edilib, lakin sosial şəbəkələrdə yayılan məlumatlarda bu məbləğ şişirdilib.

"Bildiyimiz kimi, Qardaş Türkiyəyədə baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardım,  "Qardaş Köməyi” Platforması yaradılıb. Təbii ki, İsfəndiyar Axundov da qardaş köməyini əsirgəmədi. Tanımadığımız şəxslər özlərini İ.Axundovun yaxın qohum adlandıraraq  sosial şəbəkələrdə  güya beş milyon dollar yardım etdiyimizi yayımlayır. Bəli, yardım etmişik, ancaq məbləğ şişirdilib", -deyə o bildirib. 

Tünzalə İsmayılova edilən yardımla bağlı məbləği açıqlamağa ehtiyac duymadığını qeyd edib: "Sadəcə, onu deyə bilərəm ki, yayılan məlumatlar tamamilə yalnışdır". 

 

Məşhur həkim İLQAR YUSUBOVUN
BU GÜN 53 YAŞI TAMAM OLUR ! BU
GÖZƏL GÜN MÜNASİBƏTİ İLƏ SEVİ-
LƏN DOSTUMUZ İLQAR BƏYİ ÜRƏK-
DƏN TƏBRİK EDİR,ONA UZUN ÖMÜR,
CAN SAĞLIĞI, HƏKİMLİK FƏALİYYƏ-
TİNDƏ YENİ- YENİ MÖHTƏŞƏM UĞURLAR ARZU EDİRƏM ! ÜRƏYİN İSTƏYƏN QƏDƏR
ÖMÜR SÜRMƏK NƏSİBİNİZ OLSUN,
ƏZİZ QARDAŞ !!!


İLQAR

SƏNİ TANIYANLAR ÇOX GÖZƏL BİLİR ,
TƏPƏDƏN DIRNAĞA ÜRƏKDİ, İLQAR !
ARXASIZ, KİMSƏSİZ KASIB KƏSLƏRƏ,
ÖZÜLÜ POLADDAN DİRƏKDİ, İLQAR !

KÖNLÜ GÜNƏŞ KİMİ ,İSTİ BİR OCAQ,
GÖZLƏRİ BÜLLUR TƏK ALIŞAN ÇIRAQ !
CƏRRAHDI, LOĞMANDI, QOÇAQDAN QOÇAQ,
ODURKİ, HƏR KƏSƏ ÖRNƏKDİ, İLQAR !

SADƏDİ, HƏLİMDİ, AĞIR ELLİDİ,
BORÇALI LƏHÇƏLİ , ŞİRİN DİLLİDİ!
DURUŞU, BAXIŞI,BİR TƏSƏLLİDİ,
MÜBARİZ QARDAŞDI, DİLƏKDİ, İLQAR!

ŞAİRDİ RUHƏN,SAFDI SÖZÜNDƏ,
GÜLÜŞLƏ TƏBƏSSÜM DAİM ÜZÜNDƏ.
ALİM LİBASINDA, FƏRHAD DÖZÜMDƏ,
BİR ALLAH BİLİRKİ, NƏHƏNGDİ, İLQAR!

QARDAŞ YÜZÜ HAQLA, YÜZÜ DÜNYADA,
ÇÜNKİ,ƏYİLMƏDİN, HEÇ ZAMAN YADA !
İŞİNLƏ, LAYİQSƏN ƏN YÜKSƏK ADA !
GÖYLƏRƏ PASİBAN MƏLƏKDİ ,İLQAR !
VAHİDƏM ,VAHİDƏ GƏRƏKDİ, İLQAR !

20 YANVAR 2023 İL .

Azərbaycan gəncləri Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazdılar


Bu gün hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan
olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də
imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib, həmin
vaxtdan etibarən Azərbaycan gəncliyinin yeni erası başlayıb və gənclərin fəaliyyəti daim
dövlətin diqqət mərkəzində olub.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Cənab Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti ölkəmizin hər bir yerində
uğurla həyata keçirilir.
Hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Gənclik gələcəyin özü, böyük
güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc bütün
bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa
çalışmalıdır.
Bu gün Azərbaycan gənci qürurludur. Çünki biz üzərimizə düşən ən böyük
məsuliyyəti dərk edərək işğal altında olan torpaqlarmızı qanımız, canımız bahasına
azad etdik. Bizim gənclərimizin, bizim xalqımızın uğurları dünyanın hər bir yerindən
eşidilir. Hər sahədə olduğu kimi gənclərimizin səsi müharibə bölgələrindən qalibiyyət
sədaları ilə eşidildi. Minlərlə gəncimiz Vətən torpaqlarının azadlığı uğurunda şəhid oldu.
Son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Nəticədə biz Cənab Ali baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımızı azad etdik.
2020-ci il Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Zəfərlə bitən
Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. Xalqımız liderimizin-müzəffər
Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz
gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev yalnız
hərb meydanında müzəffər sərkərdə deyil, o ümumiyyətlə 3 istiqamətdə mübarizə
aparırdı, həm  diplomatik cəbhədə, həm informasiya müharibəsində həmdə hərb
meydanında. Prezident İlham Əliyev Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün
təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. 
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44
günə mümkünsüzü mümkün etdi! 44 gün ərzində Azərbaycan xalqı, bütün dünya
azərbaycanlıları bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız
güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün
bərpası uğurunda vuruşduq və qalib gəldik.
Məndə bir Azərbaycan gənci kimi Vətən Müharibəsində Füzuli, Xocavənd,
Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etdim. Cənab Ali Baş
Komandanın sərəncamı ilə Cəbrayıl, Qubadlı, Laçının azad olunması medalları və
Cənab Baş Nazirin qərarı ilə Vətən Müharibəsi iştirakçısı medalı ilə təltif olundum.
Bilirsiniz ki, ermənilər tarix boyu bizim bir sıra adət-ənənələrimizi, torpaqlarımızı
hətta musiqilərimizi mənimsəmək istəyiblər. Onlar iddia edirdilər ki, Sarı gəlin musiqisi
onların milli musiqisidir. Müharibə bitdikdən bir neçə gün sonra mən işğaldan azad
edilmiş Laçının Güləbird kəndindəki evlərin birində pianoda milli musiqimiz olan Sarı
Gəlini ifa etdim. İşğaldan azad etdiyimiz torpaqlarımızda Sarı Gəlin musiqisini 30 ildən
sonra ifa edən ilk Azərbaycan gənci olmaq mənimçün çox Qürurverici hiss və
unudulmaz hadisədir. Bu video bir çox sosial şəbəkələrdə, televiziya verlişlərində
göstərildi. Mən əminəm ki, bu biz və bizdən sonraki yeni nəsil gənclər üçündə bir
nümunə oldu ki, heç bir ölkə, heç bir xalq Azərbaycanın bir qarış torpağını, musiqisini,
ümumiyyətlə adət-ənənələrini mənimsəyə bilməz.
Bizim Uğurlarımız əbədi olacaqdır. Çünki bizim dəmir iradəli Cənab Ali Baş
komandanımız var, Bizim dəmir Yumruq ətafında birləşən xalqımız var, bizim istənilən
qüvvələri məhv edəcək güclü ordumuz var. Yaşasın Cənab Ali Baş Komandan! Yaşasın
Qalib Azərbaycan xalqı!


Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi,
“Vətən Müharibəsi” iştirakçısı