M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov
 -  Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Kərim Tahirov: Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyev
10 may 2023-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan xalqa müraciət edib. Müraciətində İlham Əliyev Ulu Öndər Heydər Əliyevin doğma xalqına sədaqətli xidmətindən də söz açmışdır.

1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü.

Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər.

Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.

Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu.
Azərbaycan Prezidenti İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi biz - o dövrü yaşamış insanlar heç vaxt o günləri unutmamalıyıq.

Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Türk Ağsaqqalları İctimai Biriyi İdarə Heyətinin sədri, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun “Azərbaycan-Özbəkistan münsibətlərinin inkişafında Heydər Əliyevin rolu” adlı məqaləsi Özbəkistanın “aniq.uz”“fikr.uz” saytlarında yayımlanıb.

Axar.az xəbər verir ki, özbək və rus dillərində fəaliyyət göstərən iki media orqanında işıq üzü görən məqalədə Özbəkistanın türk dünyasındakı yerindən və Ümummilli Lider Heydər Əliyevin ölkələr arasındakı münasibələrin inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edilib.

Məqalədə eyni zamanda Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi önə çəkilib. Bildirilib ki, Prezidentin uğurlu diplomatik fəaliyyəti nəticəsində Özbəkistanla münasibətlərimiz daha da inkişaf edib.

Yazıda həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın xarici ölkələrlə əlaqələrinin inkişafında oynadığı rol əhəmiyyəti vurğulanır. Mehriban xanım Əliyevanın 2022-ci ilin noyabr ayında Özbəkistana səfər çərçivəsində Səmərqənddə Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyayeva ilə görüşündən və digər addımlarından bəhs edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Bununla bağlı Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər  davam edir.
SDU-nun Xarici dillər kafedrasının müəllimi Ləman Qocayeva tərəfindən Mühəndislik fakültəsinin 652a qrupunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş açıq dərs təşkil olunub.
Dərs Ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət himnimiz səsləndirilib.
İngilis dilində keçirilən dərsdə tələbələr müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.Tələbələr Nicat Bayramzadə" Heydər Əliyev və Azərbaycanın müstəqilliyi", Əli Qurbanov "Heydər Əliyev və Azərbaycan dili", Amin Əliyev isə "Heydər Əliyevin təhsil siyasəti" mövzusunda təqdimatlarla çıxış ediblər. Tələbə Şamil Şanıyev dünyanın müxtəlif şəhərlərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan park və xiyabanlar, ucaldılmış abidələr haqqında təqdimat edib.
Daha sonra müəllim Ləman Qocayeva Ulu Öndər Heydər Əliyevin Azərbaycanda şəhərlərin inkişafındakı rolundan, eləcə də Sumqayıt şəhərinin müasir şəhər kimi formalaşması istiqamətində gördüyü işlərdən danışıb.
Ümumilli Lider  Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Sumqayıt şəhərinə etdiyi səfərləri özündə əks etdirən təqdimat və videorolik nümayiş olunub.
Dərsdə Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, kafedranın müəllimləri iştirak edib. 
Mayın 15-də Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Canlıların müasir bölgüsündə göbələklərin yeri, ekoloji funksiyası və istifadə imkanları” mövzusunda elmi-praktiki seminar keçirildi.
Seminarı giriş sözü ilə SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq iştirakçıları salamladı və seminarın əhəmiyyətindən danışdı. Ölkəmizdə biologiya sahəsində əldə olunan nailiyyətlərdən və bu elmin yeni inkişaf istiqamətlərindən bəhs etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. İstər Sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanda biologiya elminin biokimya, molekulyar biologiya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika kimi müasir sahələrinin fundamental əsası məhz keçən əsrin 70-ci illərində qoyulmuşdur. Prorektor onu da qeyd etdi ki, biologiya elminin formalaşmasında universitetimizin Kimya və biologiya fakültəsinin də böyük əməyi vardır. Çünki burada biologiya sahəsi üzrə təhsil alan tələbələrlə təcrübəli alimlər məşğul olur, mütəmadi olaraq tanınmış alimlər tələbələrimizlə görüşür, elmi fikir mübadiləsi aparılır. Bu gün ölkəmizdə elmi potensialın formalaşdırılması istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu layihələr gerçəkləşir, gənclərin nurlu gələcəyinə yeni üfüqlər açılır.                                                  
Sonra ARETN-nin Mikrobiologiya İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor Pənah Muradov “Canlıların müasir bölgüsündə göbələklərin yeri və ekoloji funksiyası” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, göbələklər müvafiq olaraq, həm bitkilərə, həm də heyvanlara xas olan əlamətlərə malik olsalar da, onlardan kəskin surətdə fərqlənən spesifik xüsusiyyətlərə də malikdirlər. Göbələklərin ekologiyası istiqamətində aparılan tədqiqatlar göbələklərin həm təbii, həm də antopogen təsirə məruz qalan ekosistemlərdə məskunlaşan nümayəndələrinin eko-bioloji   xüsusiyyətlərinin öyrənilməsinə əsaslanır. Son dövrlərdə təbii ekosistemlərdə bioekoloji tarazlıq halının pozulması orada məskunlaşan göbələklərin hərtərəfli öyrənilməsini daha da zəruri edir. Ona görə də bu istiqamətdə aparılan tədqiqatlar son dövrlərin daha çox diqqət mərkəzində olanlardandır.
ARETN-nin Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri professor Könül Baxşəliyeva “Mikotoksinlər: produsentləri, təsir effekti və istifadə imkanları” mövzusunda çıxış etdi. Qeyd etdi ki, mikotoksinlər göbələklər tərəfindən sintez olunan və zərərli təsirlərə malik olan ikincili metabolitlərdir. Mikotoksinlər bir çox əlamətlərinə görə antibiotiklərə bənzəyirlər. Mikotoksinlər yüksək temperatura qarşı dözümlüdürlər.
Sonra Sumqayıt Dövlət Universitetinin Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Nizami Namazov “Mikologiyanın ali məktəblərdə tədrisinin populyarlaşdırılması yolları” haqqında geniş məruzə etdi. Qeyd etdi ki, əgər göbələklər canlılar aləmində mütləq mənada müstəqillik qazanmış canlı varlıqlar hesab olunursa, o zaman onların tədqiqinin və ya tədrisinin bitki və ya heyvanlara məxsus sistemlər aparılması heç bir anlamda doğru olmazdı. Odur ki, göbələklərə həsr olunmuş müxtəlif xarakterli (monoqrafiya, dərslik, metodik vəsait və s.) ədəbiyyatların hazırlanması aktual bir məsələ kimi elmi tədqiqatçıların və pedaqoqların qarşısında duran zəruri bir məsələ hesab edilməlidir.
Digər natiqlər mövzunun aktuallığından geniş bəhs etdilər.