Ölkədə adam tapılmır (?)

2020-ci il Ermənistan üçün fəlakətli il oldu və bu fəlakət, əsasən, özünü ölkənin demoqrafik situasiyasına təsir etdi. Ekspertlər hesab edirlər ki, 2020-ci il olayları multiplikativ effekt daşıyır və həmin effekt uzunmüddətli perspektivdə özünü göstərəcək. Misal üçün, erməni tarixçisi və demokqafiya üzrə ekspert Mikael Malxasyana görə ölkənin demoqrafik göstəriciləri, xüsusilə, son illərdə narahatlıq yaratmağa başladıb.

44 günlük müharibə Ermənistana hansı fəsadları yaşadıb?

Belə ki, situasiya epidemiya fonundakı 44 günlük müharibədə daha da pisləşib. Məhz bu kontekstdə 2020-2021-ci illər ən ağır dövr kimi göstərilir. Malxasyan əmindir ki, bu baxımdan, 44 günlük müharibə özünün ağrılı fəsadlarını bundan sonrakı uzun illərdə göstərməyə davam edəcək. Lakin bu da son deyil...

Mikael Malxasyan: “Müharibədə həlak olanların çoxu reproduktiv yaşlı kişilər olublar. Bu fakt uzunmüddətli perspektivdə qadın və kişi əhalisi arasında disbalans yaradacaq, eyni zamanda, nikah saylarına, habelə doğumlara neqativ təsirlərini göstərəcək”

Erməni eksperti hesab edir ki, ağır demoqrafik vəziyyətə daha bir səbəb boşanma tendensiyasının sürətlə artmasıdır. Məsələ ondadır ki, 2020-2021-ci illərlə müqayisədə 2022-ci ilin boşanmaları 40,14%-ə yüksəlib.

Malxasyan əhalinin yaşlaşması faktorunu da demoqrafik fəsadlara gətirib-çıxardığını bildirib. Belə ki, hələ 2020-ci ilin müharibəsinə qədər əhalinin 20%-ini 0-14 yaşlı, 67,5%-ni 15-64 , 12%-ni 65 yaş və yuxarı vətəndaşlar əhatə edirdi.

Ermənistanın aşağı doğum dövrü

“Müharibədə həlak olanların çoxu reproduktiv yaşlı kişilər olublar. Bu fakt uzunmüddətli perspektivdə qadın və kişi əhalisi arasında disbalans yaradacaq, eyni zamanda nikah saylarına, habelə doğumlara neqativ təsirlərini göstərəcək”, - deyən ekspert əlavə edib ki, 44 günlük müharibədə 2000-2002-ci ildə anadan olan oğlan uşaqları həlak olublar. Bu dövr isə Ermənistanda aşağı doğum dövrü kimi qeyd edilib. O əmindir ki, baş verən hadisələr səbəbindən yaranmış demoqrafik quyu gələcəkdə ciddi problemlərə gətirib-çıxaracaq. O cümlədən, ölkədə hazırda da müxtəlif sahələr üzrə insanlar çatışmır. 2023-cü ilin ilk rübündə isə Ermənistanı minlərlə insanlar tərk edib.

“Türkiyə-Azərbaycan münasibətləri qısa zaman üçün hesablanmadığına görə gələcək perspektivi də yaxşıdır. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında çox yüksək dostluq əlaqələri var, ölkələrarası münasibətlər olduqca yaxşıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.


Onun sözlərinə görə, imzalanmış Şuşa bəyannaməsi də münasibətlərin daha da inkişaf edəcəyini göstərir: “İyun ayının 13-də isə Ərdoğanın Azərbaycana rəsmi səfəri gözlənilir. Yeni komandanın da Ərdoğanın rəhbərliyi ilə Azərbaycana münasibəti yüksək səviyyədədir. Bu baxımdan da Ərdoğan-Əliyev cütlüyü türk dünyasının yenə də liderləri olaraq qalacaqlar. Bu münasibətlərin fonunda demək olar ki, istənilən sahə üzrə Azərbaycan və Türkiyə arasında ayrılıq olmayacaq”.

“Gəmilərimizin fəaliyyətinin müvəqqəti dayandırılması Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi ilə əlaqədardır. Gəmilərimiz saz vəziyyətdədir”. Bu sözləri SİA-ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva deyib.

Onun sözlərinə görə, gəmilər texniki baxışdan keçib: “Heç bir problem yoxdur. Amma dəniz suyunun səviyyəsinin aşağı düşməsi səbəbindən ilk növbədə sərnişinlərin və gəmilərin hər hansı bir təhlükə ilə üzləşə biləcəyi ehtimalını nəzərə alıb qurumumuz belə bir addım atıb. Adiyyatı qurumlarla müzakirələrdən sonra gəminin yeni marşurut xətti müəyyənləşə bilər. Gəmilər əlbəttə bulvarın əsas simvollarından biridir. Biz də onun yenidən fəaliyyət göstərməsini istəyirik”.


“Hazırda ekoloji tarazlığın, təbiətin qorunması, atmosferin çirklənməsinin qarşısının alınması, su və torpağın müxtəlif radioaktiv qüvvələrlə çirklənməsinə mane olmaq dünyanın bir nömrəli problemlərindəndir. İllər keçdikcə də bu istiqamətdə müxtəlif proqramlar qəbul olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, ekologiyanın qorunması ilə bağlı beynəlxalq çağırışlar da hər zaman gündəmdə olur: “Hazırda təbiəti çirkləndirən böyük zavodların tikintisinə beynəlxalq səviyyədə məhdudiyyətlər qoyulur. Belə bir zamanda Ermənistanın Naxçıvanla həmsərhəd olan Arazdəyən kəndində 180 min tonluq metallurgiya zavodu layihəsinin hazırlanması birbaşa ekologiyaya qəsddir. Bu mənada hesab edirəm ki, Azərbaycan QHT-ləri haqlı olaraq həyəcan təbili çalırlar. Bu prosesi dayandırmaq üçün dünyada müvafiq ekologiyanın qorunması ilə əlaqədar bütün qurumlar əlaqələndirilməlidir. Məhz bu zavodun təhlükəsizliyi sübut olunduqdan sonra onlar öz işlərini davam etdirə bilərlər. Hazırda isə mövzu ilə bağlı beynəlxalq təşkilatların rəyi yoxdur.

Digər tərəfdən Ermənistan öz mövcudluğu dövründə hər zaman ekoloji təhlükə yayan dövlət kimi tanınıb. Ermənistanın bu addımlarından əl çəkməsi üçün müvafiq işlər görülməlidir. Bu baxımdan QHT-lər bu istiqamətdəki fəaliyyətlərini davam etdirməlidirlər”.

Dəniz çirklənməsi insan tərəfindən dəniz ekosisteminə zərər vuran, insan sağlamlığına təhlükə yaradan, balıq ovu ilə bağlı fəaliyyətin qarşısını alan, dənizdən istifadənin keyfiyyətinə təsir edən və onun təsirini azaldan maddələrin və ya enerjinin birbaşa, yaxud dolayı yolla dəniz mühitinə buraxılması kimi müəyyən edilir. Müxtəlif yollarla baş verən dənizlərin çirklənməsi təbii ehtiyatların davamlılığı və insanların gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də dənizin çirklənməsi və sahillərlə bağlı problemlər xüsusi əhəmiyyət kəsb edir. Dünyada sənaye, dəniz nəqliyyatı, urbanizasiya, turizm və tullantıların atılması ilə yanaşı, dəniz qəzaları səbəbindən dənizlər hər keçən gün daha da çirklənməyə başlayıb.

Bildiyimiz kimi, ölkəmizdə də çimərlik mövsümünə çox az bir zaman qalıb. Bəs, çimərliklərin çirklənməsinin qarşısını necə almaq lazımdır?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Neft törəmələrinin sənaye üsulu ilə geniş şəkildə istehsalı və istifadəsi nəticəsində tullantılar, dəniz nəqliyyatı və qəzalar dənizlərin çirklənməsində mühüm rol oynayır.

Dənizin çirklənməsi dedikdə, insanlar tərəfindən birbaşa və ya dolayı yolla dəniz mühitinə buraxılan maddələr (tullantılar da daxil olmaqla) və enerji nəzərdə tutulur. Dənizdə bioloji həyatın səmərəliliyi və davamlılığı suyun tərkibindəki oksigen və istiliyin miqdarından, həmçinin suyun temperaturundan asılıdır.

Günəş işığının dənizə daxil olması üçün nə qədər az maneə varsa, günəş işığı bir o qədər dərinə nüfuz edə bilər. Başqa sözlə, dəniz səthi nə qədər təmiz olarsa, günəş işığı bir o qədər dərinə çata bilər.

Dəniz suyunun temperaturu da eko-balans baxımından çox mühüm faktordur. Dəniz suyu istiliyini həm günəş işığından, həm də atmosferdən alır. Atmosferlə təmasda olan dəniz səthi atmosferin istiliyini udur. Bu istilik mübadiləsinin miqdarı dəniz səthinin ilk millimetrlərinin təmizliyindən asılıdır. Dənizlərdə çirklənmə ən çox dəniz səthində olur. Yuxarıda izah edilən səbəblərdən bu bölgədə həddindən artıq çirklənmə dənizlərin soyutma qabiliyyətini zəiflədir, hava və günəşlə təmasda olmayan dənizdə eko-tarazlıq pozulur. Beləliklə, dənizlərin gələcək potensialı itirilir. Bunların nəticəsi olaraq da canlı qaynaqları zədələnir, insan sağlamlığı təhdid edilir, balıqçılıq kimi dəniz fəaliyyətləri təsirlənir, istifadə edilən dəniz suyunun keyfiyyəti pisləşir və dəniz növləri azalır.

Dənizlərdə çirklənmə səbəbləri:

1-Dəniz sahillərində salınmış yaşayış məntəqələri və sənaye obyektləri,
2- Hava yolu nəqliyyat vasitələrindən,
3- Dənizlərdə qurulan platforma və boru kəmərlərindən,
4-Gəmi və dəniz vasitələrindən.

Dünya ölkələrində çimərliklərin vəziyyəti hansı durumdadır?

Yeddi ölkədə aparılan araşdırmaya görə, Qərbi Avropalılar dəniz plastik tullantılarını ən böyük ekoloji problem olaraq görürlər. Tədqiqat “YouGov” ictimai rəyi araşdırma şirkətinin Almaniya bölməsi və okeanlarda həyatı dəstəkləyən “Orange Ocean” təşkilatı tərəfindən aparılıb.

 

Braziliya və Misirdə içməli suyun çirklənməsi, Çində isə havanın çirklənməsi ən mühüm ekoloji problemdir. Sorğuda iştirak edən almanların yüzdə 49-u, ingilislərin isə yüzdə 55-i okeanların və dənizlərin çirklənməsini ən mühüm ekoloji problem olaraq gördüklərini bildiriblər.

Avstraliyalıların yüzdə 40-ı dənizlərin çirklənməsindən şikayət edərkən, yüzdə 43-ü qlobal istiləşməni daha böyük təhlükə olaraq gördüklərini bildirib.

Tədqiqatda iştirak edən amerikalılar isə okeanlar və dünya dənizlərindəki plastik tullantıları üçüncü ən böyük ekoloji problem olaraq görürlər. Amerikalıların 45 faizi qlobal istiləşməni, 38 faizi içməli suyun çirklənməsini, 34 faizi isə okeanları çirkləndirən plastikləri təhlükə adlandırıb.

Çinlilərin 59 faizinin fikrincə, ən mühüm ekoloji problem havanın çirklənməsidir. Okeanlarda və dənizlərdə plastik tullantılar çinlilər üçün böyük problem deyil.

Misir əhalisinin yalnız 7 faizi bu məsələdən narahat olduğunu bildirib. Misirlilərin 72 faizi içməli sularının artan çirklənməsindən narahat olduqlarını bildiriblər.

Braziliyalıların fikrincə, ekoloji problemlər arasında dənizlərin çirklənməsi altıncı yerdədir. Onların 57 faizi içməli suyun çirklənməsini, 47 faizi dünyanın istiləşməsini, 41 faizi isə ətraf mühitin çirklənməsini ən mühüm ekoloji problem hesab edir.

Bakı Şəhər Xidmət Ticarət və Xidmət Departamentindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Abşeron yarımadasında mövcud olan çimərliklər sayı çoxdur: "İstər özəl, istərsə də dövlət çimərliklərində yay mövsümünə hazırlıq işləri gedir. Bu çimərliklər təmir olunur, əlavə təmiz qum səpilir, ətraf ərazilər təmizlənir, mövcud olan istirahət guşələri rənglənib, təzələnib, duş kabinaları təmir olunub.

Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq İctimai Birliyinin yaratdığı çimərliklər digər çimərliklərdən xidmətin pulsuz olmasıyla fərqlənir. Vətəndaşlar bu çimərliklərdə heç bir dəyər ödəmədən istirahət edə bilirlər və onların istirahəti üçün "İDEA" ictimai birliyinin rəhbərliyi tərəfindən tam şərait yaradılıb. Artıq 5 ildır ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla xanım Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb. Burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb. Artıq bir neçə aydır yenidənqurma və təmizlik işləri aparılır. Bununla yanaşı sözügedən çimərliklərə təzə zibilqabları, söhbətgahlar, voleybol torları, futbol qapıları qoyulub. Həmçinin avtomobillərin park etməsi üçün böyük sahələr yaradılıb.

Çimərlik mövsümü elan edildikdən sonra tullantıların çimərliklərdən daşınması xüsusi qrafiklə həyata keçiriləcək. Bununla yanaşı işçi personalı tərəfindən çimərliklər ciddi nəzarətə alınacaq və çimərliklərə yeni avtobus xətləri açılacaq".

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov: "Məlumdur ki, Xəzər dənizində çirklənmə var. Yəni, bu hamı tərəfindən qəbul olunmuş bir faktdır. Bu çirklənmə bütün mənbələrdən gəlir. Beş ölkənin çirkləndirici maddələri Xəzər dənizinə axır və biz Abşeron yarımadasında çalışırıq. Yəni Abşeron yarımadasında Hövsan aviasiya stansiyası var. Bakı şəhərindəki tullantı sularının böyük bir hissəsi orada təmizlənərək Xəzərə atılır. Amma elə ərazilər var ki, orada bu təmizlənmə getmir. Məsələn, Novxanı, Pirşağı, Bilgəh istiqamətində bir çox obyektlər var ki, onların suyu birbaşa Xəzər dənizinə axıdılır. Əlbəttə ki, bu ərazilərdə üzmək kimi fəaliyyətlər qətiyyən ola bilməz. Ən yaxşı yol isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasını gözləməkdir. Onlar dəqiq olaraq deyirlər ki harada çimmək olar, yaxud olmaz. Buna əməl etmək lazımdır.

Qeyri-rəsmi məlumatlara görə, hər il 300 min tona yaxın bərk tullantılar Xəzər dənizinə atılır. Vətəndaşlardan xüsusi olaraq xahiş etmək lazımdır ki, çimərliyə gedəndə təmizliyi qorusunlar və özləri ilə hər hansı bir iz qoymasınlar. Yəni, onlar gələndə çimərlik hansı vəziyyətdə idisə, gedəndə də həmin vəziyyətdə olmalıdır. Qətiyyən plastik torbaları, plastik butulkaları, plastik qabları, ümumiyyətlə, atmaq olmaz və mümkün qədər çalışmaq lazımdır ki, az zibil yaradılsın.

Çimərliyə gedəndə elə yemək və qab aparın ki, orada tullantı yaranmasın. Bu, çox yaxşı olardı. Suyu termosda aparsanız yaxşı olar, nəinki plastik butulkada. Əlbəttə, siz plastik butulkanı zibil qabına atacaqsınız, amma yenə də əlavə yük yaranacaq. Çalışın sizdən sonra heç bir yük yaranmasın. İnkişaf etmiş ölkələrdə, ümumiyyətlə, turistlər belə ərazilərə gedəndə, hətta orada zibil qabı olsa belə, onu ora atmırlar. Özləri ilə plastik qablardı, torbalardı nəsə yaranıbsa, onu yenidən evlərinə gətirirlər.

PREZİDENT İLHAM ƏLİYEV: "Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qalxıb"

RƏCƏB TAYYİB ƏRDOĞAN: "Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz münasibətlərimiz regionumuzda sülh və sabitliyin ən böyük təminatı olacaq"

Bu gün Türk xalqı böyük sevinclə verdikləri müdrik qərarlarından məmnun qaldıqlarını və Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçməklə güclü və qüdrətli Türkiyənin tərəfində olduqlarını bəyan etdilər. Bu, təkcə türk xalqının deyil, həm də bütün azərbaycanlıların seçimi idi. Bu «2023-cü il Heydər Əliyev İli»ndə ən mühüm yarışması olan seçkilərdə sadəcə Ədalət və İnkişaf Partiyasının - Türkiyənin qələbəsi deyildi, bütövlükdə Qarabağ Zəfəri yenidən taclandı, şəhidlərimizin ruhu şad oldu, o torpaqlara sanki yeni nəfəs verildi və Zəngəzur dəhlizinin reallaşmasına əngəl olan qüvvələrin arzuları gözlərində qaldı və Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçildi. Bu qələbə Türk qardaşlarımız qədər bizi də sevindirdi. Bu başqa cür də ola bilməz. Çünki bu qələbə qədim tarixlərin sınağından çıxmış Azərbaycan-Türkiyə – "bir millət, iki dövlət" həmrəyliyinin nəticəsi idi. Bu birliyin nəticəsini biz 2020- ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinin ilk günündən Qələbə Zəfrinə kimi və Zəfərdən bir il sonra Türkiyə daim bizimlə bir olub, sevincimizə, kədəritmizə şərik olub. Və bu dostluğunun, qardaşlığının birliyini Qalib Azərbaycanın Zəfər Paradında və tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda – Azərbaycanın mədəniyyət paytaxtı qarşılaması, ölkələr arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması "bir millət, iki dövlət"in əbədi dotluğunun təcəssümüdür.

ŞUŞA BƏYANNAMƏSİ BÜTÜN DÜNYANIN BARIŞMALI OLDUĞU TARİXİ GERÇƏKLİKDİR

15 iyin 2021-ci il Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən Azərbaycan və Türkiyə liderləri arasında müttəfiqlik münasibətləri haqqında tarixi hadisə olan Şuşa Bəyannamənin imzalanmasından iki il ötür. Bəli, Müttəfiqlik haqqında Bəyannamə təqdimatı hər şeyi deyir. Belə ki, məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixi və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümündə imzalanan Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu Bəyannamədir.

Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycan Prezidenti İlham Əliyev hər kəsin yadına Qars müqaviləsini salaraq bildirmişdir: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".

Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün də Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.

PREZİDENT İLHAM ƏLİYEV VƏ PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN TƏRƏFİNDƏN İMZALANMIŞ ŞUŞA BƏYANNAMƏSİ BÜTÜN DÜNYANIN BARIŞMALI OLDUĞU TARİXİ GERÇƏKLİKDİR

Bəli, bu gün dövlət başçımızın söylədiyi kimi: "Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir". Xüsusilə də, Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyinin göstəricisidir. Bu qardaşlıq və dostluq münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanan qardaşlıq birliyidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik məktubunda bir daha Şuşa Bəyannaməsinin iki qardaş ölkələrin arasında bu birliyin daha da möhkəm olacağının söyləyib: "Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük".

Məktubda o da vurğulanır ki, "Bir millət, iki dövlət" şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.

Türkiyədə baş verən zəlzələlərdən sonra “kədəriniz kədərimizdir” anlayışı ilə qardaş Azərbaycanın uzatdığı yardım əli və nümayiş etdirdiyi güclü dəstəyə görə bir daha təşəkkürünü bildirən Prezident Ərdoğan vurğulayıb ki, Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq.

Tarixi ədalətin bərpası, Şuşa Bəyannaməsi və yenidən qurulan Qarabağ dünyanın ən gözəl yerlərinə çevriləcək.

Prezident İlham Əliyev ötən il oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib: “Sizin səfərinizin çox böyük önəmi var. Siz ikinci dəfədir ki, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Dörd ay bundan əvvəl sizinlə bərabər Şuşa şəhərində olmuşuq. Bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”.

Bəli, hər iki ölkə liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.

Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın birgə maraqlarının qorunması üçün hər iki ölkənin bütün imkanlarından istifadə etməyə imkan verən rəsmi sənəddir. İstər Türkiyəyə qarşı, istərsə də Azərbaycana qarşı üçüncü ölkə və yaxud ölkələr tərəfindən təhdidlər və yaxud birbaşa hücum olarsa iki ölkənin bütün imkanları səfərbər ediləcək və işğalçıya qarşı birgə mübarizə aparacaqlar.

TÜRKİYƏ XALQINA, HƏM DƏ BÜTÜN DÜNYAYA BİR MESAJ: “BİZ BİR YERDƏYİK. BİZİM BİRLİYİMİZ SARSILMAZDIR VƏ ƏBƏDİDİR”

Bəli, bu gün Türkiyə və Azərbaycan liderlərinin görüşləri iki dövlətin sarsılmaz birliyinin əyani təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxışı zamanı bildirmişdir ki, bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan birliyi, qardaşlığı önəmli faktora çevrilib: “Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir".

Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!

Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir: "Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm”.

TÜRKİYƏ PREZİDENTİ: “ŞUŞA BƏYANNAMƏSİ İLƏ ƏLAQƏLƏRİMİZDƏ YENİ BİR DÖNƏM BAŞLATDIQ”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı əlaqələrdə yeni dönəmin başlandığını söyləmişdi: "Qarabağa yenidən həyat verməklə yanaşı, azərbaycanlı qardaşlarımızın bir daha bu cür fəlakətlər yaşamaması üçün bir millət, iki dövlət ruhuna uyğun şəkildə tədbirlərimizi alırıq. Qardaşım Əliyevlə birlikdə imzaladığımız və dünyaya elan etdiyimiz Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq. Bu bəyannamə çərçivəsində bir çox anlaşmanı çox yaxın zamanda Türkiyə və Azərbaycan olaraq imza altına alacaq, beləcə qardaşlığımızın hüquqi təməlini daha da gücləndirəcəyik. Şuşa Baş Konsulluğumuzun ən qısa müddətdə açılmasından Zəngəzur dəhlizinin bir an öncə işləməsinə qədər gündəmimizdəki hər bir başlığı qərarlılıqla və sürətlə həyata keçirəcəyik. Önümüzdəki aylarda ölkəmizdə gerçəkləşdirəcəyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında bu xüsuslarla əlaqəli konkret addımların çoxunu atmağı planlaşdırırıq".

Bir sözlə, Şuşa Bəyannaməsinin imzalanması ilə iki ölkə arasındakı əlaqələri tarixi maksimuma çatdıraraq bütün dünyaya iki ölkənin qardaşlığı ilə bağlı mesaj verilməsi baxımından da əlamətdar oldu: Belə ki, Türkiyə 44 günlük müharibə dövründə olduğu kimi sonrasında da, yəni Qarabağın dirçəldilməsi, bölgədə bütün kommunikasiyaların açılması və s. məsələlərdə də Azərbaycanı birmənalı olaraq dəstəkləyir və bundan sonra da qeyd-şərtsiz dəstəkləməyə davam edəcək. Artıq reallıqla barışmaq və gələcəyə baxmaq lazımdır. Və Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi də tarixə düşəcək. Ən əsası, bu Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda Şuşa Bəyannaməsinin imzalanması düşmənlərimizə göz dağı verməklə yanaşı həm də Azərbaycanın gücünün, qüdrətinin nə qədər böyük olduğunu bir daha göstərdi.

Bir sözlə, Şuşa Bəyannaməsi - "Bir millət, iki dövlət"in müttəfiqliyini, qardaşlığını ən üst səviyyəyə qaldıran iki imzanın lider müəlliflərinin birliyidir.

Dövlət başçımızın dediyi kimi: "Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır".

"Bildiyimiz kimi, Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Vaxtilə Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz xətti üzrə Araz çayı boyunca dəmir yolu işlək olub. Ərazidə zavodun tikintisinə 70 milyon dollar Amerika sərmayəsinin qoyuluşu nəzərdə tutulur. Məhz bu bölgədə ağır sənaye zavodunun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Ekoloji xətt əsas götürülməklə, bu ərazilər məhv olacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, xüsusilə nəzərə alsaq ki, Naxçıvan və Türkiyənin Ermənistanla sərhəd olan ərazisində ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal olunur və bu ərazilərdə kənd təəsrrüfatı yüksək səviyyədə inkişaf edib, metallurgiya zavodunun tikintisi ilə bu ərazilərdə həm ekosistem məhv olacaq, eyni zamanda əhalinin məşğulluq problemi daha da gərginləşək, burada kənd təəsrrüfatını inkişaf etdirmək hansısa müsbət nəticə verməyək: "Bu baxımdan həm Azərbaycanın, həm də Türkiyənin QHT-ləri və ictimai fəalları bu problemin həlli ilə bağlı məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdır. Bacardığımız qədər çalışmalıyıq ki, burada belə bir metallurgiya zavodu tikiləcəyi təqdirdə ən müasir avadanlıqlar tətbiq edilsin, zəhərli maddə və tullantıların təbiətə axıdılması, yaxud havaya tüstü buraxılması zamanı xüsusi müasir filterlər mütləq quraşdırılsın. Əks təqdirdə belə bir metallurgiya zavodunun tikintisinə qətiyyən icazə vermək olmaz. Ümumiyyətlə, belə bir zavodun tikintisi bu ərazinin ekosisteminin məhvinə gətirib çıxara bilər".

Deputat sözlərinə belə davam edib: "Bilirsiniz ki, Ermənistan tərəfi ekologiyanın qorunmasına heç də diqqət ayırmır. Onlar xüsusilə Qafan ərazisində faydalı qazıntıların istehsalı ilə əlaqədar Oxçuçay və Araz çayına tullantılar axıdırdılar. Bunun nəticəsində həmin ərazidə ekoloji böhran yarandı.

Daha sonra Atom elektrik stansiyası da təhlükə ilə üzləşib. Onun da fəaliyyətinin dayandırılmasını Ermənistan tərəfi həyata keçirmir. Buna paralel olaraq Naxçıvan və Türkiyə sərhədinə yaxın ərazidə belə iri metallurgiya zavodunun tikintisi də növbəti ekoloji problemlə qarşılaşmağa xidmət edəcək. Bu baxımdan bu zavodun tikintisinə qətiyyən icazə vermək olmaz. Çalışmaq lazımdır ki, ABŞ-ın bu layihəyə sərmayə qoyacaq tərəflərini inandıraq ki, belə bir metallurgiya zavodunun burada tikintisinə ehtiyac yoxdur. Yaxud bu başqa bir ərazidə tikilsin".


“Prezident İlham Əliyevin imzaladığı sərəncama görə, təsdiq edilən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, proqramda Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması bağlı tədbirlər prioritet istiqamətlər müəyyən edilib: “Tədbirlər planına əsasən, Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması sahəsində tədbirlər həyata keçiriləcəkdir. Burada azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməyə kömək edəcək. Bununla da Naxçıvan Muxtar Respublikasının investisiya cəlbediciliyi artacaq və iqtisadiyyatın inkişafında önəmli rol oynayacaq. Naxçıvan əlverişli coğrafi mövqeyə malikdir. Bölgənin tranzit imkanları xarici bazarlara çıxış üçün yaxşı fürsət yaradır.

Türkiyədən Naxçıvana qaz çəkilməsi məsələsinə də toxunulub. Hazırda Naxçıvana qaz İrandan verilir, Azərbaycan bu yanacağı İrana Astara vasitəsilə nəql etməklə barter edir. Yəni, İranda Naxçıvana qaz bu tarnzit əlaqələndirməsi vasitəsilə aparılır. Qarşıdakı planda isə Naxçıvana Türkiyədən çəkilən qaz kəməri vasitəsilə yanacağın verilməsi gündəmdir. Plana uyğun olaraq, Türkiyə ilə quru sərhədin mövcudluğu, həmçinin Azərbaycan–Türkiyə–Avropa elektrik dəhlizi layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi genişləndirəcəkdir”.