“İlin 6 ayının sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə ölkə Prezidentinin toxunduğu məsələlərdən biri də ordunun gücləndirilməsinin vacibliyi oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, cənab Prezident vurğuladı ki, beynəlxalq hüquq normaları işləmir, güc amili yenə həlledicidir: “Digər müasir reallıqlar ordunun davamlı olaraq gücləndirilməsini zəruri edir. Ölkə Prezidenti xüsusi olaraq Azərbaycan ordusunun öncəki illərdən qat-qat güclü olduğunu vurğuladı. Vətən müharibəsində Azərbaycan ordusu nəyə qadir olduğunu nümayiş etdirdi. Lakin indi ordumuz Vətən müharibəsində qələbə qazanmış orududan daha güclüdür. Ötən illər ərzində ordunun strukturunda, həm də maddi-texniki təchizatında böyük irəliləyişlər olub. Bu istiqamətdə təsirli addımlar atılıb.

Azərbaycan ordusu bu gün dünyanın ən güclü ordularl sırasında yer alır. Qlobal reytinq cədvəllərində Azərbaycan ordusu gücünə görə 57-ci yerdə qərar tutub. Bu post Sovet ölkələri arasında ikinci yer deməkdir”.


                     
Vaqif Şadlinski,
 
Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor,
 ATU-nun İnsan anatomiyası kafedrasının müdiri
 

Dünya tarixində “erməni məkri” adlı anlayışın daşıyıcıları olan, xüsusi hiyləgərliyi, qəddarlığı, saxta təxəyyülləri ilə tanınan qəddar qonşumuz zaman-zaman ərazi iddiaları ilə yanaşı, xalqımızın keçmişini özündə yaşadan yüzlərlə tarixi yer adlarının, abidələrin, mədəni-məişət nümunələrinin adlarının dəyişdirilərək erməniləşdirilməsinə saysız-hesabsız cəhdlər etmiş və bu gün də azğın siyasətini davam etdirməkdədir.
  Erməni xislətinin sərhədləri bununla bitmir, onlar vaxtilə digər ölkələrdə yaşamış və fəaliyyət göstərmiş bir sıra tarixi şəxsiyyətləri, elm, incəsənət xadimlərini də özünküləşdirməyə, erməniləşdirməyə cəhdlər etmişlər. Belə nümunələrdən biri də məşhur rəssam Ayvazovski ilə bağlıdır.

Bəs, əslində Ayvazovski kimdir?
   İvan Konstantinoviç Ayvazovski 1817-ci il  iyul ayının 17-də Krımın cənub sahilində yerləşən Feodosiya şəhərində anadan olmuşdur. Ayvazovskinin sələfləri Türk təbəələri, Quran ardıcılları olmuşlar. Rəssamın mərhum atası Ayvazovskiyə danışmışdı ki, Azovun alınması zamanı (1696-cı il iyulun 18-də) onun əmisi az qala müharibənin qurbanına çevriləcəkdi, lakin əsgərlərdən biri tərəfindən qaçılmaz ölümdən xilas olunmuşdu. Eyni bir məsələni İvan Konstantinoviçə qrafinya Antonina Dmitriyevna Bludova da təsdiqləmişdi. Qrafinya qədim bir kitabda Ayvazovskilər ailəsinin tarixçəsində belə bir epizod olduğuna dair məlumat vermişdi. Ayvazovskinin türk mənşəli olduğu barədə danışarkən qrafinya qeyd etmişdi ki, “Müsəlman şərqi  Rusiyaya olan bütün nifrətinə baxmayaraq, bu ölkəyə iki şairi - Jukovskini, Puşkini və bir rəssamı - Ayvazovskini vermişdir. Beləliklə, Ayvazovskinin damarlarında türk qanı axırdı. Halbuki bizdə onu xalis erməni hesab etmək qəbul olunmuşdur”.
   Öz mənşəyi barədə İ.K.Ayvazovski aşağıdakı maraqlı təfərrüatları xatırlayırdı: “Mən Feodosiyada 1817-ci ildə anadan olmuşam. Lakin mənim əcdadlarımın, atamın vətəni uzaqda idi, Rusiyada deyildi. Kim fikirləşə bilərdi ki, müharibə - bu hər şeyi məhv edən bəla, mənim həyatımın qorunmasına və dünya işığını görməyimin və doğulmağımın məhz Rusiyada və çox sevdiyim Qara dənizin sahilində olmağına xidmət edəcəkdi. Əslində isə hər şey belə olmuşdu. 1770-ci ildə Rumyantsevin başçılığı altında rus ordusu Benderi mühasirəyə aldı. Qala alındı, kəskin müqavimət və yoldaşlarının ölümündən qəzəblənmiş rus əsgərləri şəhərə səpələnərək, yalnız qisas yanğısına qulaq asıb insanların nə cinsinə, nə də yaşına görə aman vermədilər”.
 


 

PREZİDENT İLHAM ƏLİYEV: "Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur"

15 iyul 2016-cı ildə qardaş Türkiyədə FETO-çu terror təşkilatının dövlət çevrilişinə cəhdinin qarşısının alınmasından 7 il ötür. Yeddi il əvvəl qardaş Türkiyə xalqı Vətəninin müstəqilliyini, suverenliyini müdafiə edərək, dövlətçiliyə və demokratiyaya sahib çıxaraq əsl şücaət və qəhrəmanlıq nümunəsi göstərmiş, dünyaya bir daha qüdrətini və əzəmətini sübut etmişdi.

Prezident İlham Əliyvin Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdinin altıncı ildönümü ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda deyilir: "Bu il Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdinin altıncı ildönümü qeyd olunur. Biz dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Altı il əvvəl qardaş Türkiyə xalqı Vətəninin müstəqilliyini, suverenliyini müdafiə edərək, dövlətçiliyə və demokratiyaya sahib çıxaraq əsl şücaət və qəhrəmanlıq nümunəsi göstərmiş, dünyaya bir daha qüdrətini və əzəmətini sübut etmişdi. 15 İyul hadisələri ilə əlaqədar təsis edilmiş “Demokratiya və Milli Birlik Günü” qəhrəman xalqınızın Vətəninə və dövlətinə bağlılığının, dövlətçiliyə və demokratik ənənələrinə sadiqliyinin təcəssümüdür.

Qeyd olunur ki, Azərbaycan xalqı dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Məktubda, daha sonra deyilir: “Qardaş xalqınızın əsl lideri kimi Sizin şəxsinizə olan sonsuz inam və etimadı, Sizin ətrafınızda sıx birləşməsi Türkiyə dövlətinə qarşı yönəlmiş xəyanətin qarşısını almaqda, ölkənizin bu çətin sınaqdan başıuca çıxmasında həlledici rol oynadı. Milli birliyin və həmrəyliyin, sarsılmaz iradənin və güclü liderliyin təntənəsi olan bu möhtəşəm zəfər Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunmuşdur.

Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınamışdır. “Bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını sübut edirlər. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əminəm ki, bir ay əvvəl imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bundan sonra da inamla addımlamağa davam edəcəyik. Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Bəli, bu gün “Bir millət, iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını sübut edirlər.
Çünki bu gün qırılmaz tellərlə bir-birinə bağlı olan və…

SINAQLARDAN ÇIXMIŞ, DOSTLUQ VƏ QARDAŞLIQ ÜZƏRİNDƏ QURULMUŞ AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİNİN BU GÜN DÜNYADA BƏNZƏRİ YOXDUR

Tarixin sınaqlarından şərəflə çıxan Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz bütün məsələlərdə bir yerdəyik. Bu gün də bir yerdəyik! Çətin dar gündə, xoş gündə «Bir millət, iki dövlət» olaraq sınaqlardan çıxmış qardaşlıq və həmrəyliyimiz hər an göstəririk. Elə fevralın 6-da son 100 ilin fəlakəti ilə üz-üzə dayanan qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını bildirdi. Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da sosial mediada paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva “Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”, – deyə qardaş Türkiyəyə dəstəyini ifadə etdi.

 

BƏLİ, YENƏ DƏ TƏBİİ OLARAQ, TÜRKİYƏ DAR GÜNÜNDƏ YANINDA YENƏ DƏ İLK OLARAQ QARDAŞINI GÖRDÜ

Qırx dörd günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun – Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada Şuşa Bəyannaməsinin imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi.Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan – “Bir millət, iki dövlət” birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: “Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq”.
Budur, çətin günün sınağından çıxmaq. Budur – bir millət, iki dövlət münasibəti. Və dünya tarixində bəlkə də ilk dəfə bir xalq bütün dini, siyasi mənsubiyyətindən asılı olmayaraq çevrilişə cəhdi birlikdə dəf etdi.

RƏCƏB TAYYİB ƏRDOĞAN: "2023-cü il Türkiyə üçün yeni zəfər ili olacaq"

Bəli, ötən 7 il ərzində Türkiyədə Prezident Rəcəb Tayyip Ərdoğanın gördüyü tədbirlər artıq öz bəhrəsini verir. Bu gün Türkiyədə sözün həqiqi mənasında dövlətçilik möhkəmlənir, daxildə milli barış, milli həmrəylik getdikcə güclənir və bu milli barış, milli həmrəylik üzərində qurulmuş Türkiyə hökuməti həm Türkiyənin özündə, həm bizim bölgəmizdə, həm də dünyada ciddi güc faktoruna çevrilir. Və bu il Türkiyədə keçirilən prezident seçkilərində türk xalqı ilə yanaşı Azərbaycan xalqı da birlik nümayiş etdirdi. Türk xalqı öz Prezidentinin ətrafında sıx birləşərək bu qüvvələrin öz niyyətlərinə çatmasına imkan vermədi. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanını dediyi kimi, 2023-cü il Türkiyə üçün yeni zəfər ili oldu.

Və bu gün Türkiyə xalqı ilə Azərbaycan xalqı 15 iyul Türkiyənin yeni Zəfər tarixi ni qeyd edir. Bu Azərbaycan-Türkiy xalqlarının birliyi, həmrəyliyi və qardaşlığının daimi, əbədi olduğunun, dünyada bənzəri olmayan qardaşlığının digər türk-müsəlman xalqları üçün bir nümunədir.