![]() |
![]() |
Uzun illər peşəkar jurnalist kimi fəaliyyət göstərən Etibar
Babayev, Telli Pənahqızı, Natavan Arifqızı, Alidə Mustafayeva, Afət Rahilqızı, Fuad Mədətov, Lamiyə Balacayeva, Elton Hacıyev, Tünzalə İsmayılova, Aytən Əliyeva, Aytəkin Mərdanova, Nübar Ələkbərov, Anar Orucov , Famil Micidli , Qurban Vidadiığlu , Fidan Orucəliyeva,və başqalarına diplom və hədiyyələr təqdim olundu.
Tətbirin sponsorluq edən Harika un məmulatı və Harika qazlı ickilərindən jurnalistlərə xüsusi hədiyyələr təqdim olundu. Tədbirin təşkilatı dəstəkcisi Altun saray və İydə parfum , aparıcılarıı i Sədaqət Rəşidqızı və Zabir Əliyev idi.
Müxalifətçi Tofiq Yaqublu ermənilərə status verilməsi barədə çıxışlar edib. O bildirib ki, Azərbaycan sülhün imzalanması ilə bağlı Ermənistana təzyiq edir. SİA bu barədə QHT rəsmiləri arasında sorğu keçirib.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli: “Azərbaycan vətəndaşının ermənilərə status verilməsini istəməsinə qarşı münasibətim mənfidir. Bu, bağışlanmaz haldır. Elə məsələlər var ki, onlarda dövlət maraqlarından çıxış etmək lazımdır. Həmin məsələlərdə müxalifət mövzusu olmamalıdır. Buna aid dövlət və ümumxalq mövzusu var. Vətən və müharibə məsələlərində, ölkənin milli maraqlarında qrup, partiya və ya siyasi dərnək mənafeyindən çıxış edilməsi yolverilməzdir. Bu kimi hallar təəssüf hissi doğurur. Həmin şəxslərin mövqeyi bəllidir. Azərbaycan xalqı ümumilikdə birmənalı olaraq dövlət siyasətini dəstəkləyir”.
Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə: “Mən ümumiyyətlə, ermənilərə heç bir status verilməməsinin tərəfdarıyam. Prezident İlham Əliyevin 44 günlük müharibə ərəfəsində səsləndirdiyi çox gözəl bir fikri var. O, bildirdi ki, Fransa və yaxud başqa dövlətlər əgər ermənilərə status vermək istəyirsə, öz ərazilərinə aparsınlar və istədikləri statusu versinlər. Azərbaycan ərazisi bölünməzdir. Bütün millətlər Azərbaycan ərazisində multikultural dövlət siyasətinə uyğun yaşayırlar. Mənasız fikirlər heç bir əhəmiyyət kəsb etmir. Dövlət siyasəti var və onu Prezident İlham Əliyev yürüdür. Ermənilər Azərbaycanda bu gün də yaşayır. Bugünədək heç bir erməninin hüququ pozulmayıb, heç birinə qarşı zorakılıq hadisəsi baş verməyib. Təbii ki, istər erməni, istər başqa millətin nümayəndəsi, istərsə də azərbaycanlı şəxslərin hər biri Azərbaycan qanunlarına əməl etməlidir. Qeyri-qanuni hərəkətlər qəbul edilmir”.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal: “Mən də sosial şəbəkələrdə Tofiq Yaqublunun Qarabağda yaşayan ermənilərə status verilməsi fikrinə rast gəldim. Burada ilk növbədə təəssüf doğuran məsələ odur ki, bir Azərbaycan vətəndaşı belə bir fikir səsləndirib. İkincisi, Tofiq Yaqublu deyir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti məhz Azərbaycan Xalq Cəbhəsinin tələbi əsasında o vaxtlar Azərbaycan Ali Soveti tərəfindən ləğv olunub. Üçüncüsü, müxalif şəxs adətən maksimalist tələblər irəli sürər. Məsələn, hökumətdən daha artığını tələb edə bilər. Təəssüf ki, Tofiq Yaqublu son 30 ildə azərbaycanlılara ağılasığmaz fəlakətlər yaşatmış separatçıların tələblərini səsləndirir. Sentyabr döyüşləri zamanı da oxşar açıqlamalar olmuşdu. Azərbaycan Ordusu tarixi torpaqlarımızda öz mövqelərinə çıxan zaman Tofiq Yaqublu onları erməni torpaqlarını işğal etməkdə günahlandırırdı. Hesab edirəm ki, onun bugünkü gündə statusla bağlı səsləndirdiyi fikirlər də həmin açıqlamaların davamıdır. Bu yanaşma tərzi Azərbaycan xalqının ümumi maraqlarına tamamilə ziddiyyət təşkil edir. Əgər bunu siyasi mövqeyinə görə edirsə, yenə də yanlışdır. Amma əgər səmimi şəkildə deyirsə, bu, Azərbaycan xalqının maraqlarına qarşı olmaq deməkdir”.
“Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli: “Bütün demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da siyasi mənzərə çox rəngarəngdir. Demokratik cəmiyyətdə müxalifətin olması normal hal və vacib şərtdir. Düşünürəm ki, istənilən demokratik cəmiyyətin ən vacib atributlarından biri güclü müxalifətin olmasıdır. Güclü müxalifət həm ölkənin inkişafının, həm ictimai-siyasi proseslərin düzgün getməsinin, həm də şəffaflığın olmasının təminatçısıdır. Təəssüf ki, Azərbaycanda bəzən müxalifət anlayışı düzgün qavranılmır. Tutaq ki, çox mədəni şəkildə kimisə tənqid etdikdə və ya hakimiyyətin hər hansı müsbət addımına müsbət fikir söylədikdə dərhal xalq düşməni elan edirlər. Çox yanlış yanaşmadır.
Fikrimcə, xalqımız da iqtidar və müxalifət anlayışlarını düzgün dəyərləndirmir. Ölkə daxilində hər hansı siyasi fəaliyyəti olmayan şəxsin sosial şəbəkələrdə danışması normaldır. Lakin hər şeyin bir həddi var. Birincisi, müxalifətin iqtidarı tənqid etməsinin və ya əks prosesin etik normalar çərçivəsində olmasını istərdim. İnsanlarımıza da bunu aşılamalıyıq. Çünki son zamanlarda xalq təhqirdən istifadə olunmayan tənqidi zəif qəbul edir. İkincisi, son dövrlərdə xaricdə yaşayan bəzi azərbaycanlılar sanki dövlətimizdən qisas almağa çalışır və ermənilərin tərəfini saxlayır. Bu nə müxalifətə, nə siyasətə, nə də ümumilikdə insanlığa yaraşır. İqtidara müxalif olmaq başqa məsələ, amma hər bir azərbaycanlı Azərbaycan dövlətini sevməyə məcburdur. Əgər dövləti sevmirsə, deməli həmin şəxsin Azərbaycana aidiyyatı yoxdur”.
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Ötən həftə Milli Mətbuat Günü ərəfəsində keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu Şuşanın Azərbaycan dövləti üçün, xalqı üçün nə qədər önəm daşımasını bir daha göstərdi. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin simvoludur.
Şuşa nadir, misilsiz bir məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir. Bu şəhər qaya üzərində qurulub, qədim şəhərdir. Şuşa həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır. Şuşanın bərpası başlanılıb. Bir müddət öncə Baş plan təsdiq edilib, artıq ilk yaşayış layihəsi icra olunur. Həmin layihələr çərçivəsində Şuşa sakinləri yenidən evlərinə qayıdacaqlar.
Ölkə başçısı İlham Əliyev Şuşa ilə bağlı əksər çıxışlarında bildirib ki, 3-4 il ərzində Şuşa təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaq. Şuşanın infrastrukturu inkişaf etdirilir. Ermənilər qaçarkən Şuşada supaylayıcı şəbəkəni dağıtmışdılar. Ona görə də şəhərdə sıfırdan yeni supaylayıcı sistemi qurulub. Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu yenidən qurulub, yeni yollar yaradılıb. Prezident bu ilin sentyabr ayında Şuşada min şagird yerlik məktəbin açılışının və ilin sonuna 90 çarpayılıq xəstəxananın hazır olacağının anonsunu verdi.
Zəfər qələbəsindən bizi 3 ilə yaxın zaman ayırsa da, bizə qarşı bu gün yenə də kampaniya davam edir. Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik. Vətən müharibəsində olduğu kimi, yenə informasiya müharibəsində sayıqlığımızı bir an olsa itirməməliyik. Bu çətin və şərəfli işdə medianın da üzərinə böyük yük düşür.
Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında qeyd etdiyi kimi, Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır.
Zamanın tələbinə uyğun olaraq qloballaşan dünyada sosial medianın rolu durmadan artır. Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Sosial media cəmiyyətin nəbzini hiss etməyə kömək edir. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Sosial media və ənənəvi KİV-lər adekvat idarəetmənin meyarıdır. Məsələlərdən xəbərdar olmaq və ona dərhal reaksiya vermək üçün sosial medianın potensialına mütləq müraciət olunmalıdır.
Sosial medianı izləyəndə şahid oluruq ki, qaçqın və məcburi köçkünləri ən çox maraqlandıran sual doğma torpaqlarına nə zaman qayıtmaları ilə bağlıdır.
Prezidentin qeyd etdiyi kimi, işğaldan azad olan ərazilərimizdə minatəmizləmə prosesi ən böyük əngəldir. Minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıb. Minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Azərbaycana təqdim olunmuş xəritələrin dəqiqliyi heç 25 faiz deyildi. Ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir ki, minalardan azad olaq. ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin isə bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir.
Amma keçən hər gün insanların doğma yurd yerlərinə qayıdışını bir az da sürətləndirir.
Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insan qayıdacaq. 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyulub. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınıb. Vətəndaşlarımız doğma torpaqlarına qayıtdıqca regional inkişaf məsələsi də gündəmə gəlir.
Regional inkişaf Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır.
Biz utana biləcəyimiz və ya “bəli, bax, burada biz haqsızıq” deyəcəyimiz heç bir şey etməmişik. Zamanın tələbidir ki, dialoq eşidilməyən yerdə güc öz sözünü deyir. Azərbaycan öz hərbi üstünlüyünü hər zaman nümayiş etdirib. Fərrux əməliyyatı, 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində vəziyyət, 2022-ci ilin sentyabrında sərhəddə vəziyyət, habelə nəzarət-buraxılış məntəqəsinin açılışı üstünlüyümüzün sübutlarıdır.
Ölkəmiz demək olar ki, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması işlərinə köklənib. Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Cənab Prezident üçün prinsipial məsələ işğaldan əziyyət çəkən 1 milyon insanın öz dədə-baba torpaqlarına qayıtmasıdır. Növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar. Amma şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır.
Ermənistanla münasibətlərin tənzimlənməsində biz sülh müqaviləsinin imzalanmasına nail olsaq, bu, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq. Yüksək risk zonası təkcə ekspertlərin qiyməti deyil, bu, həmçinin reytinqlərdir, kreditlənmə imkanlarıdır. Bunlar birbaşa olaraq xarici sərmayələrlə bağlı məsələdir. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar.
Əldən düşmüş, gözü xarici ölkələrin verdikləri yardımlarda qalan Ermənistan bu nüansları nəzərə alsa, o zaman vətəndaşlarına ən böyük yaxşılıq etmiş olar. Xalqını, vətəndaşını düşünən ölkə rəhbəri, liderə sahib olmaq şans məsələsidir.
Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, təhlükəsizlik təmin edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində olub.