![]() |
![]() |
Onun sözlərinə görə, belə təxribatların qarşısının alınması üçün ilkin olaraq bütün silahlı erməni diversant qrupları Qarabağdan çıxarılmalıdır: "Bu istiqamətdə görüləcək tədbirlərlə bağlı əsas məsuliyyət Ermənistan tərəfi ilə yanaşı birbaşa olaraq rus sülhməramlılarının üzərinə düşür. Çünki üçtərəfli bəyanatın dördüncü bəndində onların konkret öhdəlikləri açıq şəkildə ifadə olunub. Əks halda artıq davamlı xarakter alan belə təxribatların qarşısı yalnız Azərbaycan ordusu tərəfindən həyata keçiriləcək geniş miqyaslı anti-terror əməliyyatı ilə alına bilər".
SİA mövzu ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun fikirlərini öyrənib. O bildirib ki, vaxtilə Azərbaycanın meşələrini yandıran, fosfor bombalarından istifadə edib meşələrimizi qıran, torpağın münbit qatını yandıran Ermənistan hələ də çirkin niyyətini davam etdirir: "Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşması Ermənistanın bu çirkin niyyətinin davamıdır".
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan Espo Konvensiyanın üzvüdür: "Bu konvensiyanın şərtlərindən biri də ondan ibarətdir ki, ətraf mühitin qorunması üçün bütün dünya dövlətləri məsuliyyət daşıyır. Bu gün Ermənistan tərəfindən Azərbaycanla sərhəddən cəmi 800 metr məsafədə belə bir zavodun tikilməsi kimi məsələnin gündəliyə atılması yenə də Ermənistanın xislətindən əl çəkmədiklərinin göstəricisidir".
Deputat sözlərinə davam edərək bildirib ki, bu gün Metsamor kimi köhnəlmiş atom elektrik stansiyasının mövcudluğu onsuzda regiona böyük təhdiddir: "Metsamorda ən köhnəlmiş reaktorlardan istifadə edirlər ki, elə burada bir fəsad törənsə bütün region üçün ciddi problem olacaq. Biz bunlara qarşı mübarizə apardığımız bir dövrdə Ermənistanın belə bir zavodu tikmək niyyəti region üçün ciddi təhdiddir.
Espo Konvensiyanın tələblərinə görə, bu zavodun tikintisi Azərbaycanla razılaşdırılmalıdır çünki bu zavod bizim ekosistemimizə təsirsiz ötüşməyəcək. Həm də orada yaxında yaşayan əhalinin rəyi alınmalıdır. İnanıram ki, o zavodun tikintisinin qarşı alınacaq”.
Onun sözlərinə görə, Rusiya vəziyyət gərginləşdiyi təqdirdə nüvə silahından istifadə edəcəyini bildirib: “Lakin hesab edirəm ki, vəziyyət o həddə çatmayacaq. Çünki Rusiya nüvə silahından istifadə edərsə, ona qarşı da istifadə olunar. Fransa, İngiltərə, ABŞ kimi nüvə silahına malik dövlətlər Rusiya belə addım atdığı halda səssiz qalmayacaqlar. Nüvə silahından istifadə isə dünyanın sonunu gətirəcək. İstənilən halda Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi arzuolunandır”.
Doğrudur, Ermənistan barədə deyilənlər hələ o demək deyil ki, artıq cəza tədbirləri görülməkdədir. Onsuz da bu işğalçı ölkə barəsində dünyanın yanaşması hər zaman fərqli olub. Nədənsə rəsmi İrəvanın səhvlərinı, yanılışlıqlarına ikiüzlülüklə göz yumulub. Hər dəfə qanunları, hətta beynəlxalq hüququ köbudcasına pozan Ermənistan barədə qəti qərar verilmir, səhvlərinin üstündən keçilir. Təbii ki, Qərbin ssenarisini canla-başla yerinə yetirən, özünün müstəqil siyasət aparmaq qabiliyyəti, iradəsi olmayan Ermənistanın hər dəfə sudan quru çıxması başadüşüləndir. Məsələ burasındadır ki, bu dəfə vəziyyət tamamilə fərqlidir və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların, Qərblə Kreml arasında gərginliyin, eləcə də Moskvanı diz çökdürmək planının fonunda Ermənistanın bir sıra malları həmin ölkəyə idxal etməsi artıq bərk qıcıq doğurub.
Diqqətə çatdıraq ki, ötən ildə Ermənistandan Rusiyaya ixrac təqribən üç dəfə artıb. Daha dəqiq desək, bu göstərici 841 milyon dollardan 2 milyard 411 milyon dollara qədər çoxalıb və bu artımda təkrar ixracın əhəmiyyətli paya malik olduğu faktı dəfələrlə vurğulanıb. Özü də məhz işğalçı ölkə kökuməti səviyyəsində etiraf edilib də. Düzdür, öz xislətlərinə və ənənələrinə görə ermənilər bəzi məsələləri yalandan və utanmadan təkzib etmək üzrə mahirdirlər və bu dəfə də iqtisadiyyat naziri Vahan Kerobyan deyib ki, guya ölkəsinin Rusiyaya təkrar ixrac etdiyi mallar sanksiyalara məruz qalan malları deyil. O əmin etməyə çalışıb ki, guya Ermənistan hökuməti ikinci dərəcəli sanksiyalara düşməmək üçün buna nəzarət edir. Bunun ağ yalan olduğunu hər kəs, xüsusən də Qərb tərəfi yaxşı bilir və Kerobyan detallara varmaq istəmədiyi özü də bəzi məsələlərin şübhəli olduğunu ortaya qoyur.
Erməni yalanlarına artıq inanan yoxdur və Qərb çox yaxşı bilir ki, sanksiyaya məruz qalmış malların, ilk növbədə texnologiya ilə bağlı alınmasında Moskvaya fasiləsiz olaraq kömək edən məhz Ermənistandır. Ola bilsin ki, Kerobyan, yaxud hansısa məmur fikir yayındırmaq niyyəti ilə asanlıqla yalan ifadələrə əl ata bilər, amma statistika buna inanmağa imkan verməz. Məhz statistik göstəricilər təsdiq edir ki, mexaniki və elektron avadanlıqların Ermənistandan Rusiyaya ixracı 2022-ci ildə 11 dəfədən çox artıb. Hətta o da sirr deyil ki, bu məhsulların heç bir faizini belə həmin respublika qətiyyən istehsal etmir. Deməli, Ermənistan üçüncü ölkələrdən malları əldə edərək Rusiyaya göndərir və nəticədə də ruslar sanksiyalardan yayına bilirlə, hansıki bunu Qərb artıq çoxdan bilir. İndi maraqlıdır, Ermənistanın bu addımına görə barəsində nə düşünülür? Hər bir halda bu dəfə üstndən keçiləcəyi, göz yumulacağı inandırıcı görünmür. Çünki Ermənistanın Rusiyaya ixrac etdiyi həmin mallar sıradan məhsullar sayılmır, xüsusi əhəmiyyətə malikdir və rusların sanksiyalara davamlılığını artırır.
Qərb indi Ukraynada müharibənin dayanmasının qarşısını alan ən lazımlı malların Ermənistan tərəfindən ixracından xəbərdardır. Sanksiyaların Koordinasiya Bürosunun rəhbəri Cim O'Brayen iyunun 8-də verdiyi bəyanatda bunu açıq-aşkar söyləyib. O, vurğulayıb ki, Rusiya postsovet ölkələrinin köməyi ilə Ukraynada müharibənin davam etdirilməsi üçün lazım olan elektronika idxalının səviyyəsini işğaldan əvvəlki dövrə çatdırıb. Sözsüz ki, burada postsovet ölkələrinin köməyi ilə dedikdə məhz Ermənistan nəzərdə tululur. Deməli, artıq rəsmi İrəvan ən azından Qərbin hədəfindədir.
Cim O'Brayenin təkrar idxalın sxemini belə açıqlaması təsdiq edir ki, məlumatlar tam dolğun və əsaslıdır. Sanksiyaların Koordinasiya Bürosunun rəhbəri açıq şəkildə bildirir ki, Avropa şirkətlərinin başqa ölkələrə satdığı mallar Rusiyaya məhz üçüncü ölkələridən gəlir və elə bu prosesin fonunda da üçüncü ölkələrdən çiplər, prosessorlar və digər elektronika almaqla Moskva sanksiyalardan yayınmaq şansı əldə edir. O'Brayenin fikrincə Rusiyanın sanksiyalardan yayınması ciddi problem olaraq qalır. Bu ciddi problem dediyini kimin yaratdığını aydınlaşdırmaq üçün isə postsovet ölkələrinin iqtisadi göstəricilərinə, ələlxüsus ixrac göstəricilərinə baxmaq kifayət edir. Statistik göstəricilər təsdiq edir ki, bu məsələdə, yəni Rusiyanın sanksiyalardan yayınmasına kömək edən ölkələr arasında öndə gedən elə Ermənistandır və bu ölkə sanksiyalara məhəl qoymadan, sıxışdırılması nəzərdə tutulan ölkəni elektron avadanlıqlarla fəal şəkildə təmin edən ən “qabaqcıl” MDB ölkəsidir.
Bu zamana qədər beynəlxalq ictimaiyyətin təzyiqləri ilə qarşılaşmadığına görə İrəvan sanksiyaların olmayacağı qənaətində ola bilər. İndi ermənilər elə zənn edə bilərlər ki, BMT-nin dörd qətnaməsinə 30 ilə yaxın müddət ərzində məhəl qoymadıqları zaman beynəlxalq ictimaiyyətin rəsmi şəkildə təzyiqinə məruz qalmayıblarsa, bu dəfə də yaxalarını qurtara bilərlər. İkiüzlülüyün, ikili standartların, təcavüzkarın müdafiə olunmasının şahidi olan haylar bu dəfə də onlara məhəl qoymayacaqları qənaətindədirlərsə, bərk yanılırlar. Artıq məsələ tamamilə başqa müstəvidədir, başqa məcradadır və dünya nəhəngləri məqam uğrunda qarşı-qarşıya gəldiyi anda, Qərb Rusiyanı çökdürmək istədiyi zaman, külli miqdarda resurs xərclədiyi halda hansısa bir Ermənistan adlı cırtdan dövlətin yolda tikan kolu kimi bitməsinə göz yumula bilməz. Ən xırda sanksiyanın İrəvanı tamamilə sarsıdacağını bilən Qərb çox güman ki, Ermənistanda rezonans yaratmaq üçün müvafiq ssenari hazırlayıb. İrəvan saymazyana siyasətə görə cavabdehlik daşımalı olacaq, çünki az qala bütün dünyanın tətbiq etdiyi sanksiyalar fonunda hoqqabazlıq edir və bunu da müşhidə etməmək mümkün deyil.
Ermənistan müəyyən olunmuş qırmızı xətti artıq çoxdan keçib və həmin ölkənin qadağan olunmuş malları Rusiyaya tədarük etməsi faktı bəllidir. Ələlxüsus da yüksək texnologiyalı məhsulların təkrar ixrac olunmasında Ermənistanın “payı” göz önündədir və bunu, qeyd olunduğu kimi, statistika təsdiq edir. Bütün bunlar isə Rusiyanın sanksiyalardan yan keçməsinə kömək etmək deməkdir və haylar elə bilirlər ki, bu cavabsız qalacaq? Ermənistanın Rusiyaya ixrac etdiyi məhsullar silah istehsalı və ya hərbi məhsulların hazırlanması istiqamətində birbaşa əlaqəli sayılan texnologiyalar üçün lazım olanlardır, hansıki bu sıraya müxtəlif cihazlar, sensorlar, yarımkeçiricilər, elektron vasitələr daxildir. Bunlar Qərbin diqqətindən yayınan deyil. O da diqqətdən yayınan deyil ki, Ermənistan açıq şəkildə, özü də saymazyana olaraq qadağalara məhəl qoymur, Rusiyanı təmin edir. Bəlkə də, Ermənistan özünü sanksiyalara məruz qalmayacaq xüsusi imtiyazlı ölkələrin hansısa siyahısında görür. Amma hadisələrin gedişi göstərdi ki, haylar bu dəfə də yanılıblar, çünki real mənzərə tamam başqa məqamlardan xəbər verir. Beləki, Vaşinqtonun bəyanatına görə, Ermənistan məhz cinayət başında yaxalanıb və ABŞ Dövlət Departamentinin, Qərbin sanksiyaları siyahısına düşüb. Onsuz da rəzalət, səfalət və xaos içərisində olan bir ölkənin ən azından mərhələli şəkildə müxtəlif məhdudiyyətlərlə qarşılaşacağının həmin ölkə üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil və Ermənistanın bundan qaçması artıq mümkün görünmür. Bir sözlə, hələ də gizləndiklərini zənn edən, yaxud ərköyünlük etməyə, ikiüzlülüyə, ikili standartlara bel bağlayan haylar bu dəfə hədəfdədirlər və indi Ermənistan sanksiyalar astanasındadır.
Xəzər TV-nin xəbər aparıcısı Rüstəm İbadov 13 ildən sonra kanaldan ayrılıb.
O bildirib ki, bunun əsas səbəblərindən biri bu gün sığorta bazarına inamın aşağı olmasıdır: "Çünki insanlar əmlaklarını sığortalayacağı təqdirdə onlara çevik formada mexanizmin tətbiqi barədə sualları yaranır. Bu gün Mərkəzi Bank və digər aidiyyəti qurumların, sığorta şirkətlərinin əsas vəzifəsi ictimai etimadı gücləndirmək olmalıdır. İkincisi vacib məsələ sığorta hadisəsi baş verən zaman dəymiş ziyanın müstəqil qiymətləndirilməsi məsələsidir. Eyni zamanda, dəymiş ziyana görə ədalətli ödənişin həyata keçirilməsi məsələsi də var. Mənim təmsil etdiyim 9-cu mikrorayonda bir hadisə oldu. Təbii qaz sızması nəticəsində 6 mənzil tamamilə dağıldı. Həmin mənzillərdən birinə sığorta ödənişi 7 min manat təklif edilib, halbuki mənzil və onun avadanlıqları tamam dağılıb. 7 min manata bu mənzili bərpa etmək mümkün deyil".
"Digər tərəfdən, sığorta şirkətləri vətəndaşlara SMS göndərir ki, əmlakınızı icbari sığorta etməsəniz, sizə cərimə tətbiq ediləcək. Əlbəttə yaxşı olardı ki, vətəndaş əmlakını sığortalasın. Amma bunun üçün vətəndaşda bir inam olmalıdır. Bu gün ölkədə 20-ə yaxın sığorta şirkəti var. Onların hamısı vətəndaşa SMS yazıb onları evlərini sığortalamağa məcbur etsə, bu ciddi sual doğurar. Onların belə bir hüququ yoxdur. Bu məsələ üçün müvafiq dövlət qurumları var. İkincisi, burda əsassız inhisarçılıq yaranması riski var", - deyə A.Quliyev əlavə edib.