Hizbullah döyüşçüləri sutka ərzində İsrailin Yuxarı, Qərbi və Aşağı Qaliley bölgələrində 48 əməliyyat keçirib.
Axar.az xəbər verir ki, təşkilatın bəyanatında deyilir.
Bildirilir ki, silahlı basqınların və hücumların əhəmiyyətli bir hissəsi İsrail əsgərlərinin oktyabrın 1-dən Hizbullah postlarına qarşı quru əməliyyatı keçirdiyi Livanın cənubunda həyata keçirilib.