Rusiya Federasiyasının Kursk vilayətini işğal edən Ukrayna qruplaşması mühasirəyə alınıb və rus qoşunları onu məhv etməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən BRİKS sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Kurska daxil olan Ukrayna ordusu mühasirəyə alınıb. Təxminən 2 min nəfərdirlər. Rusiya ordusu qrupu məhv etməyə başlayıb”, - deyə o bildirib.