ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda təkrar prezident seçiləcəyi təqdirdə hazırki Prezident Co Baydenin oğlu Hanter Baydeni əfv edəcəyini istisna etmir.
Axar.az xəbər verir ki, Tramp müsahibəsində Co Baydenin ona etdiklərinə baxmayaraq, əfv məsələsinə açıq olduğunu bildirib.
Qeyd edək ki, iyunun 12-də ABŞ-ın Delaver ştat məhkəməsində hakimlər kollegiyası ABŞ Prezidenti Co Baydenin oğlu, 54 yaşlı Hanteri silah alışı məsələsində təqsirli bilib. O, 2018-ci ildə odlu silah alarkən narkotik maddə qəbul etməməsi ilə bağlı yalan danışmaqda təqsirləndirilir. Federal məhkəmə Hanter Baydenin həbsini dekabrın 4-nə kimi təxirə salıb.
ABŞ Prezidenti Co Bayden prezidentlik müddətində oğlunun əfv olunması barədə düşünmədiyini dəfələrlə bildirib.