DEM Partiyasından millət vəkili olan Ömər Öcalan həbsxanada olan əmisi, PKK lideri Abdullah Öcalanla görüşüb.
Axar.az xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, sonuncu dəfə Öcalanla 3 mart 2020-ci ildə üzbəüz görüşüb:
“Biz ailə olaraq illər sonra 23 oktyabr 2024-cü ildə Öcalanla görüşdük. Bir qanuni haqq olan ailə görüşünün, şərtlər nə olursa-olsun, davam etməsini istəyirik”.
Ömər Öcalan bu ilin avqustun 24-də ailəsi adından Ədliyə Nazirliyinə müraciət edərək, Abdullah Öcalanda görüş tələb etmişdi.
Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı TBMM-dəki çıxışında “Öcalanın təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” fikrini səsləndirmişdi.