Ukrayna böhranı Rusiya gündəmində mühüm məsələdir, lakin bu, BRİKS-in əsas məsələsindən uzaqdır.
Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov yekun Kazan bəyannaməsində "Ukrayna məsələsinə az diqqət yetirilməsinin səbəbi" barədə sualı cavablandırarkən deyib.
Qeyd edək ki, sənəd BRİKS sammitində qəbul edilib və 134 bənd və 43 səhifədən ibarətdir. Ukraynanın adı yalnız bir dəfə, qısa və "sərt dil" olmadan çəkilir.