Dünyada birqütblülük dövrü başa çatır.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Kazanda keçirilən BRİKS sammitində çıxışında deyib.
Pezeşkian BRİKS-dəki tərəfdaşları Fələstin xalqının hüquqlarını qorumaq və Yaxın Şərq münaqişə zonasında vəziyyəti dəyişmək üçün bütün kollektiv və fərdi imkanlarından istifadə etməyə çağırıb:
“Sizdən bu vəziyyəti dəyişmək və Fələstin xalqının hüquqlarını təmin etmək üçün bütün kollektiv və fərdi imkanlarınızdan istifadə etməyinizi xahiş edirəm”.