Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Yerli mətbuatın məlumatına görə, Həsən Əbu Əl-Ola və nişanlısı Yasmin Daftardar Ciddə sahillərində Qırmızı dənizdə su altında nikah üzüklərini dəyişdirən və nikahlarını rəsmiləşdirən ilk cütlüklərdən biri olub.
Mərasim kapitan Faysal Flembanın rəhbərlik etdiyi yerli "Saudi Divers" dalğıc qrupunun dəstəyi sayəsində mərcan rifləri arasında baş tutub. Toy proqramı ilə yanaşı, komanda sualtı şənlik də hazırlayıb.
"Bu, unudulmaz bir təcrübə idi", deyə Həsən Əbu Əl-Ola bildirib.
Aktiv dalğıclıqla məşğul olan cütlük başqalarını da Səudiyyə Ərəbistanında sualtı növləri kəşf etməyə ruhlandırmağa və ölkədə turizmin inkişafına töhfə verməyə çağırıb.