Ukrayna sülh formulu kontekstində genişmiqyaslı müharibənin həlli üçün müxtəlif variantları nəzərdən keçirməyə hazırdır, lakin yalnız Ukraynanın ərazi bütövlüyünə hörmət və beynəlxalq hüquq normalarına riayət etmək şərtilə.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Finlandiyanın nəşrinə yazdığı məqalədə bildirib.
"Lakin ilk növbədə biz qalib gəlməliyik və sülh üçün şərait yaratmalıyıq. Prezident Zelenski Ukraynanın qələbəsi üçün plan təqdim etdi və biz Finlandiyaya və bu səyləri dəstəkləyən digər müttəfiqlərə dərin minnətdarlığımızı bildiririk", - A.Yermak qeyd edib.