Millətin övladlarına xidmət, xeyriyyəçilik adı ilə manipulyasiya edənlərin sonu iblislər kimi şərəfsiz ölüm oldu.
O, şəhidlərin qanının hesabını vermədən dünyadan getdi.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Baş xainin ölümüylə şəhid ailələrinin ürəyi bir az da soyuyar. Türkiyəyə xəyanət edənlərin sonu görünür. Dövlət olaraq FETÖ tamamilə ləğv olunana qədər mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. İstər ölkədə, istərsə də dünyanın ən ucqar küncündə dövlətimizin bütün qurumları FETÖ-cuları qarabaqara izləyəcək”, - Ərdoğan deyib.
Qeyd edək ki, FETÖ lideri Fətullah Gülen ABŞ-da yerləşirildiyi xəstəxanada ölüb.