İranla HƏMAS arasında əlaqə və əməkdaşlıq təsəvvür ediləndən daha geniş olub.
Tehran hökumətinin bu təşkilata maddi yardımları göstəriləndən bir neçə dəfə çoxdur.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri kəşfiyyat sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, İran yüzlərlə HƏMAS üzvünü tünellər vasitəsilə Misirə, oradan Türkiyəyə və sonra İrana aparıb:
“İranın şiələşdirmə siyasəti planları çərçivəsində fələstinli gənclərə ideoloji kurslar təşkil olunub. Onlar bir sıra universitetlərdə təhsilə cəlb edilib, həmçinin hərbi təlimlər keçiblər”.