Hizbullah hərəkatı İsrailin Baş naziri Binyamin Netanyahunun Təl-Əvivdəki evinə hücuma görə bütün məsuliyyəti öz üzərinə götürüb.
Axar.az xəbər verir ki, bu barədə Hizbullahın informasiya xidmətinin rəhbəri Məhəmməd Afif deyib.
Qeyd edək ki, oktyabrın 19-da İsrail Müdafiə Qüvvələri Livandan atılan üç PUA-nın ikisinin tutulduğunu, birinin Baş nazir Benyamin Netanyahunun sahilyanı Qeysəriyyə şəhərindəki iqamətgahını vurduğunu bildirib.