Yaxın vaxtlarda Dubayda 380 metr hündürlüyü və 22,5 metr eni olan yeni göydələn inşa ediləcək.
Axar.az xəbər verir ki, məlumatı “Naked science” yayıb
Məlumata görə, İspaniya memarlıq studiyası tərəfindən layihələndirilən “Muraba Veil” adlanan bina 73 mərtəbədən ibarətdir. Binada 131 mənzil, spa, restoran, incəsənət qalereyası kimi obyektlərin inşası nəzərdə tutulub.
Memarların fikrincə, unikal bina Dubaya gələn turistlərin diqqətini çəkəcək, lakin dünyanın ən “dar” göydələni titulu ona məxsus olmayacaq. Bu ad hazırda Nyu Yorkdakı “Steinway Tower “adlı binaya aiddir. Onun eni cəmi 18 metrdir.