Əgər prezident olsaydım, Qəzza sektorunda HƏMAS və İsrail arasında münaqişə baş verməyəcəkdi.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
“Baş verənlərin qarşısını ala bilərdim. Bu müharibə, insan ölümü, dağıntılar və 7 oktyabr hadisələri də yaşanmazdı”, - Tramp bildirib.
O, həmçinin Yəhya Sinvar və Həsən Nəsrullahın öldürülməsindən sonra Yaxın Şərqdə münaqişəni bitirmək məqsədilə dolayı danışıqların başlaya biləcəyinin mümkünlüyünü qeyd edib.