İsrail qüvvələri blokadada olan Qəzzadan çəkilməyənə qədər HƏMAS saxladığı girovları azad etməyəcək.
Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın yaydığı bəyanatda qeyd olunub.
“Bəyan edirik ki, İsrailin Qəzza zolağına təcavüzü bitənə, qoşunları anklavdan çıxarılana və həbsxanalarında olan fələstinli məhbuslar azad olunmayana qədər müqavimət qüvvələri tərəfindən saxlanılan girovlar evlərinə qayıtmayacaqlar”, - bəyanatda qeyd olunub.