Prezident Zelenski Qələbə planını təqdim edir.
Onun Ukrayna parlamentində söylədiyi fikirlər qorxuludur.
Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
Orban Avropa Birliyini “yanlış hesablamalara əsaslanan” hazırkı strategiyasını dəyişməyə çağırıb:
"Biz bu müharibədə uduzuruq, yəni strategiya işləmir. Biz yanaşmanı dəyişməliyik, lakin bu o demək deyil ki, bizə daha böyük müharibə, daha təhlükəli və uzaqmənzilli silahlar lazımdır, əksinə, biz müharibə strategiyasından sülh strategiyasına keçməliyik. Bizə atəşkəs və sülh danışıqları lazımdır".
Qeyd edək ki, bir neçə gün öncə Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Ali Radasına Qələbə planını təqdim edib.