Oktyabrın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbula səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrovun Türkiyəyə səfərinin məqsədi İstanbulda keçiriləcək “3+3” regional əməkdaşlıq platformasının iclasında iştirak etməkdir.