21:16
ABŞ administrasiyası Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, məsələ ilə bağlı ABŞ Prezidenti Co Baydenin ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı planlaşdırılır.
***
ABŞ Prezidenti Co Bayden Ukraynaya 425 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib.
Bu barədə Ağ Evdən məlumat verilib.