İsrail ordusu Beyrut ətrafında Hizbullahın yeraltı anbarına zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu Teleqramda məlumat yayıb.
“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Hizbullah terror təşkilatına məxsus strateji silahların saxlandığı anbara hücum edib. Anbar Beyrutda Hizbullahın əsas qalası olan Dahiyada yerləşir. İsrail ordusu 140 Livan hədəfinə hücum edib. Bunlara silah anbarları, buraxılış qurğuları və digər terror infrastrukturu daxildir”, - məlumatda deyilir.