İsrail Beyrut da daxil olmaqla, bütün Livanda Hizbullaha qarşı qəti hücumlara davam edəcək.
Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu PUA hücumuna məruz qalan Binyamin şəhəri yaxınlığındakı İsrail ordusunun hərbi bazasına səfəri zamanı deyib.
"Beyrut da daxil olmaqla, Livanın bütün bölgələrində Hizbullaha qarşı amansız zərbələr endirməyə davam edəcəyik. Biz bunu artıq son günlərdə nümayiş etdirmişik və yaxın günlərdə də nümayiş etdirməyə davam edəcəyik", - Netanyahu bildirib.
Qeyd edək ki, Hizbullahın Benyamin yaxınlığında (Hayfanın cənubu) yerləşən bazaya zərbəsi nəticəsində 4 əsgər ölüb, 67 əsgər yaralanıb.