Sülhməramlılara hücumlar beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn pozulmasıdır. Bu hücumlar hərbi cinayət sayıla bilər.
Axar.az xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş deyib.
“Şəraitdən asılı olmayaraq, BMT personalının və əmlakının təhlükəsizliyi təmin edilməli və təşkilatın binalarının bütövlüyünə hər zaman hörmət edilməlidir. Livandakı missiyaya BMT Təhlükəsizlik Şurası icazə verib”, - Quterreş bildirib.
Qeyd edək ki, oktyabrın 10-da və 12-də İsrailin zərbələri nəticəsində BMT-nin Livandakı sülhməramlı qüvvələrinin 4 əməkdaşı yaralanmışdı. Ötən gün isə İsrail ordusu BMT sülhməramlılarının bazasına hücum edib, 15 sülhməramlı yaralanıb.