Roma Papası Fransiskin Ukrayna üzrə elçisi kardinal Matteo Dzuppi Moskvaya səfər edib.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” Vatikandakı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Dzuppi Moskva və Bütün Rusiyanın patriarxı Kirill ilə görüşəcək.
Agentlik digər mənbəyə istinadla bildirib ki, Dzuppi Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.