Hizbullahın əlaqə sahəsindəki ehtiyaclarını təmin etmək üçün bir İran şirkəti Tayvandan 5 min peycer alaraq, Hizbullaha verib.
Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın sabiq üzvü, ekspert Məsud Əsədullahi deyib.
Onun İran televizya kanalında bu barədəki çıxışı geniş rezonans doğurub.
İran televizyasının xəbərlər bölümü məsələ ilə bağlı yaydığı məlumatda Əsədullahinin iddiasının əsassız olduğunu bildirib.
Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda kibermüdaxilə nəticəsində müxtəlif rabitə qurğularında baş vermiş partlayışlarda ümumilikdə 879 nəfər həlak olub, 4500 nəfər yaralanıb.