İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini Abbas Nilfuruşanın cəsədi tapılıb.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə İran Teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, generalın cənazəsi vida mərasiminin keçirilməsi və dəfn üçün İrana aparılacaq.
Xatırladaq ki, general Nilfuruşan Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahla birlikdə öldürülüb.