Avropa Birliyi dünya arenasında tamhüquqlu oyunçu olmaq qabiliyyətini itirmək, dünya güclərinin obyektinə çevrilmək riski ilə üz-üzədir.
Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.
“Bu gün avropalılar beynəlxalq işlərdə oyunçu olmaq yox, obyekt olmaqla bağlı risk edirlər. AB özü hadisələr formalaşdırmaq yerinə digər oyunçuların qərarlarına reaksiya verir. Dünyada iki tendensiya qeydə alınır ki, bunlar da Avropanın işlərinə çox güclü təsir edirlər: birincisi, ABŞ-ın və müttəfiqlərinin Çinin qarşısını almağa yönələn səyləri; ikincisi, çoxqütblü dinamika.
Burada Rusiya kimi oyunçular öz manevr və təsir sferasını genişləndirməyə cəhd edirlər”, – deyə o bildirib.