İranda ötən sutka ərzində 222 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 256 nəfər yoluxub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 122 592 nəfərə,
yoluxanların sayı isə 5 702 890 nəfərə çatıb. Virus daşıyıcılarından 5 304 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 217 999 nəfər koronavirusdan sağalıb, 33,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 64,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 45,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 19,3 milyon təşkil edir.