Çexiya Prezidenti Miloş Zeman xəstəxanaya yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə “CNN Prima Nyus” telekanalı məlumat yayıb.
Məlumata görə, Zemanla Baş nazir Andrey Babiş arasında keçirilən görüşdən sonra prezident iqamətgahından Mərkəzi Hərbi Hospitala aid təcili yardım maşını çıxıb.
Hospitaldan prezidentin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, Miloş Zeman ötən ay da xəstəxanaya yerləşdirilmişdi.