Artıq 2 ildir ki, pandemiya ilə bağlı olaraq Bakı Beynəlxalq Kitab Sərgisini keçirə bilmirdik.
Axar.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Publika.az-a müsahibəsində deyib.
“14 illik tarixə malik sərgi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında, cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur. Odur ki, bu tədbir oxucular üçün kitab bayramına çevrildi. Cəmiyyətimiz belə tədbirlər üçün çox darıxmışdı. Kitab cəmiyyətin inkişafı üçün önəmli bir vasitədir. Pandemiya olmasına baxmayaraq, çox şadıq ki, belə bir tədbiri təşkil edə bildik. Təbii ki, bəzi məhdudiyyətləri saxlamaq şərti ilə”, - nazir bildirib.