Taliblər hələ də Əfqanıstan üzrə Moskva görüşündə iştirak edib-etməyəcəyinə qərar verməyib.
Axar.az xəbər verir ki, bunu Talibanın nümayəndəsi Bilal Kərimi deyib.
Qeyd edək ki, Əfqanıstan üzrə Moskvada görüş 20 oktyabrda keçiriləcək. Görüşə Talibanla bərabər Mərkəzi Asiya dövlətləri, Çin, Pakistan, Hindistan, İran dəvət edilib.