Putin və Ərdoğan iki bacarıqlı poker oyunçusudur. Bir çox mövzuda güclü ziddiyyətləri varsa da, mütləq bir-biri ilə əməkdaşlıq etməli olduqlarını bilirlər.
Bu sözləri Axar.az-a İtalyanın geosiyasi analitik və beynəlxalq araşdırmalar üzrə düşüncə mərkəzi “Il Nodo di Gordio”nun baş elmi işçisi Andrea Marçilyano Rusiya və Türkiyə liderlərinin 29 sentyabrda Soçidə keçirilən təkbətək görüşünün nəticələri haqda danışarkən deyib.
Ekspertin fikrincə, bu görüş Moskva ilə Ankara arasındakı bəlkə də qaçılmaz olan gələcək bir əməkdaşlıq müqaviləsinə gətirib çıxaracaq.
A.Marçilyano Qarabağ məsələsinin yalnız Ankara ilə Moskva arasındakı ümumi razılaşma kontekstində qəti bir həll tapacağını düşünür.
İtalyan ekspert 44 günlük müharibəni isə belə xarakterizə edib:
“Bu, Azərbaycanın Ermənistan tərəfindən uzun müddətdir işğal altında olan ərazilərini geri qaytarmasına imkan verən hərbi qələbədir”.