Ukrayna Prezidenti Vladimir Zelenski Tiflisdə Mixail Saakaşvilinin həbs eidlməsi ilə bağlı yaranan situasiyanı şəxsən nəzarətdə saxlayır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri Mixail Podolyak deyib. Onun sözlərinə görə, Ukrayna gərək öz vətəndaşını götürə bilsin:
“Gürcüstanın orqanlarından aydın cavab gözləyirik və xarici işlər nazirləri səviyyəsində konsultasiyalardan sonra qərar qəbul edəcəyik”.